Kreml divarı nekropolu — vəfat edənlərin külü üçün kolumbarium kimi xidmət edən Kremlin divarının yaxınlığındakı Moskva Qırmızı meydanında xatirə qəbiristanlığı. Sovet dövlətinin dövlət, partiya xadimlərinin və hərbi rəhbərlərinin 1917-ci il Oktyabr İnqilabının iştirakçılarının dəfn yeri . 1920-1930-cu illərdə burada xarici ölkələrin kommunist inqilabçıları: məsələn yazıçı və jurnalist Con Rid, Yaponiya Kommunist Partiyasının qurucusu Sen Katayama, inqilabçı Klara Setkin, alman siyasətçisi Frits Hekkert və başqaları da dəfn edilmişdir.
1974-cü ildən bəri nekropol dövlət tərəfindən mədəniyyət abidəsi kimi qorunur .
Nekropolun təsviri Qırmızı Meydanın şimal hissəsinə baxan Nikolskaya və Spasskaya qüllələri arasındakı divara yaxın ərazilər dəfn üçün istifadə olunur və yandırılanların külləri üçün kolumbariem kimi istifadə edilir. Xalq arasında ona "Kommunarların Divarı" ləqəbi verilmişdir. Qranit lövhələrin arxasındakı boşluqlarda inqilabçıların, ilk komissarların, Kominternin üzvlərinin, hərbi komandirlərin, astronavtların və görkəmli elm adamlarının külü olan 114 küp var. İlk qranit lövhə 1925-ci il aprelin 5-də qoyulmuşdur: inqilabın qocalarından olan Ali İqtisadi Şura sədrinin müavini Miron Vladimirovun nəşinin külü divarın içinə hörülmüşdür. Bu lövhədəki yazı: "Fəhlə sinfinin azad edilməsi uğrunda mübarizə aparan, sosialist quruculuğunun fədakeşi Miron Konstantinoviç Vladimirov (yoldaş Leva)".
Məzarlığın tarixi
Çar dövrü 200px|thumb|right|1800-ci ildə Kremlin Nikolski qülləsi tərəfdən görünüşü Çar dövründə Kremlin divarı boyunca yalnız Spasski və Nikolskii darvazaları arasında on beş kiçik qəbiristanlıq var idi - bu zaman adi insanlar divarın yanında dəfn olunurdular. 1552-ci ildə çar İvan Qroznı Kreml xəndəyinin üstündəki Müqəddəs Üçlük Kilsəsində müqəddəsləşdirilmiş səfil Vasili Blajennınin dəfn mərasimində iştirak etmişdir. 1554-cü ildə bu yerdə onun adına məbəd (Vasili Blajennı kilsəsi)tikilmişdir. Qəbiristanlıqlardakı digər məbədlər XVII əsrin ortalarına qədər mövcud olmuşdur.
Qardaşlıq məzarlığı 200px|thumb|right|"Qardaşlıq məzarlığı" qazılması, 1917-ci il noyabr. Kreml məzarlığı şərti olaraq bir neçə hissəyə bölünür. Birincisi 1917-1925-ci illərdə eyni məzarda dəfn olunanlardır. 1917-ci il noyabr inqilabı zamanı üsyanda ölən 238 nəfər 75 metr uzunluqda olan məzarda dəfn olunub.Corney, pp. 41–42, provides a description of the ceremonies Onlardan yalnız 57 nəfərin kimliyi bilinib. Daha sonra 1919-1925-ci illərdə eyni uzunluqda ikinci məzarlıq salınıb və bu məzarlıqda 122 nəfər dəfn olunub. Ümumilikdə 350 nəfərdən artıq insanın dəfn olunduğu bu iki məzarlıqda 110 nəfərin kimliyi məlumdur. Hər iki məzarlığın üzərinə qranit daşdan xatirə lövhəsi vurulub və üzərinə “Qardaşlıq qəbirstanlığı” sözü yazılıb.
Burada dəfn olunan şəxslərdən biri də Azərbaycanın görkəmli oğlu Nəriman Nərimanovdur. O, 1925-ci ildə Moskvada vəfat etdikdən sonra burada dəfn olunan sonuncu şəxslərdəndir.
1966-cı il dekabrın 3-də Alman qoşunlarının Moska yaxınlığında məğlubiyyətinin 25-ci ildönümü günü, Kremlin divarının yanında ilk əbədi alov peyda oldu. Burada naməlum əsgər dəfn edilmişdi. O Rusiyanın mərkəzi xatirə abidəsi oldu. Naməlum əsgərin məzarının qranit plitələrində bu sözlər yazılmışdır: “Sənin adın məlum deyil. Şücaətiniz ölməzdir.
"Qardaşlıq məzarlığı"nda dəfn olunanlar:
1917-ci il: Andreyev Pavlik, Baskakov T.A., Valdovski Y.M., Vever O., Virzemnek O.K., Voitoviç V.E., Elagin G.L., Zveynek Y. E., Kireyev A.A., Lisinova L.A., Mixaylov L.F., Morozov V.E., Saxarov, Snegirov N.M., Stepaçev I.G., Suxarev A.A., Şiryayev S.A., Şerbakov P.P.
"Dvinçilər": Sapunov E.N., Voronov A.P., Skvortsov G.A., Timofeev A.T., Zaporojets A.P., Nazarov I.A., Usoltsev M.T. , Trunov N.R., Gavrikov Y.V., Vladimirov S.V., İnyuşev A.A., Nedelkin T.F., Timofeyev G.
"Kremlçilər": Dudinski İ.A., Agafoşin S., Goryunov S., Zvonov, Zimin I., İvanov I., Kokorev S., Kosarev A., Kospyanik P., Kraşenilnikov V., Leşçikov A., Lizenko F ., Lısenkov F., Petuxov I., Romanov V., Rıjov M., Smirnov A., Sologudinov F., Soplyakov, Fedorov S., Xoxlov S., Tsiplyakov S., Şefareviç V.
"Samokatçiklər": Tomski G.V., Drozdov F., Yesaulov D.
1918-ci il: Vantorin A.İ., Tyapkin P.G., Yerov I.S., Baraseviç F.K., Gadomski A.V., Draudin M., Zasuxin P.A., Kvardakov A.V., Kuçutenkov A.A ., Pekalov S. M., Pryamikov N.N., Smilga İ.İ., Xorak A., Şvirkov E.P.
1919-cu il: Zveinek G.P., Zagorski V.M., Volkova M., İgnatova İ.M., Kvaş A.L., Kolbin, Kropotov N.N., Nikolaev A.F., Razorenov-Nikitin G.N ., Safonov A.K., Titov G.V., Xaldina A.N., Tankus S.N., Mokryak M.I., Stankeviç A.V.
1920-ci il: Podbelski V.N., Boşarov İ.İ., Xomyakov İ.M., Yanişev M.P., Osen A., Armand İ.F., Con Rid, Kovşov V.D.
aerovaqon qəzası: Abakovski V.İ., Artyom (Sergeyev F.A.), Gelbriç O., Konstantinov İ., Strupat O., Freeman D., Hevlett V.D.
1922-ci il: Afonin E.L., Jilin İ.Ya.
1923-cü il: Vorovski V.V., Vorovskaya D.M.первая урна с прахом
1924-cü il: Nogin V.P., Lixaçov V.M.
1925-ci il: Nərimanov N.
1927-ci il: Voikov P.L.
Lenin mavzoleyi 250px|thumb|left|Ağacdan tikilən ilk Lenin mavzoleyi, 1924-cü il. Kremlin ikinci məzarlığını Leninin mavzoleyi saymaq olar. 1924-cü ilin yanvarın 21-də Leninin vəfatından sonra gündəmdə olan ən vacib məsələlərdən biri rəhbərin adının əbədiləşdirilməsi olub. Söhbət təkcə onun şərəfinə abidə ucaltmaqdan, küçə, məktəb adı qoymaqdan getməyib. Leninin cəsədinin açıq şəkildə saxlanılması, rəhbərin qəbrinin yerləşdirilməsi üçün yerin müəyyənləşdirilməsi partiya qarşısında icrası təxirəsalınmaz olan məsələyə çevrilib. Digər tərəfdən, Mərkəzi Komitəyə ünvanlanan çoxsaylı teleqramlar və məktublar bu məsələnin həllinin xalqın tələbləri səviyyəsində həyata keçirilməsi zərurətini yaradıb.Quigley, p. 29Tumarkin, pp. 135–164, provides a detailed timeline of events of January 1924
Bu məqsədlə xüsusi komissiya yaradılıb. Qərara alınıb ki, Qırmızı meydanda xüsusi mavzoley tikilsin və Leninin açıq qəbri onun adını daşıyacaq mavzoleydə saxlanılsın.Quigley, p. 32 Dövrün siyasətçiləri arasında yeganə olaraq Trotski Leninin məhz bu cür əbədiləşdirilməsinə qarşı çıxaraq, bu işi ağılsızlıq adlandırıb.
Stalin isə mavzoleyin yaradılmasının, Leninin cəsədinin açıq şəkildə saxlanılmasının tərəfdarı olub. Mavzoleyin layihəsinin hazırlanması arxitektor Aleksey Şusevə həvalə olunubQuigley, p. 33. Layihənin hazırlanmasına bir gecə, tikintiyə isə üç gün vaxt sərf olunub. Mavzoley ilk dəfə kub şəklində ağacdan tikilib.Абрамов А. У Кремлёвской стены. — М.: Политиздат, 1974. — 311 с. — 100 000 экз.
Tikintidən sonra Leninin cəsədinin açıq şəkildə saxlanılması və mavzoleydəki qəbrin hansı formada olacağı barədə qərarlar qəbul olunub. Nəhayət, uzun müzakirələrdən sonra Leninin meyidinin balzamlaşdırılması kimyaçı alim Boris Zbarskiyə və xarkovlu anatom Vladimir Vorobyova tapşırılıb. Vorobyov əvvəl bu işdən imtina etmək istəyib. Aradan ötən iki ay müddətində cəsəddəki çürümələr bir anatom kimi onda narahatlıq yaradıb və o, meyidin balzamlaşdırılması prosesinin alınacağına şübhə ilə yanaşıb. Ancaq həmkarının inamlı təkidindən sonra razılıq verib.Петр Образцов. Главное тело России. Известия (25 января 2011). Дата обращения 25 марта 2018 250px|thumb|right|Qranitdən tikilmiş Lenin mavzoleyi Alimlər istər elmi, istərsə də siyasi cəhətdən olduqca mürəkkəb və həm də məsuliyyətli olan bu işin üzərində dörd ay çalışıblar. Son nəticədə onlar meyidin tam həcmini, formasını, toxuma strukturlarını saxlamaqla Lenini balzamlaşdırmağa nail olublar. İyulun 26-da dövlət komissiyası Leninin cəsədinə baxış keçirərək alimlərin işini yüksək qiymətləndiriblər. Ağacdan tikilmiş mavzoleydə temperaturu, rütubəti normal saxlamaq çətinlik yaratdığına və belə qeyri-sabit hava şəraitinin Leninin cəsədində problem yaradacağına görə, 1929-cu ildə mavzoley öz formasını saxlamaq şərtilə daşdan tikilib.Quigley, p. 33
Mavzoleydə fəxri qaravulun yaradılması ilə bağlı Moskva hərbi qarnizonunun rəisi 26 yanvar 1924-cü ildə xüsusi əmr imzalayıb. Yalnız uzun illər sonra, 6 oktyabr 1993-cü ildə Moskva baş mühafizə idarəsinin rəisinin əmri ilə mavzoleydəki qaravul xidməti ləğv olunub. Leninin cəsədini daim nəzarətdə saxlamaq üçün SSRİ Səhiyyə Nazirliyində xüsusi elmi-tədqiqat laboratoriyası yaradılıb. Mütəxəssislərin son rəylərinə görə, Leninin cəsədi hələ bu gündən sonra da neçə onilliklər öz formasını itirməyəcək. Onun cəsədi bircə dəfə o da İkinci Dünya müharibəsi illərində mavzoleydən çıxarılıb. Leninin nəşi 1941-1945-ci illərdə Tümen şəhərində saxlanılıb.Quigley, pp. 34–35
SSRİ dövründən fərqli olaraq mavzoleyə çanta, fotoaparat və digər əl əşyaları ilə keçməyə icazə verilir. Xüsusi keçiddə yoxlandıqdan sonra foto və video çəkilişlərin qadağan olunması haqqında xəbərdarlıq edilir. Mavzoleyə daxil olanda isə baş geyiminin çıxarılmasının mütləq şərt olması ziyarətçilərə başa salınır. Leninin nəşinin qarşısından keçəndə dayanmaq və əyilmək (baş əymək yox, sadəcə daha yaxından görmək) qadağandır.
Divarlardakı kül məzarlar 250px|thumb|right|Carlz Emil Rutenberq, 2005-ci il. Kreml məzarlığının üçüncü hissəsinə tanınmış ictimai, hərbi və dövlət xadimlərinin nəşinin yandırılaraq külünün Kreml divarlarına yerləşdirilən hissəsini aid etmək olar. Kremlin divarında yandırılan nəşlərin külünün yerləşdirilməsi 1925-ci ildə yaranan dəfn növüdü. Əvvəlcə Qırmızı Meydana "kül yerləşən küplər"inin gətirilməsi ayini ilə bağlı çətinliklər yaranırdı. Məsələn, SSRİ Ali İqtisadi Şurası sədrinin müavini Miron Vladimirovun cənazəsi zamanı onun külü divara doğru tabutda aparılmışdı. Sonralar cənazə törəni ənənəsi ləğv edildi.
Ümumilikdə burada 115 nəfərin nəşinin külü yerləşdirilib və üzərinə xatirə lövhələri vurulub.
Məzarlığın bu hissəsində daha çox ziyarət olunanlar kosmonavt Yuri Qaqarin və marşal Georgi Jukovdur. Məzarlıq bələdçisinin söylədiklərinə görə, bu şəxslərin qarşısında dayananların sayı daha çox olur. Sonuncu dəfə Kreml divarlarına 20 dekabr 1984-cü ildə marşal Dmitri Ustinovun nəşinin külü yerləşdirilib.
Sol tərəf (sağdan sola) Sağ tərəf (sağdan sola) Qriqori Konstantinoviç Orconikidze (1886-1937) Sergey Mironoviç Kirov (1886-1934) Valerian Vladimiroviç Kuybışev (1888-1935) Maksim Qorki (Aleksey M. Peşkov) (1868-1936) Mariya İlyinişna Ulyanova (1878-1937) Valeri Çkalov (1904-1938) Nadejda Krupskaya (1869-1939) Anatoli Konstantinoviç Serov (1910-1939) Polina Denisovna Osipenko (1907-1939) Marina Mixáylovna Raskova (1912-1943) Qriqori Panteleyeviç Kravçenko (1912-1943) Pamfilov Dmitrieviç Konstantin (1901-1943) Yemelyan Mixayloviç Yaroslavski (1878-1943) Klavdiya İvanovna Nikolayeva (1893-1944) Boris Mixayloviç Şapoşnikov (1882-1945) Aleksandr Şerbakov (1901-1945) Vladimir Petroviç Potyomkin (1878-1946) Vasili Vakruşev (1902-1947) Rozaliya Samoylovna Zemlyaçka (1876-1947) Fyodor İvanoviç Tolbuxin (1894-1949) Mixail Fyodoroviç Vladimirski (1874-1951) Aleksandr İllarionoviç Yefremov (1904-1951) Lev Mexlis (1889-1953) Matvey Fedoroviç Şkiryatov (1883-1954) Anatoli Nikolaeviç Kuzmin (1903-1954) Andrey Yanuareviç Vışinski(1883-1954) Leonid Aleksandroviç Qovorov (1897-1955) Pavel Aleksandroviç Yudin (1902-1956) İvan Lixaçov (1896-1956) İvan İsidoroviç Nosenko (1902-1956) Abram Pavloviç Zavenyagin (1901-1956) Vyaçeslav Aleksandroviç Malışev (1902-1957) Yefron Juk (1892-1957) Qriqori İvanoviç Petrovski (1878-1958) İvan Tevosyan (1902-1958) Nadejda Krjanovskaya (1872-1959) İqor Vasilyeviç Kurçatov (1903-1960) Mitrofan İvanoviç Nedelin (1902-1960) Mixail Vasilyeviç Xruniçev (1901-1961) Boris Vannikov (1897-1962) Andrey Xrulev (1892-1962) Aleksey İnnokentyeviç Antonov (1896-1962) Nikolay Aleksandroviç Dıqay (1908-1963) Vladimir Kuçerenko (1909-1963) Otto Vilhelm Kuusinen (1881-1964) Sergey Semenoviç Biryuzov (1904-1964) Frol Romanoviç Kozlov (1908-1965) Sergey Vladimiroviç Kuraşov (1910-1965) Sergey Pavloviç Korolyov (1907-1966) Aleksandr Petroviç Rudakov (1910-1966) Nikolay Qriqoryeviç İqnatov (1901-1966) Yelena Stasova (1873-1966)