Ülkər İdman Arena () — İstanbulun Ataşəhər ilçəsində Fənərbaxça İK-yə ev sahibliyi edən idman salonu.
Fənərbaxça İdman Klubunun kişi və qadın basketbol komandalarına ev sahibliyi etdiyi basketbol matçlarında daim istifadə olunur. Ataşəhərdəki bu arenada basketboldan başqa 15.000 nəfərlik konsert zalı da istifadə olunur. İdman tədbirləri ilə yanaşı, burada konsert tədbirləri, səhnə şouları, konfranslar və xüsusi tədbirlər də təşkil olunur.
Salonda oynanan ilk matç 25 yanvar 2012-ci ildə Fənərbaxça Ülkər - EA7 Emporio Armani basketbol qarşılaşması olmuşdur. Salonun sahibi və operatoru Fənərbaxça İdman Klubudur.
Xüsusiyyətləri Layihəsi Ömerler Architecture və Design Development Group tərəfindən hazırlanan Ülkər İdman Arenasının ümumi tikinti sahəsi 67.000 m², əsas salonun hündürlüyü isə 28 metrdir. İkinci mərtəbənin dayaqlarında 360 dərəcə LED ışığı var. Salonda çəkisi 28 ton olan tablo yerləşir. Bu tablo Avropanın ən böyük tablosu sayılır. Arenada 6 soyunma otağı və 5 kiçik soyunma otağı mövcuddur.
İstinadlar
Kateqoriya:İstanbul tikililəri Kateqoriya:İstanbulda idman Kateqoriya:2012-ci ildə yarananlar