Milena Pavloviç-Barili ( ) — Serb əsilli şairə və rəssam. Serb modernizmin ən görkəmli qadın sənətkarıdır. Bioqrafiyası 250px|thumb|left|Milena Pavloviç-Barili Qalereyasında sərgi salonu Milena Pavloviç-Barili 5 noyabr 1909-cu ildə Pojarevaç şəhərində (Serbiya) anadan olmuşdur. Atası Bruno Barili bəstəkar, musiqi tənqidçisi və şair idi. Anası Daniçi Pavloviç Karaqeorqieviç sülaləsindən gəlirdi və incəsənət öyrənirdi. 1922-1926-cı illərdə Milena Belqraddakı Kral İncəsənət məktəbində, 1926-1928-ci illərdə Münhendə incəsənət təhsili alır.

1930-cu illərin əvvəllərində Milena Serbiyanı tərk etdir. İkinci Dünya müharibəsi başlamazdan əvvəl bir neçə dəfə qısa müddətə Serbiyaya gəlir. Vaxtının çoxunu İspaniya, Roma, Paris və Londonda keçirir, burada Jan Kokto və Andre Breton ilə ünsiyyət qurmaq imkanı olur. Milena bir çox Qərb incəsənət və rəsm məktəblərinin, xüsusən də Qiorqio de Kirikonun təsiri altına düşür. 1939-cu ildən sonra Milena Nyu-Yorkda yaşayır. Karyerası Voque, Harpers Bazaar və J. Walter Thompson reklam agentliyinin digər nəşrləri üçün illüstrator çəkmişdir.

Milena 6 mart 1945-ci ildə vəfat edir. Ölüm səbəbləri arasında atdan düşmə və ürək tutması qeyd olunur.

Yaradıcılığı Əsərlərinin mövzusu müxtəlifdir - bunlar bibliya mövzularının portretləri və şərhləri üstünlük təşkil edir. Bu motivlər arasında pərdələr, mələklər, Venera heykəlləri və qartallar var. Bir çox əsərləri daim Romada, Nyu-Yorkda, Belqradda, habelə doğma şəhəri Pojarevaçda sərgilənir. Doğulduğu ev 1962-ci ildə muzeyə çevrilmişdir. 1943-cü ildə Pavloviç-Barilinin əsəri Nyu Yorkdakı Əsrin İncəsənət qalereyasında Peqqi Quqqenhaymın The Art of This Century gallery şou sərgisinə daxil edildi.

İstinadlar