Reqina Ezera (; ) — Latviya yazıçısı, Latviya SSR-nin əməkdar mədəniyyət işçisi (1974), Latviya SSR xalq yazıçısı (1981). Üç Ulduz ordeninin IV dərəcəli kavaleri.

Həyatı Reqina Ezera 20 dekabr 1930-cu ildə Riqada, Robert və tibb bacısı Lusia Şamreto ailəsində anadan olmuşdur. 1944-cü ildə ailə Almaniyaya işləməyə aparılır. Amerikalılar “Zorla köçürülmüş insanları” 1945-ci ilin yazında Qərbə aparanda, valideynləri ilə birlikdə eşelondan qaçmış və Sovet işğal bölgəsində qalmışdır. O, 1945-ci ilin payızında Riqaya qayıtmışdır.

Latviya Dövlət Universitetinin tarix və filologiya fakültəsinin jurnalistika şöbəsini bitirib (1955). "Pionieris" qəzetində işləyib (1954-1957). Ezer ( → ) təxəllüsü ilə ilk nəşri, "Pat īkšķis nelīdzēja" hekayəsi "Bērnība" ("Uşaqlıq") uşaq jurnalında olmuşdur (1955). İlk nəşr olunan kitabi "Un ceļš vēl kūp" (1961) qısa hekayələr toplusudur. İlk romanı isə "Yaz səması altında" 1961-ci ildə işıq üzü görmüşdür. 1961-ci ildən Latviya Yazıçılar Birliyinin üzvüdürRegīna Ezera // Latvijas Enciklopēdija. — Rīga: SIA «Valērija Belokoņa izdevniecība», 2007. — ISBN 9984-9482-0-X..

1963-cü ildə yazıçının ikinci romanı çapdan çıxmışdır ("Onlar üç idi").

Reqina Ezeranın nəşrləri Liesma, Moskva İzvestiyası (Xalqlar Dostluğu Kitabxanasında) və Sovet Yazıçısı nəşriyyatları tərəfindən dəfələrlə rus dilində nəşr edilmişdir.

1976-cı ildə Riqa Film Studiyasında rejissor Günar Silinskinin başçılığı altında "Quyu" romanı əsasında "Sonata gölün üstündə" bədii filmi çəkilmişdir. 1996-cı ildə Latviya televiziyası rejissoru Talivaldis Marqeviç "Əjdaha yumurtası" filmini çəkir və Reqina Ezerada burada rol alır. Ailəsi:

Birinci əri - keçmiş legioner Yekab Lassenberq;

İkinci əri - jurnalist və tərcüməçi Çeslavs Kinculis.

Qızları: İnese, İlze və Aya.

1978-ci ildən Riqadan uzaq olmayan kənd evində yaşayırdı.

11 iyun 2002-ci ildə vəfat etmiş və Kequms yaxınlığındakı Tomes qəbiristanlığında dəfn edilmişdir.

2003-cü ildə yazıçının evində xatirə muzeyi açılmışdır.

Əsərləri

Hekayələri

«Zilonis» «Un ceļš vēl kūp» (1961) «Daugavas stāsti» (1965) «Aiztek Gaujas ūdeņi, aiztek» (1968) «Saules atspulgs» (1969) «Grieze — trakais putns» (1970) «Nakts bez mēnesnīcas» (1971) «Pavasara pērkons» (1973) «Vasara bija tikai vienu dienu» (1974) «Cilvēkam vajag suni» (1975) «Baraviku laika dullums» (1978) «Slazds» (1979) «Princeses fenomens» (1985) «Pie klusiem ūdeņiem» (1987)

Romanları «Zem pavasara debesīm» ("Yaz səması altında") (1961) «Viņas bija trīs» (1963) «Dzilnas sila balāde» (1968) «Aka» (1972) «Zemdegas» (1977) «Mežābele» (1966) «Izlase» (1979) «Nostalģija» (1979) «Saulespuķes no pērnās vasaras» (1980) «Varmācība» (1982) «Nodevība» (1984) «Dzīvot uz savas zemes» (1984) «Virtuvē bez pavārgrāmatas» (1989) «Stāsti un noveles» (1990) «Visticamāk, ka ne…» (1993) «Zvaigžņu lietus» (1994) «Pūķa ola» (1995) «Visticamāk, ka jā…» (1996) «Mazliet patiesības. Nedaudz melu…» (1997)

Şeir toplusu «Raksti, I» (2000) «Raksti, II» (2001) Mənbə Регина Эзера в обзоре новейшей латышской прозы Риманда Цеплиса Bioqrafiyası İstinadlar

Kateqoriya:Kequmsda vəfat edənlər Kateqoriya:Tomes qəbiristanlığında dəfn olunanlar Kateqoriya:"Şərəf nişanı" ordeni ilə təltif edilənlər Kateqoriya:Latviyanın qadın yazıçıları Kateqoriya:XX əsrin romançıları