Sabina Derflinger ( ) — Avstriyalı rejissor, ssenarist və prodüser; Avropa Film Akademiyasının üzvü.

Bioqrafiyası 1963-cü ildə Avstriyanın Vels şəhərində anadan olmuşdur. 1991-ci ildə bir neçə il filmlərdə rejissor və prodüser kimi işlədikdən sonra Vyana Film Akademiyasında (ixtisas ədəbiyyatı və dramaturgiya) təhsil almağa başlamışdır. 1996-cı ildə təhsilini "Filmerzählungen zwischen Epik & Dramatik" diplom işi ilə uğurla başa vurmuşdur.

Sabina Derflinger bədii və sənədli filmlərdəki bir çox rolu ilə tanınır. Bu rollarına görə bir çox mükafatlara layiq görülmüşdür. Avstriyanın ORF kanalında yayımlanan "Tatort" cinayət serialını idarə edən ilk qadın oldu. Sonra eyni kanaldakı digər seriallarda rol alır. Son illərdə bir neçə televiziya kanalının diqqətini çəkmişdir.

2010-cu ildə Derflinger bir sıra filmlər buraxaraq Derflinger Film adlı öz istehsal şirkətini qurur. 2013-cü ildə Vyanada telenovela Em Famílianın bir neçə epizodunu çəkən Braziliyanın "Globo" televiziya şirkətinin köməkçi prodüseri kimi iştirak etmişdir.

2003-cü ildə aldığı mükafatlar: Kulturpreis des Landes Oberösterreich və Österreichischer Förderungspreis für Filmkunst.

Filoqrafiya Alman dilində adları: 1991 il: Es war einmal 1994 il: Geraubte Kindheit 1996 il: Achtung Staatsgrenze 1998 il: Aus Liebe 1999 il: The Rounder Girls 2001 il: Vollgas 2004 il: Kleine Schwester 2004 il: Schnelles Geld 2005 il: Drei, Vier 2006 il: In den Straßen von Delhi 2007 il: 42plus 2008 il: Platz 2008 il: Eine von 8 2009 il: Was bleibt 2010 il: Tag und Nacht 2011 il: Hotspot 2012 il: Tatort 2012 il: Literatur hat Recht 2012 il: For Those Who Can Tell No Tales 2013 il: Tatort — Angezählt 2013 il: Paul Kemp 2014 il: Tatort 2015 il: Vier Frauen und ein Todesfall 2015 il: Vorstadtweiber 2017 il: Anna Fucking Molnar 2018 il: Die Füchsin — Spur in die Vergangenheit 2018 il: Der Zerrissene

İstinadlar