280px|thumb|right|1920-ci ilin oktyabrında Polşa qüvvələri Neman döyüşündən əvvəl öz mövqelərində Sovet–Polşa müharibəsi — Rusiyada vətəndaş müharibəsi zamanı 1919–1921-ci illərdə Polşa ilə Sovet Rusiyası, Sovet Belorusiyası, Sovet Ukraynası arasında — dağılmış Rusiya İmperiyası ərazilərində — Rusiya, Belarus, Latviya, Litva, Polşa və Ukraynada gedən müharibə. Müasir Polşa tarixşünaslığında Polşa-Bolşevik müharibəsi də adlanır. Münaqişədə Ukrayna Xalq Respublikasının və Qərbi Ukrayna Xalq Respublikasının qoşunları da iştirak etmişdilər. Müharibənin ilk mərhələsində Ukrayna Xalq Respublikasının ordusu Polşaya qarşı döyüşsə də, sonradan UXR hərbi hissələri polyakların tərəfinə keçdi.
Rusiyada, o dövrün sənədlərində müharibə Polşa Cəbhəsi də adlanırdı.
1918-ci il noyabrın 13-də İttifaq dövlətlərinin süqutundan və 1918-ci il noyabrın 11-də imzalanan Kompyen sülh sazişindən sonra Vladimir Leninin rəhbərlik etdiyi Rusiya Sovet Federativ Sosialist Respublikası Brest-Litovsk müqaviləsini (1918-ci ilin martında İttifaq dövlətlərilə imzaladığı) ləğv etdi. Bolşeviklər qərbə doğru irəliləməyə başladılar. Onlar Alman qoşunları tərəfindən azad edilmiş və müqaviləyə əsasən Sovet Rusiyasının almanlara güzəştə getdiyi Ober Ost ərazilərini geri qaytarmaq və qərb sərhədlərinin təhlükəzisliyini təmin etmək üçün bölgəyə yeni hərbi qüvvələr cəlb etdilər. Lenin yeni müstəqillik qazanmış Polşanı (1918-ci ilin oktyabr-noyabr aylarında yaradılmışdı) Qırmızı Ordusunun digər kommunist hərəkatlarına kömək etmək və yeni Avropa inqilablarını həyata keçirmək üçün keçməli olduğu "körpü" kimi görürdü.
Eyni zamanda, müxtəlif siyasi istiqamətli Polşanın aparıcı siyasətçiləri ölkənin 1772-ci ildən əvvəlki sərhədlərinin bərpası ilə bağlı ümumi gözləntiyə malik idilər. Bu ideyanı rəhbər tutaraq Polşa dövlətinin başçısı Yuzef Pilsudski (1918-ci il noyabrın 14-dən vəzifədə idi) qoşunları şərqə göndərmək haqda əmr verdi.
1919-cu ildə Qırmızı Ordu 1917–1922-ci illərdə olan Rusiyada vətəndaş müharibəsinə başı qarışmışdı. Bundan istifadə edən Polşa Ordusu asanlıqla bir çox polyakların Polşa "Kresi" kimi qəbul etdiyi ərazilərə daxil oldu. Həmin il onlar indiki Litvanın və Belarusun böyük hissəsini ələ keçirdilər. 1919-cu ilin iyul ayına qədər Polşa qüvvələri Şərqi Qalisiya ərazisinin böyük hissəsini nəzarətə götürdü və 1918-ci ilin noyabrında başlayan Polşa-Ukrayna müharibəsində 1919-cu ilin iyuluna qədər qalib gəldi. Ukraynanın Rusiya ilə həmsərhəd olan şərq hissəsində Semyon Petlyura Ukrayna Xalq Respublikasını müdafiə etməyə çalışdı. Lakin Rusiya vətəndaş müharibəsində bolşeviklər üstünlüyü əldə etdikdən sonra, qərbə doğru mübahisəli Ukrayna torpaqlarına doğru hərəkət etməyə başladılar. Onlar Petlyuranın qüvvələrini geri çəkilməyə məcbur etdilər. Petlyura Pilsudski ilə ittifaq bağlamağa məcbur oldu. 1920-ci ilin aprelində rəsmi olaraq bağlanan ittifaq səyəsində Petlyura qərbdə kiçik bir ərazini işğaldan azad etməyi bacardı.
Pilsudski hesab edirdi ki, Polşa üçün təhlükəsiz sərhədləri təmin etməyin ən yaxşı yolu hərbi əməliyyatlardır. O, Qırmızı Ordu qüvvələrini asanlıqla məğlub edə biləcəyini düşünürdü. Onun Kiyevə hücumu 1920-ci il aprelin sonlarında başladı. Mayın 7-də Kiyevin Polşa və müttəfiq Ukrayna qüvvələri tərəfindən tutulması ilə nəticələndi. Bölgədəki daha zəif olan sovet hərbi qüvvələri böyük qarşıdurmalardan yayınaraq geri çəkildiklərindən qəti şəkildə məğlub olmamışdılar. Hücum yerli əhalidən cüzi dəstək aldı və yerli əhali Petlyuranın qüvvələrinə yox, Qırmızı Orduya qoşuldu.
Qırmızı Ordu Polşanın hücumuna əks-hücumlarla cavab verdi. İyunun 5-dən Cənubi Ukrayna cəbhəsində və iyulun 4-dən Şimal cəbhəsində boşeviklər aktiv hərbi əməliyyatlara başladılar. Cənub cəbhəsində daha müasir silahlarla təchiz edilmiş polyaklar və onların müttəfiqləri nizamlı şəkildə geri çəkildilər. Şimal cəbhəsində isə geri çəkilmə tezliklə xaotik və razılaşdırılmamış qaçışa çevrildi. Sovet əks-hücumu Polşa qüvvələrini qərbə, Polşanın paytaxtı Varşavaya qədər geri atdı. Ukrayna Direktoriyası isə Qərbi Avropaya qaçdı. Sovet qoşunlarının Almaniya sərhədlərinə gəlib çatması qorxusu Qərb dövlətlərinin müharibəyə marağını və cəlb olunması şərtlərini artırdı. Yazın ortalarında Varşavanın bolşeviklər tərəfindən tutulması qaçılmaz görünürdü. Lakin avqustun ortalarında hər şey dəyişdi. Xüsusilə Qərb dövlətlərinin Polşaya köməyi müharibədə əsaslı dönüşün yaranmasına şərait yaratdı. ABŞ, Fransa və qismən Britaniyanın hərbi, siyasi və maddi köməyi sayəsində Polşa ordusu yenidən toparlandı. Polşa qüvvələri Varşava döyüşündə (12–25 avqust 1920-ci il) gözlənilməz və qəti qələbə qazandıqdan sonra cəbhədə vəziyyət yenidən polyakların xeyrinə dəyişdi. Polşa ordusunun şərqə doğru irəliləməsindən sonra Sovet Rusiyası sülh üçün danışıqlara hazır olduğunu bildirdi. Müharibə 18 oktyabr 1920-ci ildə atəşkəslə başa çatdı.:pl:Andrzej Paczkowski, The Spring Will Be Ours: Poland and the Poles from Occupation to Freedom, Penn State Press, 2003, , p. 10David Parker, The Tragedy of Great Power Politics, W. W. Norton & Company, 2001, , p. 194
18 mart 1921-ci ildə imzalanan Riqa sülhü Polşa ilə Sovet Rusiyası arasında mübahisəli əraziləri bölüşdürdü. Riqa müqaviləsi İkinci Dünya müharibəsi başlayana qədər Polşa-Sovet sərhədini müəyyən etdi. Polşanın şərq sərhədi Kerzon xəttinin təxminən 200 km şərqində quruldu. Belə ki, 1920-ci ildə Polşanın şərq sərhədləri ilə bağlı Britaniyanın təklifi var idi. Antanta liderləri tərəfindən 1919-cu ildə Polşanın şərq istiqamətində genişlənməsinin həddi kimi Kerzon xətti təsdiq edilmişdi. Yeni Polşa-Sovet Rusiyası sərhəddi ərazini hazırkı Ukrayna və Belarus kimi ölkələrə böldü. (First edition: New York, St. Martin's Press, inc., 1972.)
Polşa tərəfindən sülh danışıqlarını əsasən, Pilsudskinin siyasi rəqibləri aparırdılar. Onlar Pilsudskinin iradəsinə zidd olaraq danışıqlarda iştirak edirdilər. Bu səbəbdən aparılan sülh danışıqları iki yeni Sovet respublikasının, Ukrayna SSR və Belorusiya SSR-nin rəsmi tanınması ilə başa çatdı və onlar müqaviləyə qoşuldular. Sülh danışıqlarının nəticəsi və razılaşdırılmış yeni sərhəd, Pilsudskinin nəzərdə tutduğu kimi, Polşanın rəhbərliyi altında Üçdənizlilik məfkurəsi dövlətlərinin (Qara dənizdən Baltik dənizinə qədər ərazilər) federasiyasının yaradılması və ya onun Şərq Siyasətinin digər məqsədlərinə nail olmaq imkanlarını aradan qaldırdı.:pl:Aviel Roshwald, "Ethnic Nationalism and the Fall of Empires: Central Europe, the Middle East and Russia, 1914–1923", Routledge (UK), 2001, , p. 37Richard K Debo, Survival and Consolidation: The Foreign Policy of Soviet Russia, 1918–1921, McGill-Queen's Press, 1992, , p. 59.James H. Billington, Fire in the Minds of Men, Transaction Publishers, , p. 432
Tarixi 250px|thumb|left|"Panların fitnəsi nə ilə bitəcək?" Sovet plakatı. Müharibənin aparıldığı Qərbi Belarus və Qərbi Ukrayna torpaqları XI-XIII-cü əsrlərdə Rüriklər sülaləsinin mülklərinin hüdudlarına daxil idi. Bir müddət davam edən ara müharibələri və 1240-cı il tatar-monqol istilasından sonra bu ərazilər Litva və Polşanın təsir dairəsinə düşdü. XIII əsrin ortalarında müasir Belarusun qərb torpaqlarında və müasir Litvanın cənub torpaqlarında Litva dövləti yarandı. XIV əsrin əvvəllərində Dnepr ətrafı, Pripyat və Qərbi Dvinanın ikiçayarası, sonra isə müasir Ukrayna ərazisi və Kiyev torpaqları Böyük Litva Knyazlığına birləşdirildi. Və 1352-ci ildə Qalisiya-Volın knyazlığının torpaqları da Polşa və Litva arasında bölündü. 1569-cu ildə Polşa Krallığı və Böyük Litva Knyazlığı arasında imzalanan Lublin uniyasına görə, əvvəllər litvalılara məxsus müasir Ukraynanın bir hissəsi Polşa Krallığı Taxt-tacının hakimiyyəti altına keçdi. 250px|thumb|right|"Bolşevikləri vur!" Polşa plakatı Moskvada olan Rüriklər sülaləsi Litva şahzadələrinin və Polşa krallarının onların keçmiş torpaqları ərazisindəki hakimiyyətini qanunsuz hesab edir və bu torpaqları geri almaq üçün dəfələrlə cəhdlər edirdilər. Rurikləri əvəz edən Romanovlar da Rurikoviçlərin birbaşa varisləri olmasa da, onların ərazi iddialarını qəbul etmişdilər. Polşa və Litva monarxları da öz növbəsində, Rusiya hökmdarlarının Böyük Litva Knyazlığı və Polşa Taxt-tacına məxsus torpaqlara iddialarını qanuni və ədalətli saymadılar. Bu torpaq iddiaları tərəflərin növbəli uğurları ilə çoxsaylı hərbi qarşıdurmalara səbəb oldu.
1772–1795-ci illərdə Reç Pospolitanın üç dəfə bölünməsi nəticəsində torpaqların bir hissəsi Rusiya İmperiyasının hakimiyyəti altına keçdisə də, Qalisiya əraziləri Avstriya monarxiyasının payına düşdü.
1917-ci il dekabrın 10-da Xalq Komissarları Sovetinin qərarı ilə Polşanın müstəqilliyi tanındı.
1918-ci il yanvarın 25-də Dovbor-Musnitskinin komandanlığı altında olan I Polşa Korpusu üsyan qaldırdı. Lakin üsyan 1918-ci il fevralın 13-də Yoakim Vatsetisin qüvvələri tərəfindən yatırıldı. Lakin müharibənin yenidən başlamasından faydalanaraq korpus fevralın 21-də Minsk şəhərini işğal etdi və Avstriya-Alman komandanlığı ilə razılığa gələrək işğalçı qüvvələrin tərkibinə keçdi.
1918-ci il avqustun 29-da V. Lenin keçmiş Rusiya İmperiyası tərəfindən Polşanın bölünməsi barədə bağlanmış müqavilələrdən və aktlardan imtina haqqında RSFSR Xalq Komissarları Sovetinin qərarını imzaladı.
1918-ci ilin noyabrında Almaniyanın müharibədəki məğlubiyyətindən sonra, Polşanın müstəqil bir dövlət olaraq bərpa edildiyi zaman yeni sərhədlərinin müəyyənləşdirilməsi məsələsi ortaya çıxdı. Polşa siyasətçiləri keçmiş Reç-Pospolitanın şərq ərazilərinin yeni dövlətin tərkib hissəsinə daxil olması ilə bağlı nə qədər fikir ayrılığına malik olmalarına baxmayaraq, yekdilliklə topraqların Polşa nəzarətinə qayıtmalarını dəstəkləyirdilər. Sovet hökuməti isə əksinə, dünya inqilabının mərkəzi kimi (rəsmi şəkildə bildirildiyi kimi) keçmiş Rusiya imperiyasının bütün ərazisində nəzarəti bərpa etmək niyyətində idi.
1918-ci ilin sonlarında Şərqi Avropada siyasi vəziyyət 300px|thumb|left|1772-ci ilə qədər olan Reç-Pospolita sərhədi və onun sonradan bölünməsi 1918-ci il martın 3-də imzalanmış Brest-Litovsk Sülh Müqaviləsinə əsasən Sovet Rusiyasının qərb sərhədi (Almaniya və Avstriyaya bitişik) Riqa — Dvinsk — Druya — Drisviyat — Mixalişki — Zevilişki — Dokudov — çayı, Neman — çayı, Zelvinka — Prujany — Vidoml xətti üzrə keçməli idi. Rusiya "… dərhal Ukrayna Xalq Respublikası ilə sülh bağlamağı və bu dövlətlə Dördlər İttifaqı ölkələri arasında sülh müqaviləsini tanımaq öhdəliyi götürürdü. Ukrayna ərazisi dərhal rus qoşunlarından və Rusiya Qırmızı Qvardiyasının birliklərindən təmizlənməli idi. Müqaviləyə görə Rusiya Ukrayna Xalq Respublikasının hökumətinə və ya ictimai qurumlarına qarşı bütün təşviqat və təbliğatı dayandırırdı. Estlandiya və Livoniya da dərhal rus qoşunlarından və Rusiya Qırmızı Qvardiyasından təmizlənməli idi. Estoniyanın şərq sərhədi ümumiyyətlə Narva çayı boyunca keçməli idi. Livoniyanın şərq sərhədi Çud və Pskov gölünün cənub-qərb tərəfinə, sonra Lyuban gölü ilə Qərbi Dvinadakı Livengofa doğru uzanmalıydı. Estoniya və Livoniyada ictimai təhlükəsizlik yerli daxili qüvvələr yaradılana qədər Alman polisi tərəfindən təmin olunacaqdı. 300px|thumb|right|Polşa 1918–20-ci illərdə 1918-ci il avqustun 27-də bağlanmış əlavə razılaşmaya görə, Rusiya Ukrayna və Gürcüstanın müstəqilliyini tanıyır, ilkin sazişə əsasən formal olaraq Rusiya dövlətinin tərkib hissəsi kimi qəbul edilmiş Estoniya və Livoniyadan imtina edirdi.
1918-ci il noyabrın 11-də Birinci Dünya müharibəsinin başa çatmasını rəsmiləşdirən Kompeyn sazişi imzalandıqdan sonra alman qoşunlarının işğal olunmuş ərazilərdən çıxarılması başlandı. Şərqi Avropa ölkələrində bu müxtəlif qüvvələrin doldurmağa çalışdığı bir siyasi boşluğa səbəb oldu. Bu qüvvələr bir tərəfdən Almaniyanın işğalı zamanı formalaşan hakimiyyətlərin varisi olan yerli hökumətlər; digər tərəfdən, bolşeviklər və onların tərəfdarları idi. Sovet Rusiyası onlara siyasi dəstək verirdi. Çünki, sovetlər noyabrın 13-də Kompeyn sazişi ilə əlaqədar Brest-Litovsk sülh müqaviləsinin etibarsızlığını elan etmişdilər.