Erin Brokoviç (ilk adı Patti; ) — Amerikalı paraleqal, istehlakçı və ətraf mühit müdafiəçisi, qanunda rəsmi təhsil almamasına baxmayaraq, 1993-cü ildə Kaliforniyada Pacific Gas and Electric Company (PG&E) şirkətin yeraltı sulara zəhərli maddələr buraxması ilə bağlı qarşı məhkəmə prosesinin aparılmasında köməkçi, vasitəçi.
Onun apardığı uğurlu məhkəmə prosesi Culiya Robertsin rol aldığı 2000-ci il istehsalı Erin Brokoviç filminin mövzusu idi. O vaxtdan bəri, Brokoviç həm də media şəxsiyyətinə çevrildi, American Broadcasting Company və CBS Reality telekanallarındakı Challenge America with Erin Brockovich və Final Justice seriallarında baş qəhrəman olmuşdur. O, Brockovich Research & Consulting şirkətinin prezidentidir. O, həmçinin Nyu-Yorkda Weitz & Luxenberg, Girardi & Keese hüquq firmasının məsləhətçisi olaraq da çalışır, nadir olan asbestlərə və ya dağ kətanlarına insanların vurduqları zədələrin ifşası üçün calışan Avstraliyadakı Shine Lawyers da hüquq məsləhətçisi olaraq çalışır.
Erkən həyatı Brokoviç Erin Patti, Kanzasın Lourns şəhərində, jurnalist Betti Conun (Onealda anadan olub; 1923–2008), sənaye mühəndis və futbolçu Frank Pattinin (1924–2011) ailəsində anadan olub. Onun, Frank Jr. və Tomas (1954–1992)adlı iki qardaşı və Cudi adlı bir bacısı var. Laurns Liseyini bitirib, sonra Kanzas Dövlət Universitetində, Manhetten, Kanzas və Texasın Dallas şəhərindəki Veyd kollecinin Tətbiqi Sənətlər Dərnəyini bitirmişdi. 1981-ci ildə Kmart Corporation da rəhbər kursantı olaraq çalışdı, lakin bir neçə ay sonra işdən çıxdı və bir gözəllik dərgisindəki yarışmaya daxil oldu. 1981-ci ildə Miss Pacific Coast yarışmasında birincilik qazandı və qazandıqdan sonra gözəllik yarışının simvolunu qəbul etmədi. 1982-ci ildən Kaliforniyada yaşayır.
"Pacific Gas and Electric Company" şirkəti məhkəməsi Məhkəmə (Anderson, et al. V "Pacific Gas and Electric Company", sənəd BCV 00300) Kaliforniyanın cənubundakı Hinkley şəhərində içməli suyun təbii qaz, xrom və zərərli maddələr ilə çirkləndiyini iddia etdi (həmçinin "xrom VI", "Cr-VI" və ya "Cr-6" olaraq yazılır). Məhkəmə prosesinin əsas predmetindəki obyekt,1952-ci ildə San-Fransisko körfəz sahəsinə bağlanan təbii qaz boru kəmərinin bir hissəsi olaraq inşa edilmiş Hinkley kompressor stansiyası idi. Tullantı suları ərazidəki meyilli gölməçələrə, bir qismi də yeraltı sulara axıdılırdı, hansı ki, bitkilərin olduğu yaxın bir əraziyə təqribən 2 ilə 1 mil (3.2 ilə 1.6 km) təsir edirdi PG&E Hinkley Chromium Cleanup California Environmental Protection Agency, 9/10/08. Regional Su Keyfiyyətinə Nəzarət Şurası (RWQCB) PG&E şirkətinə, 1968-ci ildə əsasən öz qaydalarını qoydu.
Məhkəmə 1996-cı ildə 333 milyon ABŞ dolları müqabilində ABŞ tarixində birbaşa fəaliyyət iddiası ilə ödənilən ən böyük hesablaşma oldu. Brokoviçin qanuni katibi olduğu Edvard. L. Mersin& Vititoe bürosu, bu qəsəbədən 133.6 milyon dollar aldı və Brokoviçin özünə 2,5 milyon dollar mükafat verildi.
2010-cu ildə Kaliforniya Xərçəng xəstəliyi Qeydiyyatı tərəfindən açıqlanan bir araşdırma, Hinkleydə xərçəng nisbətlərinin "1988-ci ildən 2008-ci ilə qədər dəyişməz qaldığını" göstərdiSchwartz, Naoki (2010-12-13) "Survey shows unremarkable cancer rate in CA town" , The Boston Globe Dec 13, 2010. Tədqiqata qatılan bir epidemiologiya tibb sahəsi, 1996–2008-ci illər arasında ən son araşdırma zamanı bildirilən 196 xərçəng hadisəsinin demoqrafiya və regional xərçəng nisbətinə görə gözlədiklərindən az olduğunu söylədi. Bununla birlikdə, 2013-cü ilin iyun ayında Mother Jones jurnalı sonrakı epidemioloji araşdırmalara dair müəllifin İctimai Dürüstlük Mərkəzindən bir tənqidini təqdim etdi.
2016-cı il tarixinə kimi, Hinkleydə orta Cr-6 səviyyəsinin, ən yüksək həddi 3,09 pp ilə 1.19 ppb olaraq qeyd edildi. Müqayisə üçün, Kaliforniya-Arizona sərhədindəki PG&E Topock Kompressor Stansiyası 31,8 ppb zirvələri PG&E Background Study əsasında orta hesabla 7.8 pbb -ə qədər enmişdi.
Digər məhkəmə çəkişmələri Brockoviç, Kaliforniya ştatının Sauzənd-Oks şəhərində vəkil Edvard Mersi ilə birlikdə çirklənmə əleyhinə məhkəmələrdə iştirak etməyə başladı. Whitman korporasiyasının Kaliforniyanın Vilts şəhərini xrom ilə çirkləndirməkdə günahlandırdılar. 1200 iddiaçının siyahısına girən başqa birisi, Kaliforniya, Hinkley ilə eyni kəmər boyunca yerləşən Kinqs qraflığını (Kaliforniya) bölgəsinin PG & E-nin Kettleman Hills compressor stansiyası yaxınlığında çirkləndiyini iddia etdi. Kettleman məhkəmə prosesi 2006-cı ildə 335 milyon dollar ilə qarşılanmışdır.
2003-cü ildə Brokoviç, Kaliforniya ştatındakı Aqura Hillsdə zəhərli qəlib iddiasını həll etmək üçün iki tərəfdən 430.000 ABŞ dolları və üçüncü tərəfdən açıqlanmayan bir məbləğ aldı . Konejo vadisindəki öz evində qəlilibin çirklənməsi ilə bağlı problemlərlə üzləşdikdən sonra Brokoviç də bu sahədə görkəmli bir fəal və pedaqoq oldu. right|thumb|200px|Brokoviçin, Foeniksin Arizona Ultimate Qadınlar Sərgisində çıxışı, 2016-c il oktyabr Brokoviç və Mersin, 2003-cü ildə Beverli Hills Vahid Məktəblər Bölgəsinə qarşı iddia qaldırdıBeverly Hills Mystery People Magazine. May 19, 2003, Accessed May 30, 2009. . Bu bölgədəki podratçıya kampusda Beverli Hillsdə neftli torpaqlarda quyuların çoxalmasına icazə verərək şagirdlərinin sağlamlığına və təhlükəsizliyinə zərər verməkdə günahlandırıldı.
Brokoviç və Mersin 300 xərçəng hadisəsinin neft quyuları ilə əlaqəli olduğunu iddia etdi. Sonrakı sınaq və epidemioloji araşdırma əhəmiyyətli bir əlaqəni təsdiq edə bilmədi və Los Anceles dairəsi Məhkəməsinin hakimi Vendell Mortimer, iddiaçılara qarşı xülasə qərarı verdi"More Brockovich Claims Tossed." Balance. Civil Justice Association of California. Third Quarter 2007, p.2. . 2007-ci ilin may ayında Məktəbin dairəsi qanuni xərclər üçün kompensasiya olaraq 450.000 dollar ödənilməli olduğunu elan etdiJustice Served as City of Beverly Hills and Beverly Hills Unified School District Receive Reimbursement in Oil Well Litigation , CJAC press release, Oct 9, 2007..
Brokoviç 2009-cu ilin aprel ayında Missurinin Sent Jozef hissəsindəki Prime Tanning Corp- a qarşı məhkəmə iddiasının verilməsində kömək etdi. Məhkəmə cəkişməsində iddia olunurdu ki, tərkibində yüksək tərkibli xrom tərkibli dəri istehsalından yaranan tullantı palçıq,Missurinin şimal-qərbindəki əkinçilərə sahələrində gübrə kimi istifadə etmək üçün paylanmışdı. Bu tullantıların, hazırda EPA tərəfindən araşdırılan, Missuri, Kameron qəsəbəsi ətrafındakı çox sayda qeyri-adi beyin şişinin (1996-cı ildən bəri 70) potensial səbəbi olduğuna inanılırLawsuit alleges fertilizer was contaminated around Cameron, Mo. .
2009-cu ilin iyununda Brokoviç, Midlandda (Texas) çirklənmiş su ilə bağlı bir araşdırmaya başladı"Brockovich: Midland, Texas Water Sullied." CBS News. June 10, 2009. Accessed June 10, 2009.. Ərazidəki 40-dan çox evin suyu içərisində "xeyli miqdarda" xrom tapıldı, onlardan bəziləri su təchizatı üçün dövlət nəzarətində olan filtirlərlə təchiz edildi. Brokoviç dedi: "Bura və Hinkley arasındakı yeganə fərq budur ki, burada Hinkleydə gördüyüm cirklənmənin daha yüksək səviyyəsini görürəm."
2012-ci ildə Brokoviç Nyu Yorkun LeRoy şəhərindən olan, 14 tələbənin çətin tibbi simptomlar bildirməyə başlayan tiklər və nitq çətinliyi daxil olan vəmüəmmalı işində iştirak etdi . Brokoviç, 1970-ci ildən Lehiq Vadisi Dəmiryolu qəzasının ətraf mühitin çirklənməsinə səbəb olduğunu və ərazidə sınaq keçirdiyini söylədi. Brokoviç tapıntılarını təqdim etmək üçün şəhərə qayıtmalı idi, lakin etmədi; Bu vaxt tələbələrin həkimləri bunun səbəbinin kütləvi psixogen xəstəlik olduğunu və mediaya məruz qalması ilə daha da pisləşdiyini müəyyən etdilər. Təkrar testdən sonra ətraf mühit səbəbləri aşkarlanmadı və tələbələr medianın diqqəti azaldıqdan sonra tələbələr yaxşılaşdılar No environmental causes were found after repeat testing and the students improved once the media attention died down..
2016-cı ilin əvvəlində Brokoviç, Los-Ancelesin şimalındakı Potə Rənç icmasının yaxınlığında şirkətin yeraltı anbarından böyük bir metan sızmasına görə Southern California Gas Company ya qarşı potensial məhkəmə işlərində iştirak etdi(Aliso Kanyon qaz sızması).
Mükafatları Fəxri Qanun Doktoru və Portlend (Oreqon), Lewis & Clark hüquq məktəbində fəaliyyətə başlayan natiq (2005-ci ilin may ayında)Erin Brockovich Awards. Retrieved April 23, 2012. . Loyola Marymount universitetinin fəxri doktoru və açılış spikeri Los-Anceles, (5 may 2007-ci il). Jones International universitetinin Fəxri sənət ustası, bisness danışmanı, Sentennial,Kolorado.
Filmi Brokoviçin "Pacific Gas and Electric" şirkətinə qarşı apardığı məhkəmə çəkişmələrində etdiyi işlər, baş rolda Culia Robertsin rol aldığı 2000 bədii filminin əsas mövzusu idi. Film beş nominasiyada: ən yaxşı aktrisa, ən yaxşı aktyor, ən yaxşı rejissor, ən yaxşı şəkil, birbaşa ekran üçün yazılan ən yaxşı ssenari nominasiyalarında Oskar mükafatına layiq görülüb. Roberts Erin Brockoviç obrazına görə ən yaxşı aktrisa nominasiyasında Oskar mükafatını qazandı. Erin Brokoviç özü Culia. R adlı bir ofisiant kimi kameo rolunu oynamışdı.
Brokoviç 2012-ci ildə Oazisdəki son zəng sənədli filmində baş rolda oynadı, ABŞ-də su siyasəti ilə əlaqəli olaraq təkcə su çirkliliyinə deyil, su qıtlığının ümumi vəziyyətinə də diqqət çəkdi.
Kitabı Brokoviçin "Bunu məndən al: Həyat mübarizəsidir, ancaq qalib gələ bilərsən" adlı kitabı () 2001-ci ildə nəşr edilmişdir.
İstinadlar
Xarici keçidlər
Official website of Erin Brockovich The Brockovich Report BrockovichBlog.com Brockovich I-Village Official MySpace of Erin Brockovich Weitz & Luxenberg PC Avstraliyanın tanınmış vəkilləri
Kateqoriya:ABŞ filmləri Kateqoriya:ABŞ vəkilləri Kateqoriya:Hüquq Kateqoriya:XXI əsr ABŞ qadınları