Devid Bekhem (, ) — keçmiş ingilis futbolçusu. Devid Bekhem İspaniyanın "Real Madrid" və İngiltərənin "Mançester Yunayted", "Preston North End", ABŞ-nin "Los-Anceles Qalaksi", İtaliyanın "Milan" klublarının şərəfini qoruyub, UEFA Çempionlar Liqası, Qitələrarası Kuboku, İngiltərə və İspaniya çempionluğu, Superkubokunu qazanıb. Bekhem 20 illik futbolçu karyerası ərzində 19 dəfə zəfər sevinci yaşayıb. Onlardan 10-u isə ölkə çempionluğudur. Həmçinin Devid 4 ölkədə çempion olan ilk ingilis futbolçusudur.

1 sentyabr 1996-cı ildə milli komandanın heyətində debüt etmişdir. 6 il — 2000–2006-cı illərdə milli komandanın kapitanı olmuşdur. İngiltərə millisinin heyətində meydan oyunçuları arasında matç sayında rekordçudur.

Xeyli fərdi mükafatının sahibidir. 2004 və 2010, 2011-ci ildə dünyanın ən ödənişli futbolçusu sayılıb. O, iki dəfə FİFA tərəfindən keçirilən "İlin futbolçusu" mükafatı uğrunda səsvermədə ikinci yer tutub. Bekhem UEFA Çempionlar Liqasında 100 oyun keçirən ilk futbolçu kimi də Britaniya tarixinə düşüb.

2013-cü ildə futbolçu karyerasını bitirib. Viktoriya Bekhemlə evlidir, 4 uşağı var.

Həyatı Devid Robert Cozef Bekhem 2 may 1975-ci ildə İngiltərənin paytaxtı Londonda anadan olub. Çilingər Devid Edvard Alan və saç ustası Sandra Ceorcina Uestin ailəsində doğulan futbolçu uşaqlıqdan bu sahəyə böyük maraq göstərib. Bekhemin ana atası yəhudi olub. İngilis oyunçu bu səbəbdən özünü yarı yəhudi hesab edir. Bekhemin valideynləri çılğın "Mançester Yunayted" azarkeşi olub və müntəzəm olaraq Old Traffordda gedib. Məhz bu kluba olan sevgisi ona valideynlərindən keçib. Bekhem Bobbi Çarltonun futbol məktəbinə yazılıb və "Barselona"nın təlim-məşqində iştirak edib. O uşaq vaxtı atasının çalışdırdığı Ricuey Rovers klubunda da oynayıb. 14 yaşına çatanda futbolçu "Mançeter Yunayted"in futbol akademiyası ilə müqavilə imzalayıb. O, 1997-ci ildə dünyaca məşhur "Spice Girls" qrupunun üzvlərindən Viktoriya ilə tanış olub və 1999-cu ildə ailə həyatı qurub. 3 oğlu, 1 qızı var. 2005-ci ildə özünün Qrinviç adlı futbol akademiyasını açmışdır.

Klub karyerası

Mançester Yunayted 1993–2003-cü illərdə "Mançester Yunayted"in heyətində çıxış edib. Bekhem "Mançester Yunayted"in heyətində ilk oyununu 23 sentyabr 1992-ci ildə İngiltərə Kubokunda Brighton klubuna qarşı keçirib. Bu klubun heyətində ilk qolunu 1994-cü ildə UEFA Çempionlar Liqası yarışında Türkiyənin "Qalatasaray" klubuna vurub. Ölkə çempionatında ilk qolunu isə 1995-ci ilin avqustunda Aston Villa klubuna qarşı keçirilən oyunda vurub. İngilis klubunda 265 oyuna 62 qol vurub. O, klubla 6 dəfə ölkə çempionu olub, 2 dəfə İngiltərə Kubokunu qazanıb və UEFA Çempionlar Liqasının qalibi olub.

Preston Nort End (icarə) Bekhem 1994–1995-ci illərdə "Preston Nort End"də top qovub. Bekhem bu klubda 5 oyun keçirib və 2 qol vurub.

Real Madrid 2003-cü ildə Bekhem "Real Madrid" klubuna 35 milyon avro qarşılığında transfer olunub. "Real Madrid"in heyətində 1 dəfə İspaniya çempionluğunu, 1 dəfə İspaniya Superkubokunu qazanıb. O, klubun heyətində 116 oyunda 13 qol vurub.

Los-Anceles Qalaksi Devid Bekhemin 2007-ci ildə ABŞ-nin "Los-Anceles Qalaksi" komandası ilə 5 illik müqavilə bağlayıb. "Los-Anceles"in heyətində 2 dəfə MLS Kubokuna sahib olub. Bu klubun heyətində ingilis yarımmüdafiəçi 6,5 milyon dollar qazanırdı. 2011-ci ilin dekabrında Bekhemin müqaviləsi başa çatıb və o, bu klubla yenidən 2 illik müqavilə imzalayıb. 2011-ci ilin yanvar-fevral aylarında yaranmış fasilə ilə əlaqədar olaraq formasını saxlamaq üçün yenidən öz ölkəsinə qayıtmışdı. Təxminən 6 həftə "Tottenhem Hotspur" klubunda hazırlıq keçmişdi. Bekhemin "Los-Anceles Qalaksi" klubunda son oyunu Houston Dinamo klubu ilə olub. O, bu oyunda son saniyələrdə əvəzlənib. Bu klubun heyətində Devid Bekhem 98 oyun keçirib və 18 qol vurub. 2012-ci ilin əvvəlində "Los-Anceles Qalaksi" klubundan ayrılıb.

Milan (icarə) "Los-Anceles Qalaksi"də çıxış etdiyi müddətdə Bekhem 2 dəfə 2009, 2010-cu illərdə 3 aylıq İtaliya "Milan"ında icarə əsasında çıxış edib. 2009-cu ildə "Milan"ın heyətində 18 oyun keçirib 2 qol vurub, 2010-cu ildə isə 10 oyun keçirib, qol vurmayıb. Devid Bekhem Milanın heyətində 2 dəfə İtaliya çempionatının bürünc medalını qazanıb.

PSJ

Los-Anceles Qalaksi klubundan ayrıldıqdan sonra Bekheme "Anji", "Milan", "Arsenal" və başqa klublar müqavilə təklif edib, amma Bekhem 2013-cü ildə Fransanın "Pari Sen-Jermen" klubu ilə beş aylıq müqavilə imzalayıb. "PSJ" futbolçuya 2012-ci ildə 18 aylıq müqavilə qarşılığında 11,6 milyon funt sterlinq təklif etmişdi, lakin həmin vaxt tərəflər razılığa gələ bilməmişdi. Bekhem "PSJ"-dən aldığı maaşı kimsəsiz uşaqlar üçün işləyən yardım qurumlarına bağışlayıb. Bu klubun heyətində Bekhem 1 dəfə Fransa çempionu olub. Karyerasını bu klubda 2013-cü ildə başa vurub. Karyerasında son oyunu 18 may 2013-cü ildə Fransa çempionatında "PSJ" – "Brest" matçı olub. "PSJ"-nin 3–1 hesablı qələbə qazandığı bu oyunda Bekhem əsas heyətdə meydana çıxıb və 83-cü dəqiqədə əvəzlənib.Bekhem böyük futbolu göz yaşları içində tərk etdi (FOTOLAR) Son oyundan sonra Bekhem bu sözləri deyib:

"PSJ" 38 yaşlı oyunçu ilə daha bir ilik müqavilə imzalamaq istəsə də, Bekhem futbol oynamaq istəmədiyini bildirib.

Statistika Mənbə: +KlubMövsümLiqaÖlkə kubokQitə yarışıBaşqaİngiltərə Milli Futbol Superkuboku, UEFA Super Kuboku, Qitələrarası kubok, FİFA Klublararası Dünya Kuboku, İspaniya Superkuboku, Şimali Amerika kuboku və MLS kubokuCəmiOyunQolOyunQolOyunQolOyunQolOyunQolMançester Yunayted1992/9300100000101993/9400000000001994/95405011001011995/963375120004081996/97368211021149121997/9837942801050111998/9934681122105591999/0031600122504882000/0131920120104692001/022811101351043162002/0331682133005211Cəmi26562367831510139485 Preston Nord End1994/955200--0052Cəmi5200000052Real Madrid2003/043235271214672004/053040080003842005/063136171004452006/07233216000314Cəmi116131342822115920Los-Anceles Qalaksi2007500021007120082550000202752009152000000152201010200000010220113020060003622012307001100318Cəmi1151800922012620 Milan2008/091820020002022009/10110002000130Cəmi292004000332Pari Sen-Jermen2012/13100202000140Cəmi100202000140Cəmi54097511112619142731129

Milli komanda karyerası 250px|thumbnail|right|Bekhem kapitan kimi İngiltərənin heyətində

Devid Bekhem İngiltərə milli futbol komandasının heyətində ilk oyunu 1 sentyabr 1996-cı ildə Moldovaya qarşı keçirmişdir. Devid Bekhem İngiltərə yığmasının heyətində 2010-cu il dünya çempionatında zədələndiyi üçün iştirak edə bilməmişdi. Buna baxmayaraq Bekhem İngiltərə yığmasına dəstək olmaq üçün 2010-cu ildə Cənubi Afrikada təşkil olunan Dünya Çempionatına getmişdi. Mundialdan sonra futbolçu öz oyunu ilə layiq olduğu vaxt yığmaya dəvət almaq istədiyini söyləyib, amma 2010-cu ilin avqustunda Fabio Kapello Devid Bekhemin İngiltərə millisində çıxış etmək üçün çox yaşlı olduğunu açıqlayıb. İtaliyalı mütəxəssisin fikrincə, 35 yaşlı yarımmüdafiəçininnin yığmada gələcəyi yoxdur. Devid Bekhem 2012-ci ildə Londonda təşkil olunan Yay Olimpiya Oyunlarında İngiltərə millisinin heyətində oynamaq istəyirdi. Olimpiya oyunları üçün baş məşqçi Stüart Pirs Bekhemin də daxil olduğu 80 futbolçu arasından seçim etdi. Lakin Bekhem Olimpiya millisinin heyətinə düşə bilmədi. Devid Bekhem İngiltərə yığmasında 115 oyunda 17 qola imza atıb. Bekhem yığmanın heyətində son matçına 2009-cu ilin oktyabr ayında İngiltərənin Belarusu 3:0 hesabı ilə məğlub etdiyiBekhemin "kitabı bağlandı" qarşılaşmada çıxıb. 2000–2006-cı illərdə 58 matçda İngiltərə yığmasının kapitanlığını edib.

Milli komandada vurduğu qollar + # Tarix Yer Rəqib Hesab Nəticə Yarış Mənbə 1 26 iyun 1998 Feliks Bolart stadionu, Lans Kolumbiya 2–0 2–0 FİFA Dünya Kuboku 1998 2 24 mart 2001 Enfild, Liverpul Finlandiya 2–1 2–1 2002 FİFA Dünya Kuboku seçmə oyunları 3 25 may 2001 Prayd Park, Derbi Meksika 3–0 4–0 Yoldaşlıq görüşü 4 6 iyun 2001 Olimpiya stadionu, Afina Yunanıstan 2–0 2–0 2002 FİFA Dünya Kuboku seçmə oyunları 5 6 oktyabr 2001 Old Trafford, Mançester Yunanıstan 2–2 2–2 2002 FİFA Dünya Kuboku seçmə oyunları 6 10 noyabr 2001 Old Trafford, Mançester İsveç 1–0 1–1 Yoldaşlıq görüşü 7 7 iyun 2002 Sapporo Doum, Sapporo Argentina 1–0 1–0 FİFA Dünya Kuboku 2002 8 12 oktyabr 2002 Tehelne pole, Bratislava Slovakiya 1–1 2–1 UEFA Avropa Kuboku seçmə oyuları 9 16 oktyabr 2002 Sent Meris Stadionu, Sauthempton Makedoniya 1–1 2–2 UEFA Avropa Kuboku seçmə oyuları 10 29 mart 2003 Reynpark Stadionu, Vaduts Lixtenşteyn 2–0 2–0 UEFA Avropa Kuboku seçmə oyuları 11 2 aprel 2003 Stadion of Layt, Sanderlend Türkiyə 2–0 2–0 UEFA Avropa Kuboku seçmə oyunları 12 20 avqust 2003 Portman Road, İpsuiç Xorvatiya 1–0 3–1 Yoldaşlıq görüşü 13 6 sentyabr 2003 II Filip Beynəlxalq Arena, Skopye Makedoniya 2–1 2–1 UEFA Avropa Kuboku seçmə oyuları 14 18 avqust 2004 Sent Ceyms Park, Nyukasl Ukrayna 1–0 3–0 Yoldaşlıq görüşü 15 9 oktyabr 2004 Old Trafford, Mançester Uels 2–0 2–0 FİFA Dünya Kuboku 2006 seçmə oyunları 16 30 mart 2005 Sent Ceyms Park, Nyukasl Azərbaycan 2–0 2–0 FİFA Dünya Kuboku 2006 seçmə oyunları 17 25 iyun 2006 Mercedes-Benz Arena, Ştutqart Ekvador 1–0 1–0 FİFA Dünya Kuboku 2006

Statistika

İngiltərə milli komandasıİlOyunQol199630199790199881199970200010020011052002932003942004122200591200681200750200880200980Cəmi11517

Uğurlar Mançester Yunayted İngiltərə Premyer Liqası (6): 1995–96, 1996–97, 1998–99, 1999–2000, 2000–01, 2002–03 FA Kuboku (2): 1995–96, 1998–99 İngiltərə Superkuboku (4): 1993, 1994, 1996, 1997 FA Gənclər Kuboku (1): 1991–92 UEFA Çempionlar Liqası (1): 1998–99 Qitələrarası Kubok (1): 1999

Real Madrid La Liqa (1): 2006–07 İspaniya Superkuboku (1): 2003

Los-Anceles Qalaksi MLS Kuboku (2): 2011, 2012 MLS Supporters Shield (2): 2010, 2011 MLS Qərb Konfransı Qalib (Dövrəli çempionat) (3): 2009, 2010, 2011 Qalib (Pley offlar) (3): 2009, 2011, 2012

Pari Sen-Jermen Ligue 1 (1): 2012–13

Beynəlxalq İngiltərə Turdir de Frans: 1997 FA Yay Turniri: 2004

Şəxsi İngiltərə Premyer Liqası Ayın oyunçusu (1): avqust 1996 İngiltərədə ilin gənc oyunçusu (1): 1996–97 Futbol yazıçıları birliyi mükafatı: 2008 Sir Matt Basbi İlin oyunçusu (1): 1996–97 İngiltərədə ilin oyunçusu: 2003 UEFA ilin oyunçusu (1): 1998–99 UEFA ilin yarımmüdafiəçisi (1): 1998–99 Premyer Liqada 10 mövsüm mükafatı (1992-93-2001-02): Onilliyin komandası Onilliyin qoli (Uimledon, 17 avqust 1996) BBC ilin idmançısı (1): 2001 UEFA ilin komandası: 2001, 2003 Real Madriddə ilin oyunçusu (1): 2005–2006 İngiltərədə ilin komandası (4): 1996–97,1997–98,1998–99,1999–2000 FİFA 100 ESPY mükafatları – İlin kişi futbol oyunçusu: 2004 ESPY mükafatları – Ən yaxşı MLS oyunçusu: 2008 İngiltərə futbolu şərəf zalı: 2008 BBC ilin idman adamı (1): 2010 MLS ilin qayıdışı mükafatı (1): 2011 MLS ən yaxşı 11-lik: 2011 ESPY mükafatları: Ən yaxşı MLS oyunçusu: 2011

Digər mükafatlar II Elizabet tərəfindən Britaniya imperiyasının zabiti mükafatı: 2003 UNICEF-in xoşməramlı səfiri (2005–hal hazırda) "Britaniyanın ən böyük səfiri" – Dahi ingilislər mükafatı 100 Məşhur reytinqində 15-ci – Forbes, 2007 Böyük Britaniyada 40 yaşına çatmamış ən nüfuzlu 40 kişi arasında 1-ci – Arena, 2007 Ən nüfuzlu 100 adam, Time jurnalının versiyasına görə: 2008 Qızıl Blue Peter nişanı qalibi, 2001 Do Something atlet mükafatı, 2011

Faktlar Dörd müxtəlif ölkədə çempion olan ilk ingilis oyunçudur (İngiltərə, İspaniya, ABŞ, Fransa); Üç dünya çempionatında qol vuran ilk ingilis oyunçudur; Çempionlar liqasında 100 oyun oynayan ilk britaniyalı futbolçudur; Avropa çempionatları finalları tarixində ən çox məhsuldar ötürmə edən oyunçudur; İngiltərənin Dünya çempionatından son qələbəsindən sonra Dünya çempionatlarında ən çox forma geyinən oyunçudur; İngiltərə Premyer Liqası tarixində ən çox məhsuldar ötürmə edən 3-cü oyunçudur.

Futboldan kənar fəaliyyəti 150px|thumbnail|right|Bekhem 2009-cu ildə