Tofiq Ataxan oğlu Gülməmmədov () — Azərbaycan Respublikasının əməkdar jurnalisti, Azərbaycan Dövlət Neft Şirkəti, Sosial İnkişaf İdarəsinin "Neftçi" İdman-Sağlamlıq Mərkəzinin mətbuat xidmətinin rəhbəri.

Həyatı Təhsili Gülməmmədov Tofiq Ataxan oğlu 9 may 1960-ci ildə Naxçıvan şəhərində anadan olub. 1983-ci ildə Azərbaycan Dövlət İncəsənət İnstitutunun rejissorluq fakültəsinə daxil olub və 1987-ci ildə həmin fakültəni bitirib. Ailəsi Ailəlidir, 1 övladı var.

Əmək fəaliyyəti

1987-ci ildə təyinatla C.Cabbarlı adına "Azərbaycanfilm" kinostudiyasında əmək fəaliyyətinə başlayıb. 1992-ci ildə Azərbaycan Televiziya və Radio Verlişləri Şirkətində rejissor vəzifəsinə, 1993-cü ildə "Hərbi Vətənpərvərlik və Səlnamə" redaksiyasının baş rejissoru, 1996-cı ildə idman redaksiyasının baş rejissoru vəzifəsinə təyin edilib və rejissor-reportyor funksiyasını yerinə yetirib. 2006-cı ildə Lənkəran TV-yə sədr təyin olunub. Azərbaycan Dövlət Neft Şirkəti, Sosial İnkişaf İdarəsinin "Neftçi" İdman-Sağlamlıq Mərkəzinin mətbuat xidmətinə rəhbərlik edir.

Təltif və mükafatları 2010-cu il dekabrın 27-də Azərbaycan Respublikasının Prezidentinin sərəncamı ilə Əməkdar jurnalist fəxri adına layiq görülüb.

Ölümü Tofiq Gülməmmədov 16 yanvar 2020-ci ildə Bakı şəhərində vəfat etmişdir.

İstinadlar