300px|thumb|right|Müharibədə əsas hadisələrin baş verdiyi ərazilər. 300px|thumb|right|1808-ci ilin mart-may ayında müharibənin gedişi. Norveç dilində. 300px|thumb|right|180801809-cu ilin qışında müharibənin gedişi. 300px|thumb|right|Rusiya və İsveç sərhəddi Finlandiya xəritəsində.Ордин, Кесарь Филиппович "Покорение Финляндии. Опыт описания по неизданным источникам". Том I. — СПб: Тип. И. Н. Скороходова, 1889 1808–1809-cu illərdə Rus-İsveç müharibəsi (Finlandiya müharibəsi), İsveç və fin tarixşünaslığında Fin müharibəsi adlanır — Fransa və Danimarka tərəfindən dəstəklənən Rusiyanın İsveçə qarşı apardığı müharibə. Rus-İsveç müharibələrindən sonuncusu.
Müharibə Rusiyanın qələbəsi və Fridrixsqam sülh müqaviləsinin bağlanması ilə başa çatdı. Müqaviləyə əsasən Finlandiya İsveçdən alınaraq Böyük Finlandiya knyazlığı adı ilə Rusiya imperiyasının tərkibinə daxil edildi.
Müharibənin səbəbləri və məqsədləri 250px|thumb|left|Napoleon və I Aleksandırın Tilzitdə görüşü. 1807-ci ilin yayında imperator I Aleksandr və I Napoleon Rusiya-Prussiya-fransız müharibələrinə son qoyaraq Tilzit sülhünü imzaladılar. Elə bu vaxtI Aleksandr İsveç kralı IV Qustava Napoleon ilə barışmaq üçün vasitəçiliyini təklif etdi.
Sülh müqaviləsinin şərtlərindən biri Rusiya imperiyasının Böyük Britaniyanın kontinental blokadasına — Napoleonun təşkil etdiyi iqtisadi və siyasi sanksiyalar sisteminə daxil olması idi. Həmçinin, Danimarka krallığı da blokadaya qoşulmağı planlaşdırırdı. Buna cavab olaraq 1807-ci ilin avqustunda Birləşmiş Krallığın hərbi dəniz qüvvələri Kopenhagenə hücum etdi və bütün Danimarka donanmasını ələ keçirdi.
Rusiya imperatorluq evinin Danimarka və Qolşteyn sarayları ilə qohumluq əlaqələri var idi. Bundan əlavə Danimarka yüz ildən çox idi ki, İsveçlə müharibələrdə Rusiyanın müttəfiqi idi. Buna görə də, 1807-ci ilin oktyabrında Rusiya İngiltərəyə ultimatum təqdim etdi. Donanmanın Danimarkaya qaytarılmasından və bütün zərərlərin ödənməsinə qədər bütün diplomatik münasibətləri pozdu. I Aleksandr 1780 və 1800-cü illər müqavilələri əsasında Baltik dənizini Qərb ölkələrinin donanmasına qapalı vəziyyətdə saxlamaq üçün İsveçdən kömək istədi. IV Qustav bu tələbləri rədd etdi və özünə düşmən olan Napoleona qarşı mübarizəni davam etdirərək İngiltərə ilə yaxınlaşmağa başladı. Rusiya ilə Böyük Britaniya arasında mühasibətlər tam kəsildi — hər iki tərəf səfirlərini geri çağırdı və elə də aktiv hərbi əməliyyatları olmayan ingilis-rus müharibəsi başladı.
1807-ci il noyabrın 16-da Rusiya hökuməti kömək təklifi ilə yenidən İsveç kralına müraciət etdi, ancaq iki aya yaxın heç bir cavab almadı. Nəhayət IV Qustav cavab verdi ki, fransızlar Baltik dənizinin limanlarını əldə saxladığı müddətdə 1780 və 1800-cü illər müqavilələrinin icrası mümkün deyil. Elə bu vaxt məlum oldu ki, İsveç kralı Danimarka ilə müharibədə İngiltərəyə kömək etməyə hazırlaşır və ondan Norveçi almağa çalışır. Belə bir vəziyyət imperator I Aleksandra Finlyandiyanı işğal etməsi üçün fürsət qazandırdı. O, həm də Sankt-Peterburqun təhlükəsizliyini təmin etmək üçün fin torpaqlarını tutmağı bəhanə gətirdi.
Napoleon isə öz növbəsində İsveçi limanlarını ingilislərin üzünə bağlamağı məcbur etmək istəyirdi. 1808-ci ilin əvvəlində o, I Aleksandra "isveçliləri paytaxtından uzaqlaşdırmağı" tövsiyə etdi və bu məsələdə köməkdə təklif etdi. 1808-ci il fevralın 5-də Napoleon Rusiyanın Parisdəki səfiri qraf P.A.Tolstoya Rusiyanın Stokholm da daxil olmaqla bütün İsveçi işğal etməsinə razı olacağını bildirdi.
Böyük Britaniya öz növbəsində 1808-ci ilin fevralında İsveçlə müqavilə bağladı və bu müqaviləyə əsasən Rusiya ilə müharibə dövründə ona aylıq 1 milyon funt sterlinq ödəmək öhdəliyi götürdü.
Müharibədən əvvəl tərəflərin qüvvələri 1808-ci ilin əvvəllərində Rusiya ordusu (təxminən 24 min) Fridrixsqam və Neyşlot arasında sərhəddə yerləşirdi. Ordunun rəhbərliyi F.F.Buksqevdenə həvalə edildi.
O dövrdə Finlandiyadakı isveçlilərin general Klerkerin müvəqqəti komandanlığı altında 19 min əsgər var idi. Ordunun komandanı qraf V.M.Klinqspor hələ də Stokholmda idi və burada hər kəs anlaşılmazlığın sülh yolu ilə həll olunacağına ümid edirdi. Kralın özü Vıborq quberniyasında rus qoşunlarının cəmləşməsi xəbərinə inanmırdı və bu səbəbdən İsveç ordusu döyüş vəziyyətinə gətirilmədi.
Qraf Klinqspor nəhayət Finlyandiyaya gedəndə ona verilən göstərişlərin mahiyyəti düşmənlə döyüşmək, Sveaborq qalasını son ana qədər saxlamaq və mümkünsə rusların arxasında fəaliyyət göstərmək idi.
Elan olunmamış müharibə Rəsmi müharibə elan edilməməsinə baxmayaraq, Rusiya qoşunları fevralın 9-da sərhədi keçdilər. Fevralın 18-də qraf Buksqevden Helsinqforsa girdi. İsveç qoşunları isə Sveaborqa sığındı. Fevralın 23-də qraf Klinqspor Tammerfors şəhərinə geri çəkildi və Finlyandiyanın şimalına səpələnmiş bütün qoşunlara orada toplaşmağı əmr etdi. Bunun ardınca fevralın 24-də Tavastexus Rusiya qoşunları tərəfindən işğal olundu.
Fevralın 27-də Buksqevden knyaz P.İ.Baqrationa Klinqsporun arxasınca gedib izləməyi, general N.A.Tuçkova isə onun geri çəkilməsini dayandırmağı çalışmağı əmr etdi. Buksqevden özü isə Sveaborqun mühasirəsinə başlamağa qərar verdi. Qotlandın tutulması mühasirənin uğurlu bitməsinə səbəb oldu. Qorxuya düşən İsveç hökuməti adanı geri qaytarmaq üçün böyük donanma qüvvələri göndərdi və bununla da Sveaborq müdafiəçilərini dəniz tərəfdən ffektiv dəstək almaqdan məhrum etdi.Bengt Hammarhjelm Gotländsk krigshistoria från Gutasagan till 1814// 1998, 446 страницы, ISBN 91-85716-81-2.
İsveçlilər sərbəst şəkildə Braqestad şəhərinə doğru çəkildi, lakin Sveaborq 21–26 aprel aralığında rus qoşunlarına təslim oldu. Qaliblərə 7,5 min əsir, 2 mindən çox top, hər növ nəhəng ehtiyat və 110 hərbi gəmi qənimət kimi çatdı. Bundan əvvəl isə martın 6-da Svartholm qalası təslim oldu. Demək olar ki, eyni vaxtda möhkəmləndirilmiş Qangut burnu və Aland adaları işğal edildi.
Müharibənin elan olunması Rusiya tərəfindən rəsmi müharibə elanı 1808-ci il martın 16-da rus qoşunlarının sərhəddən keçməsini öyrənən İçveç kralının Stokholmdakı Rusiya səfirliyinin bütün üzvlərinin həbs edilməsini əmr etdiyi xəbəri gələndə verildi.
İsveçdə ictimai rəy müharibənin əleyhinə idi və kralın verdiyi fövqəladə tədbirlər istəksiz və zəif həyata keçirilirdi. Elə Rusiyada da kübar cəmiyyət müharibənin yalnız Napoleonun xeyirinə olacağını düşünürdü. "İlk dəfə bəlkə də Rusiya mövcud olduğundan, qədim düşmənlərinə qarşı hücum müharibəsi bütün Ruslar tərəfindən qınanır və qoşunlarımızın uğurları rüsvayçılıqla qarşılanır" — deyə bu barədə F.F.Viqel yazırdı.
Rusiya üçün uğursuz başlanğıc Bu arada, Finlandiyanın şimalında vəziyyət Rusiya üçün əlverişsiz bir şəkildə dönüş etdi. Tuçkovun birləşməsi dəstələrə və qarnizonlara ayrılma səbəbindən 4.5 minə nəfərə düşdü. Aprelin 6-da Y.Kulnevin komandanlığı altında olan rus qoşunlarının avanqardı Siykayoki kəndi yaxınlığında isveçlilərə hücum etdi, lakin döyüşdə tab gətirməyərək məğlub oldu. Bundan sonra aprelin 15-də Revolaks yaxınlığında rus hərbi dəstəsi eyni aqibəti yaşayır. Üstəlik bir çox uğurlu döyüşlər keçirən bu dəstənin komandiri general M.L.Bulatov ağır yaralanaraq əsir düşür. Bundan əlavə, mayın 2-də Pulkildə polkovnik Yohan Avqust Sandels Bulatova köməyə gedən polkovnik Obuxovun dəstəsini darmadağın edir.
Finlərdə ruslara qarşı qalxdılar. Onlar İsveç zabitlərinin komandanlığı altında partizan dəstələri yaradaraq rus ordusuna çox böyük ziyan vurmağa başladılar.Финляндская (шведско-русская) война 1808–1809 гг. // Международная военно-историческая ассоциация. Rus yazıçısı Fadey Bulqarin öz xatirələrində yazırdı: "Bütün fin kəndliləri əla atıcıdırlar, hər evdə tüfəng və yay var. Pastorların, landmanların və … fin zabitləri və əsgərlərinin rəhbərlik etdiyi dəstələr güclü piyada və at izdihamı ilə … zəif rus qoşunlarına, xəstəxanalarına hücum edir, amansızcasına xəstə və personalı qətlə yetiridilər… Qəzəbləri həddən çox idi və xalqın müharibəsi bütün dəhşətləri ilə alovlanırdı".Булгарин Ф. Воспоминания // Библиотека для чтения. — СПб., 1848.
Aprel ayının sonunda Aland adaları yaxınlığında güclü İsveç donnanması peyda oldu və üsyan etmiş yerli İsveç mənşəli sakinlərinin köməkliyi ilə polkovnik N.İ.Vuiçin dəstəsini təslim olmağa məcbur etdilər.
Mayın 3-də Qotland adasını işğal edən kontr-admiral N.A.Bodisko təslim olma aktına imza atdı. Akta əsasən onun dəstəsi Qotlanı tərk etdi və elə gəldikləri eyni gəmilərlə yenidən Lekoya yola düşdü.
Mayın 4-də ingilis donanması general Con Murun komandanlığı altında 14 min nəfərlik köməkçi korpusla Göteborqa gəldi. Lakin IV Qustav birgə hərəkət planı ilə onunla razılığa gələ bilmədi və Murun qoşunları İspaniyaya göndərildi. İsveç kralının sərəncamında yalnız 16 gəmi və 20 digər qayıqdan ibarət olan ingilis donanması qaldı.
Bu arada, Finlandiyanın şimalında fəaliyyət göstərən rus qoşunları Kuopioya doğru çəkilməyə məcbur edildi. Klinqspor müvəffəqiyyətlərini davamlı təqiblərlə tamamlamadı və Salmi () kəndi yaxınlığında dayandı. O, burada İsveçdən əlavə qüvvələrin gəlməsini və Finlandiyanın qərb sahilinə çıxarılan desantın nəticəsini gözləməyə başladı. Lakin desant Lemu və Vaasa döyüşlərində darmadağın edildi. Fürsətdən istifadə edən general qraf Kamenski avqustun 2-də yenidən hücuma keçdi.
20 və 21 avqustda Kuortan və Salmi bölgələrində ağır döyüşlərdən sonra Klinqspor Vaasa və Nykarleba istiqamətində geri çəkildi. Sentyabrın 2-də isə Oravais döyüşündə ruslar tərəfindən yeni məğlubiyyətə uğradıldı. Klinqsporun əmrləri ilə uğursuz fəaliyyət göstərən İsveç desantı da Vaasa doğru geri çəkildi. Alland adalarına sentyabr ayında desant çıxarma cəhdləri də uğursuzluqla nəticələndi.
Rusiya üçün dönüş Finlandiyanın şərqində general-leytenant N.A.Tuçkov İsveç qoşunu və yerli sakinlərdən ibarət silahlı dəstəyə qarşı müdafiə mövqeyindən çıxış edirdi. Ona kömək üçün göndərilən Alekseyevin dəstəsi partizanların fəaliyyəti nəticəsində dayandırıldı və avqustun 1-də Serdobola tərəf geri döndü. Yalnız sentyabrın 17-də Alekseyevi əvəz edən knyaz M.P.Dolqorukov Melansemi kəndinə çatdı və Tuçkov ilə əlaqəyə girdi. Bu vaxta adyutant-general rütbəsi almış Yohan Sandelsə edilən birgə hücum baş tutmadı, çünki sonuncu Klinqsporun Oravais yaxınlığında uğursuzluğunu bildikdən sonra İdensalmi kəndinə tərəf geri çəkildi.
Tezliklə Finlandiyanın şərqindəki həyəcan azaldı. Payızın gəlməsi, ərzaq çatışmazlığı və qoşunların dincəlməsi zərurəti qraf Buksqevdenə Klinqsporun barışıq təklifini qəbul etməyə məcbur etdi. Sentyabrın 17-si barışıq bağlandı, lakin imperator bu sazişi təsdiqləmədi.
1808-ci il oktyabrın 15-də Tuçkovun 5000 nəfərlik korpusu ön dəstəsinin komandiri knyaz M. Dolqorukovun səhvi ucbatından təxminən 2000 döyüşçüsü olan Sandels tərəfindən İdensalmi döyüşündə məğlub edildi. Dolqorukov bu səhvini həyatı hesabına ödədi. Onun taktiki səhvləri və kəşfiyyatsız hərəkət etməsi ruslara baha başa gəldi.Ниве П. А. Русско-шведская война 1808–09 гг. — С. 285–287. Ancaq taktiki qələbə qazansada Sandels əks hücum üçün lazımi qüvvələrə sahib olmadığından Uleaborqa doğru geri çəkilməyə məcbur oldu.
Qısa fasilədən sonra başlayan Rusiya tərəfinin hücumu demək olar ki, maneəsiz davam edirdi. Klinqspor komandanlığı general Klerkerə təslim edərək Stokholma getdi. Rus ordusunun irəliləməsinin qarşısının alınmasının mümkünsüzlüyünü anlayan general Klerk Kamenski ilə danışıqlara başladı. Danışıqların nəticəsi isə isveçlilərin Torneoya geri çəkilməsi və 1808-ci ilin noyabrında rus qoşunları tərəfindən bütün Finlandiyanın işğalı oldu.