Ross 154 () — Oxatan bürcündə yerləşən tək ulduz. Günəşdən 9.69 işıq ili məsafədə yerləşir, yəni bizə ən yaxın olan ulduzlardan biridir.

Xarakteristikası Ross 154, M3.5 V spektral təsnifatının sönük və nisbətən soyuq ulduzudur (qırmızı cırtdan). Əsas ardıcıllıq adlı ulduz zolağına aiddir. Onun parlaqlığı 0,0038 günəş parlaqlığına bərabərdir, kütləsi günəş kütləsinin 17%-ini təşkil edir, diametri günəşin diametrinin 24%-ı edir, səth istiliyi 3105 K bərabərdir. Ulduzun yaşı bir milyard ildən az qiymətləndirilir. Ross 154, UV balina tipli alışan ulduzdur. Chandra kosmik teleskopundan edilən müşahidələr göstərdi ki, Ross 154-ün rentgen diapazonundakı şüa intensivliyi günəşə bərabər və ya daha da çoxdur. Dəyişən ulduzların kataloğunda əlavə olaraq V1216 Oxatan kimi də göstərilir.

Ulduzun yaxın ətrafı Aşağıdakı ülduz sistemləri Ross 154-dən 10 işıq ili hüdudlarında yerləşirlər: UlduzUlduz təsnifatıİşıq ili məsafəsiBernardın ulduzuM3,8 V5,5Lakayl 8760M2 Ve7,4Qlize 674M3 V7,7Volf 1061M3 V8,1Alfa SentavrG2 V / K0 V8,1Proksima SentavrM5,5 Ve8,2Qlize 682M3,5 V8,7Hindu EpsilonuK5 Ve8,970 İlandaşıyanK0 Ve / K5 Ve9,3Lakayl 9352M0,5 Ve9,6EZ Dolça M5 V / M / M9,5GünəşG2 V9,7

İstinadlar

Xarici keçidlər

Solstation saytında Ross 154 Kateqoriya:Qırmızı cırtdanlar Kateqoriya:HIP obyektləri