thumb|Yaqub Mehdiyev Ağa oğlu

Mehdiyev Yaqub Ağa oğlu (26 mart 1948 – 29 mart 2013) — monumentalçı rəssam.

Həyatı Yaqub Mehdiyev 1948-ci il 26 martda Bakı şəhərində ziyalı ailəsində anadan olmuşdur. 1967-ci ildə Ə. Əzimzadə adına Rəssamlıq Məktəbini fərqlənmə ilə bitirmiş, elə həmin il Moskva Ali Rəssamlıq Akademiyasının Monumental Dekorativ Rəngkarlıq fakültəsinə daxil olmuşdur. 1972-ci ildə Moskva Ali Rəssamlıq Akademiyasını bitirmişdir. 1975-ci ilədək Moskva Bədii Fondunda monumentalçı-rəssam vəzifəsində çalışmışdır.

Y. Mehdiyevin yaradıcılıq stajı 1966-cı ildən başlamışdır. 1976-cı ildən Azərbaycan Rəssamlar İttifaqının üzvüdür. Azərbaycanda və xaricdə nümayiş olunan sərgilərdə fəal iştirak etmişdir. Onun mozaika və rəngkarlıq əsərləri İtaliya, Fransa, İngiltərə, İsrail, İspaniya, İsveç, Avstriya, Kanada, Almaniya, İsveçrə, Rusiya, Ukrayna, Estoniya, Türkiyə, ABŞ, İran, Misir, BƏƏ, Yaponiya və digər dünya ölkələrinin muzeylərində və şəxsi kolleksiyalarında qorunur. 1991-ci ildə rəssamın "Sevgililər" adlı mozaik əsəri Turqut Özalın ailəsinə hədiyyə edilmişdir.

Yaqub Mehdiyev Rusiya, Ukrayna, Litvada yaradıcılıq simpoziumlarının iştirakçısıdır. 1993-1998 -ci illərdə Ali Tətbiqi Elmlər Kollecində, 1999-cu ildən Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetində müəllim işləmiş, 2000-ci ildən isə Azərbaycan Dövlət Rəssamlıq Akademiyasında baş müəllim vəzifəsində çalışmışdır. 4 elmi metodik vəsaitin müəllifidir. Azərbaycan Milli Elmlər Akademiyasının Memarlıq və İncəsənət İnstitutunun 1996-cı il Elmi Toplusunda həmin institutun professoru, beynəlxalq dəyərli sənətşünas N.R. Cavanşirin "Yaqub Mehdiyev monumentalçı rəssamdır" adlı elmi tədqiqat əsəri dərc olunmuşdur.

Yaqub Mehdiyevin tabloları sərgilərdə tamaşaçıların, monumental əsərləri isə şəhər sakinləri və qonaqların zövqünü oxşayır.

Yaqub Ağa oğlu Mehdiyev 2013-cü il 29 martda vəfat etmişdir.

Azərbaycan xalq rəssamı Ağa Mehdiyevin oğludur.

Əsərləri Bakı. M.F. Axundov adına Azərbaycan Pedoqoji İnstitutu (indiki Bakı Slavyan Universiteti). "Bərəkətli süfrə". interyer.50 m². mozaika-smalta. 1976 Soçi. Sanatoriya kompleksi. İnteryer. "Flora-fauna". 200 m². Relyef-mozaika. Smalta-beton. 1978 Soçi. "Əmək". 400 m². Mozaika-smalta. 1978 Bakı. Azərbaycan SSR Səhiyyə Nazirliyinin Respublika Sanitariya Maarifi Evi. İnteryer. "Təbabət elmi". 90 m² . divar boyakarlığı. 1978 Maştağa. "Məhsul bayramı". 250 m². mozaika-relyef. 1979 Xırdalan. Ticarət Mərkəzi. Eksteryer. "Azərbaycan diyarının zənginliyi". 80 m². Relyef-mozaika. Smalta-beton. 1980 Şamaxı."Təbiət". 200 m². mozaika-relyef. 1980 Astara. 150 m². "Məhsul bayramı". mozaika-smalta. 1981 Bakı. I mikrorayon uşaq meydançası. "Xoşbəxt uşaqlıq". 75 m². Relyef-mozaika. Smalta-beton. 1981 Naxçıvan. "Araz" mehmanxanası. Eksteryer. "Qonaqpərvərlik". 80 m². Relyef-mozaika. Smalta-beton. 1983 Bakı. Ekologiya və Təbii Sərvətlər Nazirliyi. Eksteryer. "Vulkan". 580 m². Relyef-mozaika. Smalta-beton. 1984 Bakı. Azneft meydanı. Eksteryer. "Xalq və partiya birliyi". 300 m². Relyef-mozaika. Smalta-beton. 1986 Sumqayıt. "Qarabağ" teatrı. Eksteryer. "Teatr dünyası". 90 m². Relyef-mozaika. Smalta-beton. 1988 Bakı. Nəqliyyat Nazirliyi. Eksteryer. "Yol-nəqliyyat-sürət". 90 m². Relyef-mozaika. Smalta-beton. 1989 "20 Yanvar" şəhidlərinə həsr olunmuş açıq müsabigənin diplomu. (deviz 504224). 1991 Bakı. Musiqili Komediya Teatrının sujetli xalça pərdəsi. "Azərbaycan ulduzları". Xali-pərdə. İpək-yun. 1995 Sumqayıt Şəhidlər Xiyabanı Kompleksi. "Ulduzlar" monumenti. dəmir-beton. 2000

http://ecia-academy.org/pdf/2022%20Vol%2022%20N%201%20(I%20part).pdf Könül Yaqub qızı Əzimova "Monumentalçı rəssam Yaqub Mehdiyevin rənglər dünyası".Səh.216-228

Kateqoriya:Azərbaycan rəssamları Kateqoriya:Azərbaycanlı rəssamlar