İqbal günü—9 Noyabrda Məhəmməd İqbalın doğum günüdür. Gün, 2018-ci ildən indiyədək Pakistanın bütün əyalətlərində və federal inzibati bölgələrində dövlət tətili olur. Şair və filosof olan İqbal Pakistan Hərəkatı üçün böyük bir ilham idi. Tarixi İqbal günü "Şərqin Şairi" olan Əllama Məhəmməd İqbalın xatirəsi olaraq hər il 9 noyabrda bütün əyalətlərdə təşkil olunur və qeyd olunur. İqbal 9 noyabr 1877-ci ildə Britaniya Hindistanının (indi Pakistan) Pəncab əyalətinin daxilindəki Sialkotda anadan olmuşdur. 21 aprel 1938-ci ildə Britaniya Hindistanının Pəncab, Lahor şəhərində vəfat etdi. Pakistan hökuməti onu rəsmi olaraq xalq şairi elan etmişdir.
İstinadlar
Həmçinin bax Xarici keçidlər
Kateqoriya:Pakistan