Mələyin öpüşü — rejissor Əsgər Əli Hacızadə tərəfindən 2017-cı ildə çəkilən dram janrlı tammetrajlı bədii film.

Məzmun Ekran əsəri atası ucbatından ərköyün, özündən razı böyüyən Elxan və həyat çətinlikləri ilə mübarizə aparan Cahan haqqındadır.

Cahan xəstə atasına baxmaq üçün iş axtaran cavan bir qızdır. Axırıncı dayənin bezib getməsindən gileylənən ana Tamilla xanım öz oğluna xəstə baxıcısı axtardığına görə Cahana iş təklifi edir. Məşhur iş adamının oğlu – Elxanın bir il əvvəl avtomobil qəzası nəticəsində iflic olaraq, əlil arabasına məhkum olduğunu və danışma qabiliyyətini belə itirdiyini öyrənən Cahan tərəddüdsüz bir səkildə işi qəbul etsə də, başına gələcəklərdən xəbərsizdir. Əvvəldə ikili arasında münasibətlər gərgin başlasa da, zaman keçdikcə bir-birilərinə qarşı duyğuları dəyişir...

Film haqqında Film Fuad Poladovun kinoda son işidir.

Film üzərində işləyənlər İdeya müəllifi: Nərgiz Qasımova Ssenari müəllifi: Əlibəy Məmmədli, Əsgər Əli Hacızadə, Süleyman Süleymanzadə Quruluşçu rejissor: Əsgər Əli HacızadəQuruluşçu operator: Elman ƏliyevQurluşçu rəssam: Xatirə HüseynəliyevaBəstəkar: Sevic AğasıyevaSəs operatoru: Samsor MangalSəs rejissoru: Seymur ƏliyevSound supervisor: Rafiq HacıyevBum operatoru: Cavid AbbasovGeyim üzrə rəssam: Nazilə AğayevaQrim ustası: Nura BabayevaMontaj : Əsgər Əli Hacızadə,Elşad RəhimovRejissor assistenti: Mirzəağa Mirzoyev2-ci operator: Asif ŞirəliyevRəng korreksiyası: Nicat ZeynallıBaş işıqçılar: Dadaş Abbasov,Rufiz Paşayevİşıqçılar: Elçin Məmmədov,Rəhman RəhmanovKamera texnik: Həsən Aslanov,Anar NəsrullayevFotoqraf: İsmayıl Rzayev Foto dizayner: Namid KərimFocus puller: Həsən Aslanov,Vüsal SüleymanovPlayback: Tural TeymurovDolly: Vüqar Mustafayev,Tural TeymurovQrafika: Natiq ZeynalovBaş koordinator: Niyaz ƏliyevKoordinator: Lili Baxışİnzibatçı: Kənan Əliyevİnzibatçı assistenti: İlhamə HəsənliKastinq: Azər Həsənov,Türkan SadıqzadəBaş prodüser: Oksana Rəsulovaİcraçı prodüser:''' İsmayıl Bağırov

Filmdə iştirak edənlər Fuad Poladov Oksana Rəsulova Elşad Xose (Elşad Əliyev (Xose) kimi) Münəvvər Əliyeva Şamil Süleymanlı (Şamil Süleymanov kimi) Təranə Əliyeva Şəhriyar Əbilov İlhamə Qasımova Nizar Məmmədov Babək Dunizadə Mikayıl Bəylərli Türkan Sadıqzadə Pərvanə Qafarova İsmayıl Bağırov Niyaz Əliyev Kənan Əliyev Xəqani Mustafayev Araz Hüseynov Nazilə Ağayeva İlham Rəcəbli Malik Kərimov Samirə Cavanşir Fərəc Zəkəriyyə

Xüsusi təşəkkürlər Xalq rəssamı Sakit Məmmədov

Xarici keçidlər

Kateqoriya:2017-ci ilin Azərbaycan filmləri Kateqoriya:Tammetrajlı bədii filmlər