thumb|Motsartın rəssam Saverio dalla Rosa tərəfindən çəkilmiş rəsmi, 1770 Yanvar
İyirmi üçüncü simfoniya Volfqanq Amadey Motsart tərəfindən 1773-cü ildə yazılmışdır.Volker Scherliess: Die Sinfonien. In: Silke Leopold (Hrsg.): Mozart-Handbuch. Bärenreiter-Verlag, Kassel 2005, ISBN 3-7618-2021-6 O zaman müəllif on yeddi yaşında idi. Bu əsər İtalyan simfoniya tipinə (uvertüra növü) uyğundur.
Tarixi Bu əsər Motsart tərəfindən 1773-cü ilin mart ayından 1774-cü ilədək olan dövrdə Zalsburqda yazılmış doqquz simfoniyadan biridir. Simfoniyanın əlyazması Vyanada şəxsi kolleksiyada saxlanılır. Bu simfoniya Volfqanq Amadey Motsartın vəfatından sonra Hamburqda Avqust Kranz tərəfindən nəşr olunmuşdu.
Musiqişünas Volkerin tədqiqatlarına əsasən (2005) bu simfoniyada Mannheim məktəbinin təsiri aydın şəkildə özünü göstərir. "Motsartın Mannheim üslubunun xarakterik üsusiyyətləri; məsələn, dar, şıltaq forte-fortepiano dəyişiklikləri və ya "Presto assai"nin birinci və ikinci skripkaları arasındakı dialoq hissələri kimi alətlərin işlənməsinin təfərrüatları qeyd edilə bilər".
Quruluşu Simfoniya üç hissədən ibarətdir. Allegro spiritoso, 4/4 Andantino grazioso, 3/8 Presto assai, 2/4 Birinci hissə: Allegro spiritoso
İkinci hissə: Andantino grazioso
Üçüncü hissə: Presto assai
Notlar və ədəbiyyat Ноти на IMSLP Dearling, Robert: The Music of Wolfgang Amadeus Mozart: The Symphonies Associated University Presses Ltd, London 1982 ISBN 0-8386-2335-2 Kenyon, Nicholas: The Pegasus Pocket Guide to Mozart Pegasus Books, New York 2006 ISBN 1-933648-23-6 Zaslav, Neal:Mozart's Symphonies: Context, Performance Practice, Reception OUP, Oxford 1991 ISBN 0-19-816286-3 Xarici keçid Symphony No.23 in D major, K.181/162b (Mozart, Wolfgang Amadeus) στο IMSLP.org H παρτιτούρα της 23ης Συμφωνίας στο DME.at
İstinadlar
Kateqoriya:Volfqanq Amadey Motsartın simfoniyaları