Lesya Ukrainka (), əsl adı Larisa Petrovna Kosaç-Kvitka (; () — ukraynalı şairə.

Həyatı Lesya Ukrainka dvoryan ailəsində doğulmuşdur. Anası Olyona Pçilka yazıçı idi. Uşaqlıqdan sümük vərəminə tutulan Ukrainka uzun illər Krımda, Gürcüstanda, İtaliyada və Misirdə yaşamalı olmuşdur. Əsasən tarix-filologiya ev təhsili almış, bir neçə əcnəbi dil öyrənmişdir. Yaradıcılığına Taras Şevçenkonun güclü təsiri olmuşdur.

"Nəğmələrin qanadında" (1893), "Düşüncələr və arzular" (1899), "Əks-səda" (1902) şeir toplularında bütün xalqların ictimai və milli azadlığı uğrunda mübarizəyə çağırış ruhu hakimdir. "Babil əsiri" (1903), "Katakombalarda", "Payız nağılı" (hər ikisi 1905) poemaları, "Meşə nəğməsi" (1912, tamaşası 1918) dramı mifoloji və tarixi süjetlərlə səsləşir. Anadan olmasının 100 illiyi Ümümdünya Sülh Şurasının qərarı ilə qeyd edilmişdir.

Lesya Ukrainka 1913-cü il avqust ayının 1-də Gürcüstanda vəfat edib, Kiyevdə dəfn olunub.

Bakının Qaradağ rayonunda abidəsi var.

Əsərləri Şerlər. Bakı: 1964 Su pərisi (poemalar). Bakı: 1982

İstinadlar

Xarici keçidlər Украинская поэтесса Леся Украинка (уральский мрамор 0,34 x0, 40x1, 41) автор, известный украинский скульптор Николай Шматько

Kateqoriya:Ukrayna yazıçıları Kateqoriya:Rusiya imperiyası yazıçıları Kateqoriya:Ukraynanın qadın yazıçıları Kateqoriya:Rus dilindən tərcümə edənlər Kateqoriya:Alman dilindən tərcümə edənlər Kateqoriya:İngilis dilindən tərcümə edənlər