Şahin Qəhrəman (tam adı: Rəhimov Şahin Qəhrəman oğlu; ) — Azərbaycan kinorejissoru.
Həyatı Şahin Rəhimov (Şahin Qəhrəman) 1979-cu ildə Bakı şəhəri Sabunçu rayonu Maştağa qəsəbəsində anadan olub. 1986–1996-cı illərdə 187 saylı orta məktəbi, 1996–2000-ci illərdə Azərbaycan Mədəniyyət və İncəsənət Universitetinin teatr kollektivi rejissorluğunu bitirib. 2005–2009-cu illərdə ANS TV-də, 2009–2011-ci illərdə Azad Azərbaycan TV-də rejissor kimi çalışıb.
Ailəsi 2004-cü ildə ailə qurub. Ailəlidir. 2 övladı var.
Filmoqrafiya Qışlama əməliyyatı (2008, tammetrajlı film-tamaşa) rejissor Ssenarinin dağılması 2009 tammetrajlı film-tamaşa)- rejissor Yatmış gözəl (2009, tammetrajlı film-tamaşa) rejissor Birinci demokratın ölümü (2009, sənədli televiziya filmi) – rejissor Xilaskar bulaq (2010, sənədli televiziya filmi) – rejissor Qorxulu Rasputin (2010, sənədli televiziya filmi) – rejissor Azərbaycan sirləri (2010–2011, sənədli serial) – rejissor, Qərib yurdum – İrəvan (2011, sənədli televiziya filmi) – rejissor Ögey ata (film, 2013) — rejissor Toy gecəsi (serial, 2013) — rejissor Səni ürəyim sevdi (serial, 2014–2015) — rejissor Dəfnə ağacı (teleserial, 2016) — rejissor Günəşim ol (teleserial, 2016) — rejissor Laləli saray (film, 2017) — rejissor O gecə serialı 2018–2019 — rejissor Bir qadın serialı 2019–2024— rejissor Nikolayın evi serialı 2021–2022 — rejissor Vağzalı filmi-2019 Son nəfəs serialı 2020-? — rejissor H. Əliyev anadan olamasının 101 illik ildönümü. Sosial çarx- rejissor Qayınata Ocağı serialı 2023–2024 ----layihə rəhbəri 21-ci möcüzə (film, 2024)— rejissor
İstinadlar
Kateqoriya:Maştağada doğulanlar