Arilena Ara () — Albaniya müğənnisi.

Arilena vətəni Albaniyada 2012-ci ildə X Factor musiqi yarışmasındakı iştirakından sonra şöhrət qazanmışdır. O, 2019-cu ilin dekabr ayında ifa etdiyi "Shaj" () mahnısı ilə Albaniyanın Festivali i Këngës mahnı yarışmasında iştirak edərək qələbə qazanmışdır. Həmin mahnı ilə ifaçı Albaniyanı Niderlandın Rotterdam şəhərində keçirilən 2020 Avroviziya Mahnı Müsabiqəsində təmsil edəcək.

Bioqrafiyası Arilena Ara 1998-ci ilin iyul ayında Albaniyanın Şkoder şəhərində anadan olmuşdur. O ilk öncə Gjeniu i Vogël uşaqlar üçün məharət yarışmasında iştirak etmiş və nəticədə üçüncü yerə layiq görülmüşdür.

Atasının vəfatının ardınca Arilena 2012-ci ilin oktyabr ayından 2013-cü ilin mart ayınadək Albaniyanın X Factor musiqi yarışmasına iştirak etmişdir. Yarışmanın finalına yüksəlməyə nail olan Arilena nəticədə qalibiyyət əldə etmişdir. Bunun ardınca ifaçı "Dance With Me" yarışmasında iştirak etmişdir. 2014-cü ilin fevral ayında Arilenanın "Aeroplan" adlı debüt sinqlı təqdim olunmuşdur. Albaniyada hitə dönüşən mahnının ardınca ifaçının ikinci sinqlı "Business Class" təqdimatından sonra 9 saat ərzində 1 milyondan artıq baxış sayı qazanmışdır. 2015-ci ildə Arilena atasına həsr etdiyi "Vegim" mahnısını təqdim etmişdir. Onun 2016-cı ildə buraxdığı "Nëntori" mahnısı isə Albaniya ilə yanaşı Rumıniya və Rusiyada da hit-paradlarda yer almışdır.

2019-cu ildə Arilena The Voice Kids Albania səs yarışmasında münsiflər heyətinin üzvü kimi iştirak etmişdir.

Diskoqrafiya

Sinqllar Mahnı adı İl "Aeroplan" 2014 "Business Class" "Vegim" 2015 "TokeRroke" 2016 "Nëntori" "Nallane 3" (Flori Mumayesi və DJ Vicky ilə) 2017 "I'm Sorry" "Snow in December" "Kida" "Silver and Gold" "Zemër" "Silver & Gold" 2018 "Doja" (Flori Mumayesi ilə duet) 2019 "Shaj"

İstinadlar

Xarici keçidlər Kateqoriya:Albaniyada doğulanlar Kateqoriya:Albaniya müğənniləri Kateqoriya:2020 Avroviziya Mahnı Müsabiqəsi Kateqoriya:XXI əsr müğənniləri Kateqoriya:"Avroviziya" iştirakçıları Kateqoriya:Pop musiqiçilər