Mircəlal Cavanşir oğlu Qurbanov () — Azərbaycan Yazıçılar Birliyinin üzvü, nəğməkar-şair, Prezident təqaüdçüsü, "Fire Land Group"-un rəhbəri, "Cavanşir" İdman Klubunun prezidenti, Azərbaycan Milli İdman Növləri Assosiasiyasının vitse-prezidenti (2021–2024), Milli Güləş Federasiyasının prezidenti (2021–2024). 2001–2023-cü illərdə Dövlət Gömrük Komitəsi sistemində çalışmış, gömrük xidməti polkovniki rütbəsinə yüksəlmişdir.
Həyatı Mircəlal Qurbanov Cavanşir oğlu 19 mart 1980-ci ildə Bakı şəhərində anadan olmuşdur.
1986-cı ildə Yasamal rayonundakı 21 nömrəli tam orta məktəbin birinci sinfinə daxil olmuş, 1996-cı ildə həmin məktəbi bitirmişdir. Elə həmin il “Təfəkkür” Universitetinin İqtisadiyyat fakültəsinin Gömrük işinin təşkili ixtisasına qəbul olunmuş və 2000-ci ildə ali təhsilini müvəffəqiyyətlə başa vurmuşdur. 2000-ci ildə Azərbaycan Dövlət Neft Akademiyasının magistratura pilləsinə qəbul olmuşdur. Magistraturanın birinci kursunu müvəffəqiyyətlə bitirdikdən sonra akademik məzuniyyət götürərək könüllü şəkildə həqiqi hərbi xidmətə yollanmışdır. Hərbi xidmətini başa vurduqdan sonra təhsilini davam etdirmiş və 2003-cü ildə Azərbaycan Dövlət Neft Akademiyasında Neft sənayesi və ekologiya ixtisası üzrə magistr dərəcəsi almışdır. 2005-ci ildə Azərbaycan Respublikasının Prezidenti yanında Dövlət İdarəçilik Akademiyasının İnzibati İdarəetmə fakültəsinin Dövlət və bələdiyyə idarəetməsi ixtisasına qəbul olmuş, 2008-ci ildə həmin akademiyanı müvəffəqiyyətlə bitirmişdir.
2001–2023-cü illərdə Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsinin Bakı Baş Gömrük İdarəsində və Hava Nəqıiyyatı Baş Gömrük İdarəsində müxtəlif məsul vəzifələrdə çalışmış, gömrük xidməti polkovniki xüsusi rütbəsinədək yüksəlmişdir. Xidməti dövründə III, II və I dərəcəli "Qüsursuz xidmətə görə" döş nişanları ilə təltif olunmuşdur.
2020-ci ildə 44 günlük Vətən müharibəsi zamanı könüllü olaraq Azərbaycan Respublikası Müdafiə Nazirliyinin Mənəvi-Psixoloji Hazırlıq və İctimaiyyətlə Əlaqələr İdarəsinin xətti ilə cəbhə bölgəsinə yollanmış, hərbi qulluqçuların döyüş ruhunun və mənəvi-psixoloji hazırlığının yüksəldilməsi istiqamətində fəaliyyət göstərərək Vətən müharibəsində iştirak etmişdir. 2020-ci ildən Heydər Əliyev Fondunun könüllüsü olaraq, Fondun dəstəyi ilə həyata keçirilən “Mənim Oğlum Qəhrəmandır!” və “Mənim Atam Qəhrəmandır!” layihələrinin ideya müəllifi və icraçısıdır.
2023-cü ildə öz qərarı və şəxsi ərizəsi ilə Dövlət Gömrük Komitəsi xidmətindən ayrıldıqdan sonra fəaliyyətini bütünlüklə bu layihələrin davam etdirilməsinə və şəhid ailələrinin yanında olmağa həsr etmişdir.
Azərbaycan Yazıçılar Birliyinin üzvü, Azərbaycan Respublikası Prezidentinin təqaüdçüsü, 100-dən artıq mahnının söz müəllifi, həmçinin bir sıra vətənpərvər mahnıların bəstəkarıdır.
Milli Güləş Federasiyasının prezidenti və Azərbaycan Milli İdman Növləri Assosiasiyasının vitse-prezidenti olub. Sərbəst güləş üzrə idman ustalığına namizəddir. Hazırda “Fire Land Group”un rəhbəri və “Cavanşir” İdman Klubunun prezidentidir.
Fəaliyyəti
Əmək fəaliyyəti 15.01.2001–24.07.2001-ci illərdə Azərbaycan Dövlət Gömrük Komitəsi Azərterminalkomleks birliyi Bakı Şöbəsi mütəxəssisi kimi fəaliyyət göstərmişdir. 2003– 2007-ci il tarixlərində Azərbaycan Dövlət Gömrük Komitəsi Bakı Baş Gömrük İdarəsi, Keşlə Gömrük postunun inspektoru kimi fəaliyyət göstərmişdir. Həmçinin 2004– 2007-ci il tarixi ərzində Azərbaycan Dövlət Gömrük Komitəsi Bakı Baş Gömrük İdarəsi, Rəsmləşdirmə şöbəsi böyük inspektoru vəzifəsində çalışmışdır. 2004–2018 – çi illərdə Azərbaycan Dövlət Gömrük Komitəsi Bakı Baş Gömrük İdarəsi Baş inspektor kimi çalışıb. 2016–2018 – Bakı Baş Gömrük İdarəsində yaradılmış "Yaşıl Dəhliz" buraxılış sisteminin qrup rəhbər təyin olunmuşdur. 2018–2023-cü illərdə Azərbaycan Dövlət Gömrük Komitəsi Bakı Baş Gömrük Komitəsi Hava Nəqliyyatı Baş Gömrük İdarəsi baş inspektor vəzifəsində çalışıb. 2001–2023-cü illərdə Dövlət Gömrük Komitəsinin Bakı Baş Gömrük İdarəsində və Hava Nəqliyyatı Baş Gömrük İdarəsində çalışmış, gömrük xidməti Polkovniki rütbəsinə qədər yüksəlmişdir. 2001–2023-cü illərdə Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsinin Bakı Baş Gömrük İdarəsində müxtəlif məsul vəzifələrdə çalışmış, gömrük xidməti polkovniki xüsusi rütbəsinədək yüksəlmişdir. Xidməti dövründə III, II və I dərəcəli "Qüsursuz xidmətə görə" döş nişanları ilə təltif olunmuş, 2020-ci ildə 44 günlük Vətən müharibəsi zamanı könüllü olaraq Azərbaycan Respublikası Müdafiə Nazirliyinin Mənəvi-Psixoloji Hazırlıq və İctimaiyyətlə Əlaqələr İdarəsinin xətti ilə cəbhə bölgəsinə yollanmış, hərbi qulluqçuların döyüş ruhunun və mənəvi-psixoloji hazırlığının yüksəldilməsi istiqamətində fəaliyyət göstərərək Vətən müharibəsində iştirak etmişdir. 2020-ci ildən Heydər Əliyev Fondunun könüllüsü olaraq, Fondun dəstəyi ilə həyata keçirilən “Mənim Oğlum Qəhrəmandır!” və “Mənim Atam Qəhrəmandır!” layihələrinə rəhbərlik edir. 2023-cü ildə öz qərarı və şəxsi ərizəsi ilə Dövlət Gömrük Komitəsindəki xidmətindən ayrıldıqdan sonra fəaliyyətini bütünlüklə bu layihələrin davam etdirilməsinə və şəhid ailələrinin yanında olmağa həsr etmişdir. AYB - nin üzvü və Prezident təqaüdçüsüdür.
İctimai və idman fəaliyyəti Mircəlal Qurbanov ictimai fəaliyyəti ilə yanaşı idman sahəsində də fəaliyyət göstərmişdir. 2021–2024-cü illərdə Azərbaycan Milli İdman Növləri Assosiasiyasının vitse-prezidenti olmuşdur.
2021–2024-cü illərdə Milli Güləş Federasiyasının prezidenti vəzifəsində fəaliyyət göstərmişdir.
Yaradıcılığı 2013-cü ildən Azərbaycan Yazıçılar Birliyinin üzvüdür. "Fire Land" Production, "Yaşa, yaşa, Azərbaycan!", "Mənim atam qəhrəmandır!", "Mənim oğlum qəhrəmandır!" layihələrinin rəhbəridir.
Şeirlərinə bəstələnən mahnılar
Layihələri "Körpələrin səsi" – mus: Hakan Erol "İlk Avropa oyunları" – mus: Muxtar Abseynov "Sən Azərbaycanlısan" — mus: Gövhər Həsənzadə, ifaçılar: Fidan Qasımova, Xuraman Qasımova, Alim Qasımov, Zülfiyyə Xanbabayeva, Mustafa Ceceli, Fərqanə Qasımova (2013-cü il ASAN Xidmətin təşəbbüsü ilə) "Zəfərə doğru" — mus: Eldar Mansurov, ifaçılar: Avroviziya təmsilçiləri Samir Cavadzadə, Elnur Hüseynov, Səbinə Babayeva, Eldar Qasımov, Nigar Camal, Dilarə Kazımova (2018-ci il) "Yaşa, yaşa, Azərbaycan!" — mus: Rauf Məmmədov, ifaçılar: Rasim Balayev, Alim Qasımov, Natiq Şirinov, Zülfiyyə Xanbabayeva, Aygün Kazımova, Mirələm Mirələmov (2019-cu il) "Sən qalib gələcəksən" — mus: Gövhər Həsənzadə, İfaçılar:İlhamə Quliyeva, İlqar Muradov, Faiq Ağayev, Röya, Samir Cavadzadə, Elnur Hüseynov (2008-ci il) "Say Hallelujah" — söz: Cəlal Qurbanov, tərcümə: Nigar Həsənzadə, mus: Elnur Hüseynov, ifaçılar: Elnur Hüseynov, Fidan Hüseynova (2018-ci il) Rəhbəri olduğu "Fire Land Group"un təşkilatçılığı və Azərbaycan Respublikası Müdafiə Nazirliyinin dəstəyi ilə "Mənim atam qəhrəmandır" layihəsinin silsilə tədbirlər həyata keçirib. "Mənim Atam Qəhrəmandır" — söz: Cəlal Qurbanov, mus: Xanım İsmayılqızı, ifaçı: Zamiq Hüseynov "Azərbaycan" — söz: Cəlal Qurbanov, mus: Hikmət Mirməmmədli, ifaçılar: Aygün Kazımova, Zamiq Hüseynov "O tay, bu tay Azərbaycan" — söz: Cəlal Qurbanov, mus: Elçin Cəfərov, ifaçı: Mirələm Mirələmov "Mənim Oğlum Qəhrəmandır" — söz: Cəlal Qurbanov, mus: Camal Qurbanov, ifaçı:Azər Zeynalov
Təltif və mükafatları 27.01.2011 — Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsinin "Gömrük orqanlarında xidmətə görə" 3-cü dərəcəli döş nişanı 01.03.2016 — Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsinin "Gömrük orqanlarında xidmətə görə" 2-ci dərəcəli döş nişanı 28.05.2018 — Prezident təqaüdü 28.01.2022 — Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsinin "Gömrük orqanlarında xidmətə görə" 1-ci dərəcəli döş nişanı
İstinadlar
Kateqoriya:3-cü dərəcəli "Gömrük orqanlarında xidmətə görə" döş nişanı ilə təltif olunanlar Kateqoriya:2-ci dərəcəli "Gömrük orqanlarında xidmətə görə" döş nişanı ilə təltif olunanlar Kateqoriya:1-ci dərəcəli "Gömrük orqanlarında xidmətə görə" döş nişanı ilə təltif olunanlar Kateqoriya:Azərbaycanlı yazıçılar