Qrabove () — Ukraynanın Donetsk vilayətində, Şaxtyorsk rayonunda yerləşən kənd. 2014-cü ildən tanınmayan Donetsk Xalq Respublikasının nəzəarəti altındadır.
Coğrafiyası Qrabove kəndi Mius çayının sağ sahilində yerləşir. Yaşayış məntəqəsinin şimal-şərqindən Donetsk və Luqans vlayətləri arasında olan sərhəd keçir. Kənd ərazisindən çayın axımı istiqamətində Qrabove su anbarının akvatoriyası başlayır.
Əhalisi 2001-ci ildə keçirilən əhalinin siyahıyaalınmasına görə kənd əhalisi 1000 nəfərdir. Poçt indeksi — 86234. Telefon kodu — 6255.
Tarixi Kənd haqqında ilk məlumat XV əsrə addir. Qrabove slobodası (Aleksevka və ya Troiskaya) Miusa çayı kənarında, yüksəkliyin zirvəsində yerləşirdi. Çaydan sağ tərəfdə quru dərə - Qrabove balkası yerləşirdi. Məhs kənd sonradan öz adını bu dərədən almış. Yaşayış məntəqəsinin əsası gizir Vasili İvanoviç İlovayski tərəfindən qoyulmuş və məqsəd poruçik Aleksey və yasavul Nikolay İlovayın uşaqları üçün nəzərdə tutulmuşdur.
1918-ci ildə sloboda Don Ordusu vilayətinə aid olundu. 1918-ci ilin fevralında Qrabove kəndində sovet hakimiyyəti quruldu.
17 iyul 2014-cü ildə Petropavlovka və Qrabove kənləri arasında yerləşən əraziyə Malaysia Airlinesə məxsus Boeing 777 təyyarəsinin qalıqları düşmüşdür. Məhs Malayziya Hava Yolları reys 17 bu ərazidə vurulmuş və parçalanmışdır. Nəticədə 298 nəfər həlak olmuşdur.
Görməli yerləri Çar Rusiyası zamanı Qrabove kəndində bir tağlı, daşdan inşa olunmuş, dam örtüyü taxta olan Müqəddəs Troisa kilsəsi var idi. Kilsənin inşasına 2 iyun 1801-ci ildə başlanılmış və inşası 16 may 1803-cü ildə bitmişdir. Kilsə zəngi ağac dirəklər üzərindədir. 1899-cu ildə kilsədə genişləndirmə işləri aparılmışdır. Müasir dövrdə kilsənin ancaq divarları qalıb.
İstinadlar
Kateqoriya:Donetsk vilayəti Kateqoriya:Ukrayna kəndləri