Taun (), (XBT kodu A20.) — insan və heyvanlarda kəskin təbii ocaqlı, epidemik yayılmağa meyilli, taun çöpü () tərəfindən törədilən transmissiv infeksion xəstəlikdir. O, kəskin qızdırma, ağır ümumi intoksikasiya və limfatik düyünlərin, ağciyərin və başqa orqanların hemorragik-nekrotik iltihabı ilə təzahür edir. Endemik və pandemik yayılma imkanına görə taun "Beynəlxalq tibbi-sanitariya qaydalarının" şamil olduğu xüsusi təhlükəli karantin infeksiyaları qrupuna aid edilir. 1894-cü ildə fransız alimi A. Yersen və yapon alimi S. Kitazato xəstəliyin törədicisini kəşf etmişlər. Taun epidemiyaları dövri olaraq dünyanın bir çox ölkəsini əhatə edirdi. Birinci pandemiya VI əsrdə Şərqi Roma İmperiyasında baş vermiş və bir çox ölkəni əhatə etmişdi. Qara ölüm adlanan ikinci pandemiya XIV əsrdə, üçüncü pandemiya isə XIX əsrin sonunda olmuşdur (xəstəliyi dəniz gəmilərindəki siçovullar yaymış və dünyanın 100-dən artıq limanında epidemiya baş vermişdi). XIV əsrdən başlayaraq Rusiyada, o cümlədən bir neçə dəfə Moskvada, XIX əsrdə Zabaykalyedə, Zaqafqaziyada, Prikaspidə, XIX əsrin sonu – XX əsrin əvvəllərində Odessa və Qara dənizin başqa limanlarında, XX əsrdə isə Hindistanda taun geniş epidemiyası qeydə alınmışdır. thumb|200px|Taun

Taun təbii ocaqlarla xarakterizə olunur. Taunun inkubasiya dövrü 2–6 gündür. Xəstəlik titrətmə, başağrısı, yüksək temperaturla başlayır. Diaqnostika üçün bakterioloji və seroloji üsuldan istifadə olunur.

Tarixi məlumat 300px|left|thumb|Piter Breygel, "Ölümün zəfəri" Taun epidemiyası çox qədimdən, eramızdan xeyli əvvəl məlumdur.

Xəstəliyin adı "cuma" (paxla) ərəb sözündən törəmişdir. Bunun səbəbi infeksiyanın tez-tez baş verən xarakterik simptomudur – iltihablaşmış limfatik düyünlərin böyüyərək xarici görünüşünə görə paxlaya bənzəmələridir. Taun çox vaxt milyonlarla insanın ölümünə bais olan, böyük əraziləri viran qoyan pandemiya xarakteri almışdır.

Bəşər tarixində taunun üç pandemiyası məlumdur: 527-ci ildən 580-ci ilə qədər davam edən birinci pandemiya tarixə "Justinianın taunu" adı ilə daxil olmuşdur. O, Misirdə başlamış, Aralıq dənizinin liman şəhərlərinə və digər Yaxın Şərq ölkələrinə yayılmış və Avropaya keçmişdir. Bu pandemiya zamanı təxminən 100 min insan tələf olmuşdur. Rəvayətə görə 590-cı ildə taun epidemiyası zamanı Papa Böyük Qriqori Adrian qəsrinin üzərində Mələk Mikayılı taun epidemiyasının sonunun çatmasına işarə olaraq, qılıncını qınına qoyarkən görmüş və o vaxtdan qəsr Müqəddəs Mələk qəsri adlandırılmağa başlanmışdırRom, DuMont Reiseverlag, Auflage 2006 səh. 83. "Böyük", yaxud "qara ölüm" adlı, 50 milyondan artıq insan təlafatına səbəb olmuş ikinci pandemiya 1334-cü ildə Çində baş vermiş, sonralar Hindistana, Afrikaya və Avropaya yayılmışdır. 1352-ci ildə Avropanın əhalisinin 1/3 hissəsi, 25 milyon adam taundan məhv olmuşdurБ.Байер, У. Бирштайн и др. История человечества 2002 ISBN 5-17-012785-5. 1364-cü ildə taun Asiyadan Rusiyanın şimal-qərb, mərkəzi və cənub-şərq vilayətlərinə keçmişdir… 1442-ci ildə Venesiyada və demək olar ki, eyni vaxtda Rusiyada ilk dəfə olaraq taun əleyhinə karantin tədbirləri tətbiq edilmişdir. Taunun üçüncü pandemiyası 1894-cü ildə Honkonqda başlamış bir milyondan çox insanın təlafatına səbəb olmuşdur. Sonrakı 10 ildə taun dünyanın bütün kontinentlərinin 87 liman şəhərlərinə yayılmışdır, 12 milyondan artıq adam qırılmışdır. Taunun üçüncü pandemiyası zamanı böyük kəşflər edilmişdir: törədici mikrob ayrılmış (Q. İ. Minx, 1878, A. İersen, S. Kitazato 1894), xəstəliyin yayılmasında siçovulların, çöl gəmiricilərinin və birələrin rolu müəyyənləşdirilmiş, taunun təbii ocaqlılığı aşkar edilmişdir. (D. K. Zabolotnı, 1912) 1802-ci ildə D. Samoyloviç birinci dəfə taun əleyhinə ilk vaksinasiya təşəbbüsü göstərmişdir. Effektiv vaksina 1926-cı ildə V. A. Xavkin və başqaları tərəfindən işlənib hazırlanmışdır.

Taun əleyhinə elmi əsaslandırılmış tədbirlərin həyata keçirilməsi XX əsrdə dünyada taun epidemiyasını aradan qaldırmağa imkan vermişdir, lakin xəstəliyin sporadik halları bu və digər ölkələrdə təbii ocaqlarda həmişə qeyd edilir.

Etimologiyası Taunun törədici mikrobu – taun çöpü bir növ kimi proteobakteriyalar tipinin, qamma-proteobakteriyalar sinfinin, enterobakteriyalar ailəsinə məxsus cinsinə aiddir. O, 1,5–2 x 0,5–0,7 mkm ölçüsündə, avoidşəkilli, ucu dəyirmi, hərəkətsiz oid çöpdür. Taun mikroblarının uzunsov, dənəvər, sapşəkilli və süzülən formalarının meydana çıxması ilə polimorfizmi təsvir edilmişdir.

Taunun törədici mikrobu spor əmələ gətirmir, kapsulu vardır, qrammənfidir, anilin boyaları ilə asan (ucları isə daha intensiv) rənglənir (bipolyar rənglənmə). fakultativ anaerobdur. 25–30 °C-də və pH 6,9–7,2 olduqda duru və bərk qida mühitlərində yaxşı inkişaf edir. R -virulent və S -avirulent formalı koloniyalar əmələ gətirir. Qida mühitinə təzə və ya hemolizəolmuş heyvan qanı çatdıqda mikrobların inkişafına stimullaşdırıcı təsir göstərir. ekzo- və endotoksin əmələ gətirir, tərkibində termostabil somatik və termolabil kapsul antigenləri və s. (cəmi 20 antigen) vardır. -in somatik antigeni başqa persinlərin antigenlərinə identikdir. kapsul antigeni taun törədici mikrobunun virulent ştammları üçün spesifik sayılır, immunigen aktivliyə malikdir.

Taunun törədici mikrobunun orqanizmdən kənarda davamlılığı onlara xarici mühit amillərinin təsir xarakterindən asılıdır. Temperatur düşdükcə bakteriyaların yaşama müddəti artır. Qida məhsullarında, suda və məişət əşyalarında 3 aya qədər, bubon irinində 40 gün, qanda və bəlğəmdə 1 ay və daha çox qalır. 55 °C-də onlar 10–15 dəq. sonra 100 °C-də bir neçə saniyə sonra məhv olur. Adi dezinfektantlar işçi konsentrasiyada (sulema 1:1000, 3–5%-li lizol məhlulu, 3%-li karbol turşusu, 105-li əhəng südü) və (antibiotiklər), (streptomisin, tetrasiklin, xloramfenikol) -əöldürücü təsir göstərir.

Epidemiologiyası Taunun təbii, birincili ("vəhşı taun" – ) və sinantrop ikincili ("şəhər", "port taunu") ocaqları ayırd edilir. Vəhşi gəmiricilər (tauntörədici mikroblarının təbii rezervuarları) və onların eksparazitləri (birələr) ilə əlaqədar olan təbii ocaqlar, Avstraliya istisna edilməklə bütün qitələrdə, çöl, yarımsəhra və səhra zonalarında mövcuddur. Gəmiricilərin və onların birələrinin populyasiyasının mövcudluğu imkanının müəyyənləşdirən coğrafi iqlim şəraitindən asılı olaraq təbii ocaqlarda qalır.

Təbii ocaqlarda taun mikrobunun daşıyıcıları olan vəhşi gəmiricilərin 300-ə yaxın növü və yarımnövü aşkar edilmişdir. -in mühafizə edilməsində əsas rolu sünbülqıran, marmot (tarbaqan), qum siçanı, dağ siçanı, çöl siçanları oynayır. Bundan əlavə Afrikada bəzi siçanların: qara, həbəş, çoxməməli və kolluq siçovulların mühüm rolu qeyd edilməlidir.

Taun sinantrop ocaqlarında taun infeksiyasının əsas rezervuarı və mənbəyi hələ qədim dövrlərdə vəhşi təbiətdən insan məskənlərinə keçmiş, taun mikrobunu da özləri ilə gətirmiş boz siçovul və ya siçovul (), qara siçovul () və kürən siçovullardır (). Nəqliyyat vasitələrinin, xüsusən dəniz nəqliyyatının inkişafı siçovulların birinci toplandığı yerdən dünyanın bir çox ölkələrinə yayılmasına səbəb olmuşdur. Taun vəhşi gəmiricilərdən siçovullara keçdiyi kimi, siçovullardan da vəhşi gəmiricilərə keçir.

Hər iki tip taun ocaqlarında törədici mikrobların yayıcıları birələr sayılır. ilə spontan infeksiyalaşma birələrin 120-dən artıq növündə və yarımnövündə aşkar edilmişdir. Taun törədici mikroblarının daha aktiv yayıcıları siçovul birələri (), insan mənzil birələri () və marmot yuvası gənələridir ().

Birələrin taun mikrobu ilə intensiv yoluxması gəmiricinin məhv olmasından əvvəl nəzərə çarpan bakterimiya dövründə baş verir. İnfeksiyalaşmış birə ancaq taun bakteriyaları onun mədəönündə artıb çoxaldıqdan sonra yoluxdurucu olur. Mikroblar mədəönü boşluğunda artıb çoxaldıqdan sonra əmələ gətirdikləri həlməşik kütlə ("taun bloku və ya tıxacı") ilə onu tamamilə doldurur. Belə birələr qan sormağa çalışır, lakin "taun tıxacı" qanın mədəyə daxil olmasına mane olur, bunun nəticəsində qan və onunla yuyulmuş bakteriyalar güclü təkanla birənin dişlədiyi yerdə yaraya geri qayıdır.

İnsanın taunla yoluxması bir neçə yolla: transmissiv (infeksiyalaşmış birənin dişləməsi ilə), kontakt, alimentar və hava-damcı yolu ilə baş verir.

İnsanların tauna qarşı həssaslığı olduqca yüksəkdir. xəstələnmə indeksi vahidə yaxınlaşır. təbii ocaqlarda xəstələnmə mövsümi xarakter daşıyır: mülayim iqlimli ocaqlarda xəstəlik əsasən yay-payız aylarında, isti iqlimli ocaqlarda mövsümilik olmur.

Taun tutmuş xəstələrin epidemioloji rolu eyni deyil. Xarici mühitə çox miqdarda taun bakteriyalarını ifraz edən, xəstəliyin zahirən səpələnmiş formasına tutulan (Q. P. Rudnevə görə), xüsusən taun ağciyər formasına düçar olan xəstələr daha çox təhlükəlidirlər. -in hava-damcı yolu ilə yayılması infeksiyaya epidemik xarakter verir. Buna binalarda adamların sıxlığı, maddi rifahın və sanitariya mədəniyyətinin aşağı səviyyəsi, müalicəvi-profilaktik tədbirlərin qeyri-mükəmməlliliyi səbəb olur. Taunun başqa formasına tutulmuş xəstələr birələrin kifayət qədər populyasiyası olan zaman xeyli təhlükə törədə bilər.

Tauna qarşı anadangəlmə immunitet yoxdur. keçirilən xəstəlik immunitet verir; təkrari xəstəlik nadir hallarda olur.

hazırda taunun tək-tək aktin enzootik ocaqları Asiyada (Birma, Vyetnamda, İndoneziya, Nepal), Amerikada (Boliviya, Braziliya, Peru, Qərbi ABŞ, Ekvador) və Afrikada (Zair, Keniya, Lesoto, Madaqaskar, Tanzaniya) vardır.

Patogenezi Taunda infeksion prosesin inkişafı xeyli dərəcədə infeksiyanın giriş qapılarının lokallaşması ilə müəyyən edilir. Törədici mikrobun daxil olduğu yerdə, dəri və ya selikli qişalarda dəyişiklik, bir qayda olaraq olmur, yalnız təsadüflərin 3–4%-ində dəri üzərində sonradan xoraya və ya xoralı karbunkula çevrilən ləkə şəklində birinci affekt baş verir. Xoranın möhtəviyyatında çoxlu miqdarda taun mikrobları tapılır.

Törədici mikrobun giriş qapılarından limfogen yollarla regional limfatik düyünlərə çatır və orada intensiv artıb çoxalır bubon əmələ gətirməklə hemorragik iltihab törədir. Bubonun yarılması zamanı paket şəklində birləşmiş limfatik düyünlər, onlara və ətraf toxumaya çoxlu qan və ya serozlu-qanlı maye hopması, irinli əriməyə məruz qalmış nekroz ocaqları görünür. Damar və kapillyarlar ətrafındakı sinuslarda çox miqdarda mikrob toplanması aşkar edilir.

Birincili bubonlardan taun mikrobları limfogen və ya hematogen yolla yeni limfatik düyünlər qrupuna yayılır, müvafiq surətdə ikinci, üçüncü və i.a. tərtibli birincili bubonlar, yaxud ikincili bubonlar əmələ gəlir. Bu bubonlarda iltihabi dəyişikliklər daha zəif nəzərə çarpır, taun bakteriyaları az miqdarda tapılır.

Giriş qapıları, yerində və regional limfatik düyünlərdə patoloji dəyişikliklər orqanizmin ürək-damar, sinir və başqa sistemlərinin zədələnməsinə səbəb olan bakteriya və toksinemiya ilə müşayiət edilir. Taunun patogenezində qan damarlarının nekroz infiltrasiya və damar divarının seroz hopması şəklində zədələnməsi böyük rol oynayır.

Limfatik düyünlərin baryer funksiyalarının kifayət qədər olmaması (bu zaman taun mikroblarının natamam faqositozu aşkar edilir) və infeksiyanın ikincili ocaqlarında -in güclü artıb çoxalması zamanı xəstəliyin birincili septik forması inkişaf edir, bu zaman infektin daxil olduğu nahiyədə iltihabi dəyişiklik və taunun ağırlaşdırıcı başqa ikincili formaları olmur. Xəstəliyin septik forması üçün ağır infeksion-toksik şokun inkişafı, müxtəlif daxili orqanlarda sentiko-piemik ocaqların törəməsi xarakterikdir. Toksik miokardit və nefrit baş verir. Taunun ağır formasının patogenezində fibriolizinin üstünlük təşkil etməsi ilə qanın laxtalanma sisteminin pozulması mühüm yer tutur.