Bakden qalası — İngiltərə, Kembricşir ərazisi, Bakden kəndində yerləşən qala XII əsrdə inşa edilmişdir.

Tarixi Qalanın inşa edilmə tarixi bir çox mənbələrdə XV əsr kimi göstərilsə də, əslində isə ilk taxta qala Linkoln şəhərinin yepiskopları üçün iqamətgah olaraq 1175-ci ildə inşa edilmişdir. Sonralar isə 1475-ci ildə həmin taxta qurğu kərpic bünövrə ilə yenidən qurularaq mot və beyli tipli divarlarla, həmçinin xəndəklə qorunaraq hündür kərpic qəsr tikildi. 1832-ci ildə tikilinin bir hissəsi kilsə komissarlarının əmri ilə söküldü.

Roma katolik yepiskopluğunun Northemptona köçürülməsindən sonra 1956-cı ildə Klaretin missionerləri qalanın ərazisini klaretin olmağa həvəsli uşaqlara ibtidai təhsil vermək üçün kiçik seminariya olaraq istifadə etdilər. Kiçik seminariya 1965-ci ilin iyul ayında bağlanmış və həmin vaxtdan Bakden qala kompleksi klaretinlərin konfrans mərkəzi olaraq fəaliyyət göstərmişdir. Ərazidə eləcə də orta əsrlərdəki qalanın yerində seminariyanın gəncləri üçün kiçik kilsə olaraq tikilmiş Linkoln şəhərindən Müqəddəs Hyu kiçik katolik kilsəsi yerləşir. Qalaya giriş günün istənilən saatı sərbəstdir, lakin bura itlrəin daxil olmağı qadağandır.

1551-ci il 16 iyul tarixində Saffolk hersoqu Henri və onun qardaşı lord Çarlz burada ingilis təri xəstəliyində dünyasını dəyişmişlər. Onlar əslində Bakdenə, Kembridşirə bu epidemiyaya yoluxmamaq üçün gəlmişdir.Evelyn Read. My Lady Suffolk: A Portrait of Catherine Willoughby, Duchess of Suffolk. — New York: Alfred A. Knopf, 1963. — pp. 82-84.

1630-cu illərdə burada yaşayan yepiskop Uilyam Bakdendə ürəkaçan şərait yaratmış və səxavətli qonaqpərvərliyi ilə tanınırdı.Anthony Milton, «Laud, William (1573—1645)», , Издательство Оксфордского университета, 2004. (Accessed 5 October 2006 .)

1839-cu ildə əntiqəçi Edvard Con Rac Bakden qalası haqda kiçik oçerk olan tarixi əsər dərc etdirdi.

Məşhur qonaqlar III Henrix 1248-ci ildə I Eduard 1291-ci ildə III Riçard 1483-cü ildə Araqonlu Ketrin Bofort, Marqarit (VII Henrixin anası) 1501-ci il VIII Henrix və Yekatirina Qovard 1541-ci ildə. Onlar Yekaterina kraliça olmadan əvvəl yayda bütün İngiltərə boyu gəzintiləri zamanı 1541-ci ildə Bakden qalasında qalmışdılar. Məhz həmin bu gəzinti zamanı Yekaterina xəyanətdə ittiham olunaraq həbs edilmiş və 1542-ci ildə edam edilmişdir. I Yakov Georq 1619-cu il IV Georq 1814-cü ildə

Ədəbiyyat Адриан Петтифер, (2002) English Castles: a Guide by Counties. Woodbridge, UK: Boydell Press. ISBN 978-0-85115-782-5.

İstinadlar

Xarici keçidlər Центр кларетинов Friends of Buckden Towers A registered charity that assists in the preservation of the historic buildings collectively known as Buckden Palace in the County of Cambridgeshire, UK Buckden Village История деревни Detailed historic record for Buckden Towers About this monument