Qerqey Aqneş ( ) — Macarıstan şairi, nəsr yazıçısı, tərcüməçi, Koşut mükafatı laureatı. Onun əmisi qızı Fenakel Cudit eyni zamanda məşhur yazıçı və Ədəbiyyat Akademiyasının üzvüdür. Bioqrafiyası Jurnalist Qutmann Cyordiya () və hökumət rəsmisi Fanakel Rosanın () ailəsində anadan olmuşdur. Uşaqlığını Zalaeqerseqdə keçirmişdir. Budapeşt və Seqeddəki məktəblərdə oxumuşdur. Atası Mauthauzen həbs düşərgəsində vəfat etmişdir. Qerqey Aqneş anası ilə birlikdə Holokostdan qorunmaq üçün İsveçrəyə aid bir evdə yaşayarırdılar. Sonra onlar da gettoya aparılırlar. Macarıstan nasist qoşunlarından azad edildikdən sonra Endreddəki evlərinə qayıtdılar.

Qerqey Aqneş 17 yaşında lokomotiv zavodunda işə başlamışdır. 1950-ci illərin əvvəllərində universitetdə təhsilini siyasi səbəblərə görə davam etdirə bilməsə də sonradan Lorand Etvös Universitetinin Humanitar Fakültəsinə daxil olur. 1957-ci ildə liseylərində macar və ingilis dilləindən dərs demək üçün müəllim diplomu alır. 1963-cü ilə qədər müəllim işləyir. Sonradan jurnalist və Macarıstan radiosunda xarici verilişlərin redaktoru vəzifəsində çalışmışdır. Sonralar ədəbi yazar olaraq fəaliyyət göstərir. 1977-1988-ci illərdə ədəbi jurnalda redaktor işləmişdir. Ədəbi fəaliyyəti 1960-cı illərdən başlayaraq öz əsərlərini yazmağa başlayır. Əsərlərinin əsas mövzusu sevgi olur. 2006-cı ildə 14 kitab, o cümlədən altı seçilmiş əsər toplusu meydana gəlir. Seçilmiş şeirlər toplusu 2006-cı ildə nəşr olunur. Sonra üslubu həqiqət və elmi fantastika qarışığı olan dörd hissədən ibarət avtobioqrafik bir roman yazır .

Onun işində tərcümələr mühüm yer tutur. Onun ilk tərcümələri 1958-59-cu illərdə nəşr olunan Ceyms Coys və Tomas Dilananın kitabları idi. Əsasən şeirləri tərcümə edir, amma tərcümələri arasında dram, romantika və qısa hekayələr də vardır. Tərcümələri əsasən ingilis ədəbiyyatına aiddir. Mukafatları Attila Yojef mükafatı (1977, 1987) Tibor mükafatı (1985, 1996) İlin kitabı (1988) Milan Fyuşta mükafatı (1994) Salvatore Qvasimodo mükafatı (1995) Qetz mükafatı (1996) Koşuh adına mükafat (2000) Artisjus mükafatı (2007) Budapeştin Fəxri Vətəndaşı (2014)

İstinadlar

Kateqoriya:Macarıstan şairləri Kateqoriya:XX əsrin Macarıstan romançıları Kateqoriya:XXI əsr tərcüməçiləri Kateqoriya:Macarıstan yəhudiləri