Tropizm və ya taksislər — bioloji amillərə özünəməxsus cavab vermək üsullarıdır.

Tropizmlərin aşağıdakı növlərini fərqləndirirlər: Fototropizm — canlı orqanizmin işığın təsiri ilə hərəkət etmə meyli; Termotropizm — istilik təsiri ilə hərəkətetmə meyli; Xemotropizm — müəyyən fiziki-kimyəvi mühiti seçməyə meyli; Topotropizm — mexaniki qıcıqlandırıcıların təsir ilə hərəkət etmə meyli və s.

Mənbə Ümumi psixologiya. Prof. S. İ. Seyidov və prof. M. Ə. Həmzəyevin elmi redaktorluğu ilə.

Kateqoriya:Bitki fiziologiyası Kateqoriya:Biologiya terminləri