right|350px|thumb|"Helioqabal gülləri". İmperator Helioaqabalın bayramında, xəyanətdə şübhələndiyi ortaq və qonaqlarının, dağıntıdan çıxa bilməməsi üçün həddindən artıq miqdarda səpələnmiş gül ləçəklərinin altında boğulduğu haqqında "Avqust tarixi" hekayəsini əks etdirən bir şəkil. Alma Tadem Lourens,1888-ci il
Qədim Roma mətbəxi və qida mədəniyyəti Qədim Roma dövlətinin bütün dövrlərində dəyişib inkişaf etmişdir.
Qədim romalıların yeməyi öncələri çox sadə olub. Romada kulinariya sənəti eramızdan əvvəl III əsrdən inkişaf etməyə başlayıb, sonradan Qədim Yunan mədəniyyətindən təsirlənib. İmperiyanın genişlənməsi, Qədim Roma mətbəx reseptlərinin və yemək ənənələrinin inkişafına töhfə verdi. Şərq dəbinin təsiri altında və eyni zamanda bir çox romalıların zənginləşməsi, Romada imperiya dövründə varlılar arasında israf və acgözlüyün çiçəklənməsinə də səbəb verib. Kəndli və senatorun yeməyi; şəhər sənətkarı və varlanmış azadların yemək istehlakı mədəniyyətindən fərqlənirdi.
Qida məhsulları Romalıların çoxu çox sadə qidalanırdılar, gündəlik qidaları əsasən paxlalı və dənli bitkilərdən ;o cümlədən müxtəlif çörəklər, sıyıq və kökələrlərdən ibarət idi. Romalıların gündəlik rasionunda həlim məhsullar (şalqam, kələm), tərəvəz və meyvələr; qədim müəlliflərə görə (kulinariya və kənd təsərrüfatı əsərlərinin müəllifləri də daxil olmaqla), yumurta, bir neçə növ balıq və ilbiz məhsulları məşhur idi (ikincisinə gəldikdə, Roma ensiklopedisti Böyük Plininin ifadə etdiyi kimi, Lippin Falviy onları ilk yetişdirənlərdəndir).
Qədim antik müəlliflərin fikrincə çörək və şərab əsas ərzaq məhsulu idi. Romalıların aclıq anlayışı əsas qida məhsulu olan taxılın sona çatması demək idi, bunun səbəbi çörəyin olmaması və ya məhsul çatışmazlığı səbəbiylə əhalinin narazılığı və üsyanı idi. Ət, balıq və ya tərəvəz olmaması səbəbindən hər hansı bir üsyan olduğuna dair bir dəlil yoxdur.
Bəzi şəhərlər və əyalətlər məhsulları ilə tanınırdılar: məsələn, Venafro və Kasində ən yaxşı zeytun yağı,Pompeydə böyük qarum istehsal edilirdi, Pitsendən Romaya ən yaxşı süfrə zeytun növləri çatdırılırdı. Po çayı boyunca ərazilər və Qalliya — əla hisə verilmiş sala, donuz əti və vetçinası,Brindizi- midyəsi(istridyə),Taranto, Ariçça, Ostiya — kəvər, Ravenna — qulançar,Pompey — kələm, Lukaniya — kolbasası ilə məşhur idi. Süd məhsulları, donuz və quzu əti, quş əti və yumurta Romaya şəhərətrafı ərazilərdən gətirilir, Mərkəzi İtaliyadakı Vestin bölgəsindən, Umbriya və Etruriyadan pendirlər gətirilirdi. Tsimin gölü və Lavrentidən aşağıdakı meşələrdən ov heyvanları ətləri ovlanıb, çatdırılırdı.
Taxıl və çörək Başlanğıcda, Qədim Romada buğda daha çox emmer demək idi, daha sonra emmer becərilən buğda ilə əvəz olundu. Əkin çovdarı Aralıq dənizi bölgəsində çətinliklə yayıldı, lakin II əsrdən bəri şaxtaya davamlılığı səbəbindən, imperiyanın şimal əyalətlərində becərilməsi getdikcə böyüməyə başladı. Yulaf, həmçinin aşağı növlü taxıl hesab olunurdu və əsasən heyvan yemi olaraq yetişdirilirdi. Böyük Pliniyə görə, yulaf yalnız Almaniyada bir qida məhsulu olaraq becərilirdi. Arpa, ilk növbədə yem olaraq və daha az yemək kimi istehlak edildi: Romanın padşahlıq dövründə arpa sıyığı kasıbların yeməyi idi. Legionlar üçün arpa pəhrizi cəza hesab olunurdu.
Çörək və kökələr Qədim Romanın padşahlıq dövründə romalıların tipik yeməyi deyildi, əhali əsasən sıyıq yeyirdi. E.ə. II əsrdən Romada ictimai çörək bişirilən sexlər meydana gəldi və çörək, yoxsullar arasında çox tez populyarlaşdı. Zamanla çörək növlərinin sayı artdı. Adətən hər evdə çörək bişirilirdi, ancaq yuvarlaq çörəklərin satıldığı, xüsusi çörək dükanları var idi. Məşhur çörək növləri: zərif üyüdülmüş ağ buğda unundan (panis siligneus/candidus) olan çörəklər, qara undan olan orta keyfiyyətli (panis secundarius) cörəklər, pis üyüdülmüş sərt olan çörəklər idi (panis plebeius — "xalq", rusticus — "kəndli", sordidus — "tündqara"). Üçüncü sinifə daha çox, düşərgə zamanı Roma legionlarının özlərinə bişirdikləri çörək qırıntılarına bənzəyən legion çörəyi də daxil idi (panis castrensis — "düşərgə çörəyi"). right|thumb|200px|"Çörək ticarəti" adı ilə tez-tez nəşr olunan freska. Tədqiqatçılar indi inanırlar ki, freskoda şəhər yoxsullarına çörək paylayan edil (qədim zamanlarda Romada işini icra edən magistrantlardan biri) təsvir etmişdir.. Pompeydən freska.
Çörəklər isti kül ilə qızdırılan sobalarda bişirilirdi. Dəniz məhsulları yeməkləri üçün "istridyə çörəyi" ilə müxtəlif yeməklər ilə uyğunlaşdırılan xüsusi növlər də hazırlanmışdır; süd, yağ,arpa yarması, dəfnə, kərəviz, keşniş, adi cirəgülü, xaşxaş toxumu, bal,zirə,küncüt bəzi çörək və xəmir növlərinə əlavə edildi. Çörək çörəkçinin xəyalından asılı olaraq müxtəlif: kub,lira, örgü formalarında bişirilirdi. Hətta tanrı Priap şəklində də çörək bişirirdilər.
Peçenye və şirniyyatlar heyvanlar, quşlar, komik fiqurlar, üzüklər, piramidalar, müxtəlif qıvrımlı formalarda hazırlanırdı. Piroqlarda üzüm,pendir və badam bişirilirdi. Bəzi yeməklər bol yağda qızardılırdı: globuli — turş xəmir topları idi, zeytun yağında qızardılır, üzərinə bal və xaşxaş toxumları səpilirdi. Həmçinin çox qatlı tortlar, pendirli, üzümlü və meyvəli piroqlar bişirilirdi..
Süd məhsulları və yumurta Su qatılmamış süd barbar və ya kəndli içkisi hesab olunurdu, süd şəhərlərdə əsas qida mənbəyi olmağı dayandırdı. Sıyıq, (bəzi balıq və tərəvəz güvəclərinə qatılırdı) şirin omlet hazırlamaq üçün xəmirlərdə istifadə olunurdu. Kəndlilər ilk növbədə qoyun və keçi südündən istifadə edirdilər. İnək südü ən az istifadə edilən qida sayılırdı, çox nadir hallarda istifadə olunurdu, eşşək və madyan südü, çox güman ki, yalnız xəstələrə verilirdi.
Daha çox olan pendir növləri, hətta kasıblar üçün çox ucuz və əlverişli idi. Keçi və qoyun pendiri geniş yayılmışdı. Pendir, bir çox reseptin bir hissəsi olaraq çörək,salo ilə yeyilirdi; təzə yeyirdilər, artıq qalanını hisə verib, hətta qurudurdular; kasıblar duzlu balıq və pendirdən — tyrotarichum hazırlayırdılar; pendirli şirniyyat — moretum hazırlanırdı;bəzən tort reseptlərindəki unun əvəzinə qurudulmuş pendir istifadə olunurdu. Qədim Roma mətbəxinə aid ilkin reseptlərdə çox vaxt yeməklərin və hətta çörəyin tərkibinə daxil idi. İmperiya dövründə isə pendir əsasən sadə mətbəx reseptlərində qaldı.
Romalılar qaymağı bilmirdilər, latın dilində bu məhsul üçün bir kəlmə belə yox idi. O dövrdə yalnız ərimiş formada olan kərə yağı, romalılar üçün barbarların qida məhsulu olaraq qalırdı.
Yumurta qaynadılmış, az qaynadılmış və omlet şəklində yeyilirdi və bir çox digər reseptlərdə, o cümlədən çörək və souslar üçün istifadə edilmişdir. Daha çox ailələrdə toyuq yumurtasından istifadə edilirdi, ördək və qaz yumurtalarından daha az istifadə edilirdi. Qurmanların menyusuna tovuz quşu,adi bildirçin yumurtaları — daha az hallarda isə dəvəquşu yumurtası daxil idi.
Ət Mal əti qurmanlar arasında populyar deyildi, çünki inəkdən əkinçilikdə çox istifadə olunduğundan onun əti sərt idi. Ancaq bir çox arxeoloji qazıntılar zamanı kəsilmiş inək cəsədlərinin qalıqları tapılmışdı. Donuz əti qidada ən çox istifadə edilən ərzaq idi. Əvvəllər donuz əti yalnız böyük bayramlarda tanrıların şərəfinə bişirilirdi.2, 4, 9 Donuzun bütün hissələri yeyilirdi. Hətta müasir dövrdə nadir hallarda yeyilən hissələrdən yeməklər hazırlanırdı. Məsələn İmperator Tiberinin dövründə yaşamış aşpaz Mark Qabiy Apitsiyin reseptinə görə istiot, Kərəviz toxumu, qurudulmuş nanə, bal, sirkə və digər ədavalar ilə dişi donuzun içalatının əvvəl qaynadılmış və sonra qızardılaraq qarum sousu ilə yeyilməsi və yaxud elə onun tövsiyəsi ilə əncirlə bəslənən donuzların baş, qaraciyər, mədə, yumurtalıqlar və digər içalatından hazırlanan yeməklər ən yaxşıları sayılırdı. Kolbasalar adətən mal və ya donuz ətindən hazırlanırdı. Bunun üçün xeyli sayda reseptlər var idi. Ən geniş yayılanı küçədə satılan mal ətindın hazırlanmış sadə formalı bortlus idi. Müxtəlif ədviyyatlarla zəngin donuz ətindən bişirilmiş lukan kolbası kütlə arasında ən istənilən kolbasa sayılırdı. Hesab edilir ki, o, imperiyaya llk dəfə İtaliyanın cənubuna yürüşdən dönən Roma əsgərləri tərəfindən gətirilmişdir. Buna bənzər reseptlərin bu günə qədər də davam etdiyini söyləmək lazımdır. Xüsusi bir dad üçün, kolbasa və meyvələrlə marinə edilmiş donuz ocaqda bütöv şəkildə bişirilirdi(porcus Troianus). Dovşan və adadovşanı da bəslənirdi. Doğrusu dovşanın bəslənməsi çətin olduğundan, bu səbəbdən o, dörd qat baha idi. Dovşan əti Roma qurmanları üçün delikates sayılırdı. Onu hazırlamaq üçün əvvəlcə qaynadılır, sonra sobada qızardılır və yalnız bundan sonra süfrəyə bibər, çölnanəsi, şüvərən, göy soğan, kərəviz, turp, şərab, qarum sousu və zeytun yağı ilə birlikdə verilirdi. Eramızdan əvvəl II əsrdə ağac gəmiriciləri (yəqin ki, ailənin ən böyük nümayəndələri — süleysin) xüsusi delikates hesab olunurdu. Onlar xüsusi gil qablarda bəslənir və süfrəyə içi doldulmuş çəkildə verilirdi. Bu haqda yalnız aşpaz Mark Qabiy Apitsiydə deyil, həm də Plininin, Petroninin və Mark Valeri Marsialın əsərlərində də məlumata rast gəlinir.Фаршированная соня по‑древнеримски // Arzamas. Bəzən süfrəyə bütöv bir qaban verilirdi. Apitsiy qaban qovurması ilə birlikdə bibər, levistik, kəklikotu, qaraqınıq, adi cirə, şüyüd toxumu, vəhşi cücərti toxumu, şərab, soğan, qızardılmış badam, xurma, bal, sirkə, zeytun yağı,qarum sousu sirkə turşusu, habelə rəng vermək üçün qarağatdan ibarət soyuq bir sous məsləhət görürdü.
Quş əti Ev quşlarından əlavə qırqovul, firəngtoyuğu, tovuz quşu da yetişdirilirdi. İmperiya dövründə müxtəlif cür quş növləri qida kimi istehlak edilirdi. Bunların arasında toyuqlar, ördəklər (döş və bel hissəsi xüsusilə önəmli idi), qazlar (iecur ficatum — həddindən artıq doldurulmuş qazın qaraciyəri bahalı delikates hesab olunurdu), leyləklər, durnalar, toyuqkimilər, qara qaratoyuq, kəkliklər, göyərçinlər, bülbüllər, tovuz quşu, qırqovul, qızılqaz, tutuquşular daxil idi. Məsələn qara qaratoyuqdan yumurta, bibər, levistik, zeytun yağı, qarağat, şərab və qarum sousu ilə qaynadılmış donuz əti və balıq filesi kimi ləziz yemək hazırlanırdı. Quş nə qədər bahalı və onu əldə etmək çox çətin olardısa, onda o, qurman üçün daha "maraqlı" idi.
Müxtəlif quş növlərinə maraq tez-tez dəyişirdi. Məsələn şair Mark Valeriy Marsialın dövründə toyuqkimilər daha məşhur idi. Balear adalarında kiçik durnalar və adi sar hazırlanırdı və oradan da sufərələr Romaya ixrac edilirdi. Qurmanlar üçün toyuqlar Rodosdan və Numidiyadan, su quşları Parfiyadan, tovuz quşları Babildən, qırqovullar isə Kolxidadan gətirilirdi.
Balıq thumb|right|250px|Mozaika "Dəniz sakinləri". Pompey Balıq qiymətdə sadə ət növlərindən üstün idi. Qədim romalıların menyusuna aşağıdakı balıq növləri daxil idi: boz kefallar,muraena (onun filesi xüsusilə ləzzətli hesab olunurdu), nərə balığı,kambalakimilər,treska, alabalıq, dərə qaya balığı, tutuquşu balığı, tuna,dəniz kirpiləri,lavrak və s. Respublika dövründə nərə balığı, imperiya dövründə isə treska və lavrak qurmanlar arasında populyar idi. Tiberi dövründə tutuquşu balığı, dəb halına gəldi,Böyük Plini vaxtında — qırmızı kürək, eyni zamanda, açıq dənizdə tutulan böyük balıqlar qiymətli oldular.{ Qırmızı kürək balığı delikates hesab olunurdu, bir müddət də lüksün təcəssümü olaraq xidmət etmişdi. Stridiya və lobsterlər də hazırlanırdı.
Balıqları təzə və ya dəniz suyu ilə kanallardan keçərək gətirilən zəngin mülklərin şirin su və duz gölməçələrində böyütməyə çalışırdılar. Balıqlar üçün belə bir hovuzun ilk təşkilatçısı Lutsiy Murena, stiridiyalar üçün — Sergey Orata, balıqqulaqları üçün — Fulviy Lupin idi. Lusi Lisini Lukull və Hortenziyanın villarında böyük balıq yetişdirilən hovuzlar vardı. Molyuskalarda geniş miqyasda yetişdirilirdi.