Zigana — TİSAŞ tərəfindən istehsal olunan Türkiyə mənşəli tapançadır. Silah, 2001-ci ildə istehsalına başlanmış olub Türkiyənin xüsusi dizayna sahib ilk tapancalardan biridir.
Zigana silahlarında dəyişdirilmiş brouninq tipli kilidləmə sistemi ilə kilidlənmiş slayd qısa geri çəkilmə mexanizminə malikdir. Bundan əlavə, bu silahlarda avtomatik atəş pin bloku da mövcuddur.
Zigana PX-9 modeli Malayziyada Türkiyə ilə ortaq olaraq istehsal edilir. Bununla yanaşı, Pakistanda bu silahın modelləri yerli emalatxanalar tərəfindən qeyri-qanuni olaraq istehsal olunur və satılır.
Zigana ABŞ-yə Amerika Tactics Import şirkəti tərəfindən daşınır və FS9 və FS40 adları ilə satılır. Bundan əlavə, Zigana K və Zigana F modelləri Azərbaycan Respublikası Müdafiə Sənayesi Nazirliyi tərəfindən Zəfər, Zəfər-K və İnam adı ilə istehsal olunur.
İstifadəçilər — Azərbaycan Quru Qoşunlarında geniş istifadə olunur. — Bəzi hərbi hissələr və özəl təhlükəsizlik şirkətləri tərəfindən istifadə olunur. — Filippin polis qüvvələri tərəfindən istifadə olunur. — İllik 20 000 olmaqla, əsasən Malayziya hərbçiləri və polislərinin istifadəsi üçün istehsal olunur.
İstinadlar
Həmçinin bax
Kateqoriya:Türkiyə silahları Kateqoriya:Türkiyə tapançaları Kateqoriya:Özünü dolduran tapançalar