Li Venlian (; ) — çinli həkim, bəzi məlumatlara görə COVID-19 koronavirus pandemiyası haqda ilk məlumat verən adam.
Həyatı 1986-cı il oktyabrın 12-də Beytçjen qəzasında anadan olmuşdur. 2011-ci ildə Uhan Universitetinin tibb fakültəsini oftalmoloq ixtisası üzrə bitirib. Üç il ərzində Xiamendə işləmiş, sonra yenidən Uhana dönərək mərkəzi xəstəxanada oftalmoloq kimi çalışmağa başlamışdır.【武漢肺炎】敢言醫生李文亮傳死訊 院方稱仍搶救中 // нп5|HK01|||HK01, 7.02.2020.
Li evli olmuş, bir övlada malik idi. O, vəfat edəndə həyat yoldaşı ikinci uşağını gözləyirdi.Cite web|url=https://www.nytimes.com/2020/02/06/world/asia/Li-Wenliang-coronavirus.html|title=Chinese Doctor, Silenced After Warning of Outbreak, Dies From Coronavirus|accessdate=20-02-08
Li Venlian və koronavirus Belə hesab olunur ki, 2019-cu il dekabrın 30-da "WeChat" çatında Uhan Universitetinin tibb fakültəsinin məzunları arasında baş tutan söhbətdə Li Venlian, SARS virusuna bənzər yeni bir virus haqqında ilk xəbəri vermişdir. Bu hadisədən sonra o, polisə çağrılaraq şayiələrin yayılmasının yolverilməzliyi barədə ciddi xəbərdarlıq alır.Китайский врач еще 30 декабря предупредил о коронавирусе — но тогда ему никто не поверил. В итоге он сам заразился и умер // «Медуза», 3.02.2020.
200px|thumb|right|Li Venlianın Uhan polisi tərəfindən yalan şayiələrin yayılmasının yolverilməzliyi barədə imzaladığı yazılı xəbərdarlığı
Ölümü İşə qayıdan həkim yoluxmuş xəstələr də daxil olmaqla pasientləri qəbul etməyə davam etdi. Yanvarın 10-da Li Venlianda virus infeksiyasına tutulmasının simptomları özünü göstərməyə başladı. Yanvarın 12-də xəstəxanaya yerləşdirildi, lakin yeni virusu aşkarlamaq üçün diaqnostik testlərin olmaması səbəbindən onun diaqnozu yalnız fevralın 1-də təsdiqləndi. Fevralın 5-də onun vəziyyəti kəskin şəkildə pisləşdi və ertəsi gün ölüm xəbərləri gəlməyə başladı. Onun ölüm vaxtının səhər saat 7-də olduğu bildirildi.新冠肺炎最早示警者之一李文亮医生去世 // нп5|The Economic Observer|||The Economic Observer, 7.02.2020. Ümumdünya Səhiyyə Təşkilatının icraçı direktoru Mayk Rayan Li Venlianın vəfatı ilə əlaqədar başsağlığı verərək demişdir: "Biz hamımız onun gördüyü işlərə hörmətlə yanaşmalıyıq". Fevralın 6-da Çin mediasında Li Venlianin vəziyyəti barədə ziddiyyətli məlumatlar yayılırdı: xəbər verilirdi ki, fevralın 6-da saat 9.30-da onun ürək tutması baş vermiş və bundan sonra Li Venlian bir müddət reanimasiya şöbəsində qalmağa davam etmiş, həkimlər onu yenidən həyata qaytarmağa çalışmışdılar.去年就發防護預警!「吹哨人」醫生李文亮確診武漢肺炎…驚傳過世 // нп5|ETtoday|ETtoday|zh|ETtoday新聞雲, 7.02.2020. Son məlumatlara görə, həkim fevralın 7-də gecə saat 3-də vəfat etmiş, bu vaxta qədər bir çox ictimai xadim və sosial şəbəkə istifadəçiləri başsağlığı vermişdi.Coronavirus: Whistle-blower Dr Li Wenliang confirmed dead of the disease at 34, after hours of chaotic messaging from hospital // South China Morning Post, 7.02.2020..
Həmçinin bax Ay Fen Koronavirus SARS-CoV-2
İstinadlar
Kateqoriya:Uhanda vəfat edənlər Kateqoriya:Oftalmoloqlar Kateqoriya:COVID-19 pandemiyasından vəfat edənlər Kateqoriya:Çin həkimləri