Səid TongiyevŞəmistan Nəzirli. 1920-ci ildə Qarabağ döyüşləri (, inq. Сейт Томп-Хаджи ТонгиевАхмет Уматгиреевич Мальсагов, Ингуши: краткая история, их участие в войнах России, s. 288.; 1881—1944 və ya 1882—1947) — Rusiya çar ordusu, Azərbaycan Xalq Cümhuriyyəti ordusu və Qızıl Ordunun inquş əsilli zabiti. 1920-ci ildə 3-cü Şəki süvari alayının komandanı.
Həyatı Səid Tongiyev 15 yanvar 1882-ci il tarixində (başqa mənbəyə görə, 1881-ci ildə) Bazorkino kəndində tacirТимур Музаев, Союз горцев: русская революция и народы Северного Кавказа, 1917-март 1918 г. — s. 453 Teyp-Hacı Tongiyevin (öl.1932) ailəsində anadan olmuşdur. Vladiqafqaz real məktəbini bitirmişdir. 1909-cu ilin məlumatına görə, 15-ci qusar Ukrayna alayında Səid Tongiyev poruçik rütbəsində xidmət etmişdir. Vəhşi Diviziyanın İnquş süvari alayının«Россия и Кавказ в Первой мировой войне 1914-1918 гг.: основные военные кампании, геополитические и социо-культурные итоги» — s.108 tərkibində Birinci Dünya müharibəsində iştirak edib, Müqəddəs Georgi ordeni ilə təltif olunmuşdur.
Rusiya imperiyasının süqutu ərəfəsində Tongiyev podpolkovnik (bəzi mənbələrə görə, polkovnik) rütbəsi daşıyırdı. Oktyabr inqilabından sonra o, bolşevikləri dəstəkləmişdir, 1917—1918-ci illərdə İnquş Qızıl ordusunun ştab rəisi olmuşdur (başqa mənbədə isə Tongiyevin 1918-ci ilin yayında gələcəkdə İnquş Qızıl Ordusunu təşkil edən İnquş qeyri-nizami qoşunlarının ştab rəisi kimi göstərilir). 1917-ci ildə isə İnquş Milli Şurasının katibi olmuşdur.
31 iyul 1919-cu il tarixində Azərbaycan Xalq Cümhuriyyəti ordusuna xidmətə qəbul olunub, 1-ci Tatar süvari alayına təyin olunmuşdur. Həmin ilin 12 sentyabrında 3-cü Şəki süvari alayına keçirilmişdir, dekabrın 18-də isə həmin alayın komandiri təyin olunmuşdur.
Həmin vəzifədə 1920-ci ilin Azərbaycan Xalq Cümhuriyyətinin ünvan-təqvimində (Адрес-календарь Азербайджанской Республики на 1920-й год. Баку, 1920) göstərilmişdir. Bu alay Tongiyevin başçılığı altında 1920-ci ilin mart ayının axırlarında və aprel ayında erməni üsyançılarına qarşı Qarabağ əməliyyatı zamanı Tərtər cəbhəsində böyük müvəffəqiyət qazanmışdıMehman Süleymanov, Azərbaycan Ordusunun tarixi, II cild (noyabr 1918 – aprel 1920) — s. 616—621.. Tərtər ətrafında ümumi komandanlıq yaradılmamışdı və podpolkovnik Tongiyevlə 3-cü Gəncə piyada alayının komandanı podpolkovnik Kazımbəyovun fəaliyyəti Hərbi nazir S. Mehmandarov, ya da general Səlimov tərəfindən əlaqələndirilirdi.
3-cü Şəki alayında xidmət etmiş zabit Vəli bəy Yadigarovun xatirələrində o, çeçen Səid Tongiyev kimi qeyd olunub, Aprel işğalından sonra sovet hakimiyyətini dəstəklədiyi göstərilibAzərbaycanlı zabit: “Bu Quran məni bəlalardan qoruyub”. Vəli bəyin zənn etdiyinə görə, Tongiyev sonradan Qızıl Ordunun əsgərləri tərəfindən linç edilib, amma başqa mənbələrdə Tongiyevin 40-cı illərdə vəfat etdiyi göstərilir.
İstinadlar