Stefani Nonoşita Topalyan (; ) və ya qısaca tanınan adı ilə – erməniəsilli Yaponiya müğənnisi. SME Records Japan ilə əməkdaşlıq edir. Yaponiyada iki albom buraxıb: 2008-ci ildə "Stephanie" və 2009-cu ildə "Colors of My Voice". 2007-ci ildə Yaponiya Musiqi Mükafatına layiq görülüb. Yaponiya filmlərində bir çox mahnısı səsləndirilib. Bəzi Yaponiya filmlərində ("Qürur", "Tokio qəbiləsi") rol alıb. 2015-ci ildə erməni superqrup layihəsi olan "Genealogy"-ə qoşulub və Ermənistanı 2015 Avroviziya Mahnı Müsabiqəsində "Face the Shadow" mahnısı ilə təmsil edib.

Həyatı Kaliforniya ştatının Los-Anceles şəhərində yapon ananın və Amerika ermənisi atanın qızı kimi doğulub. Yaponiyada yaşasa da, erməni köklərinə əhəmiyyət verir. Nənəsi Koharik Mikaelyan Topalyan Livanda doğulub, babası Jan Pyer Topalyan isə Fransadandır.

Stefani Aoyama Qakuin Universitetinin hüquq fakültəsini bitirib. İngiliscə və yaponca danışa bilir.

Gənc yaşlarında oxumağa başlayıb və 13 yaşında ailəsi ilə Yaponiyaya köçüb. 14 yaşında öz ifalarını qeydə alaraq müxtəlif musiqi şirkətlərinə göndərib və Yaponiya musiqi prodüseri Joe Rinoiedən cavab alıb. Rinoie onun ifasından təsirlənib və Stefani 19 yaşında SME Records ilə debüt edib. 49-cu Yaponiya Musiqi Mükafatında "Ən yaxşı yeni sənətkar" mükafatına layiq görülüb və daha sonra iki albom buraxıb.

Debüt sinqlı "Kimiga Iru Kagiri" və növbəti sinqlı 2Because of You" "Kiss Dum" animesinin bağlanış mahnıları olub. Beşinci sinqlı "Changin" "D.Gray-man" animesinin sonuncu bağlanış mahnısı seçilib. 2008-ci ilin əvvəlində "Friends" adlı sinqlı "Gundam 00" animesinin 2-ci bağlanış mahnısı olub. Mahnı Yaponiya Oricon çartlarında Top-10-luqda görünüb.

Film karyerasına 2009-cu ildə "Qürur" filmi ilə başlayıb. Film Yukari İçiconun şoco manqasına əsaslanır. Stefani filmdə protaqonist Şio Asamini canlandırır. Həmçinin filmin bağlanış mahnısını ifa edib. Bundan əlavə 2009-cu ildə "It's All Good" adlı qısametrajlı filmdə və 2014-cü ildə "Tokio qəbiləsi" adlı filmdə rol alıb.

2015-ci ilin fevralında Stefani erməni diasporundan olan müğənnilərdən ibarət "Genealogy" qrupunun üzvü olub. Qrup Ermənistanı 2015-ci il Avroviziya Mahnı Müsabiqəsində təmsil edib. Qrupda hər üzv bir qitəni təmsil edirdi, Stefani isə Asiya qitəsini təmsil edirdi. Bu münasibətlə Ermənistan prezidenti Serj Sarkisyan tərəfindən ona və digər üzvlərə 28 aprel 2015-ci ildə Ermənistan pasportları verilmişdir.

Diskoqrafiya + Albomları Başlıq Albom detalları Pik reytinqiYPNOricon Buraxılış: 5 mart 2008 Leybl: SME Records Formatlar: CD, CD/DVD, rəqəmsal yüklənmə 25 Colors of My Voice Buraxılış: 17 iyun 2009 Leybl: SME Records Formatlar: CD, CD/DVD, rəqəmsal yüklənmə 102 + Sinqlları Başlıq İl Pik reytinqi Sertifikatlar AlbomlarYPNOriconYPNHot 100 2007 36 — Stephanie "Because of You" 50 — "Winter Gold" 80 — 2008 8 7 RIAJ (rəqəmsal): Qızıl "Changin’" 50 Colors of My Voice "Pride (A Part of Me)" 2009 82 63 "Future" 155 — 2012 — — Yoxdu — — "Precious Love" — —

İstinadlar

Xarici keçidlər arvivi

Kateqoriya:Yaşayan insanlar Kateqoriya:Ermənistan müğənniləri Kateqoriya:Yaponiyanın qadın pop müğənniləri Kateqoriya:Anime musiqiçiləri Kateqoriya:Yaponəsilli amerikalılar Kateqoriya:Erməniəsilli yaponlar Kateqoriya:XXI əsr ABŞ aktrisaları