Yeddi ata (, «Yeddi baba»; , «Yeddi ata»; başqa mənası — «Yeddi əcdad»; ) — qazaxların, qırğızların və başqırdların şəcərə (, , ) sistemi. Adətə görə, insan ən azı öz yeddi birbaşa əcdadının (ata, baba, böyük baba, və s.) adlarını əzbər bilməli. Yeddi ata sistemidə bir-birinə üst-üstə düşən əcdadlar olanlar şəxslərin evlənməsi insest sayıldığına görə, belə hallara cəmiyyətdə pis baxılır.Historical Dictionary of Kazakhstan, By Ustina Markus, Didar Kassymova, Zhanat Kundakbayeva, 2012 Həmçinin, bu sistem həm yazılı, həm də şifahi şəkildə nəsillərin tarixini saxlayaraq, xalqların kimliliyin və ya xəyali icmaların formalaşmasında rol oynayır.David Gullette The Genealogical Construction of the Kyrgyz Republic: Kinship, State and "tribalism", pp. 84-85 Bu adəti saxlamağa kömək edənlər şəcərəçilər () idi. XIX əsrdə onlar qazaq qəzetlərində öz araşdırmaları çap etməyə başlayıblar. XX əsrdə Xalel Arğınbayev və Marat Mukanov kimi tarixçi etnoqraf olan şəcərəçilər Qazax Juzları haqqında araşdırmalar aparıb.

İndi Qazaxlar arasında yeddi ata ənənəsini saxlayanlar əsasən oralmanlar ilə Qazaxıstandan xaricdə yaşayan qazaxlardır. Məsələn, Çində yaşayan qazaxların 70%-dən çoxu öz yeddi əcdad nəsilini bilir.

İfadələr

Türk dillərdə yeddi nəsil ilə bağlı geniş terminologiya var

Nəticələr

Nəsil Azərbaycan dili Qazax dili Qırğız dili Başqırd dili 1 Uşaq/Bala Бала (oğul) Бала (oğul) Бала 2 Nəvə Немере (oğul tərəfindən) Небере Ейән (oğul), ейәнсәр (qız) 3 Böyük nəvə Шөбере (oğul) Чөбөрө Бүлә (oğul) бүләсәр (qız) 4 Böyük böyük nəvə Шөпшек (oğul) Кыбыра Тыуа (oğul) тыуасар (qız) 5 Böyük böyük böyük nəvə Немене Тыбыра Тыуаят 6 Böyük böyük böyük böyük nəvə Туажат Чүрпө Һаратан 7 Böyük böyük böyük böyük böyük nəvə Жүрежат Урпак Урпак 8 Böyük böyük böyük böyük böyük böyük nəvə - - Туңаяҡ

Əcdadlar Kişilər

Nəsil Azərbaycan dili Qazax dili Qırğız dili Başqırd dili 1 Ata Әке Ата Ата, атай, нигеҙ һалыусы 2 Baba Ата Чоң ата олатай, ҡартатай, бабай, ҡарт 3 Böyük baba Арғы ата Баба ҡарт олатай 4 Böyük böyük baba Баба Буба ҡарт олатайҙың (ҡарт өләсәйҙең) атаһы 5 Böyük böyük böyük baba Тек ата Кубар - 6 Böyük böyük böyük böyük baba Түп ата Жото - 7 Böyük böyük böyük böyük böyük baba Жеті ата Жете -

Qadınlar

Nəsil Azərbaycan dili Qazax dili Qırğız dili Başqırd dili 1 Ana Шеше, ана Апа Әсәй, инәй 2 Nənə Нағашы әже Чоң эне (ata tərəfi) ҡартәсәй, өләсәй, әбей, инәй 3 Böyük nənə Арғы әже Чоң чоң эне (ata tərəfi) ҡарт өләсәй, ҙур (оло) инәй 4 Böyük böyük nənə Баба әже Чоң чоң чоң эне (ata tərəfi) - 5 Böyük böyük böyük nənə Тек әже Чоң чоң чоң чоң эне (ata tərəfi) - 6 Böyük böyük böyük böyük nənə Түп әже Чоң чоң чоң чоң чоң эне (ata tərəfi) - 7 Böyük böyük böyük böyük böyük nənə Жеті әже Чоң чоң чоң чоң чоң чоң эне (ata tərəfi) -

Qanunilik

Yeddi nəsilnən bağlı qohumlar qədim zamanlardan yaxın sayılırdı, amma əvvəldən onların niqahları qadağan olunmurdu. Buna birbaşa ilk qadağa XVI-XVII əsrlərin dönəmində Yesim xan təsis edib. Onun sərəncamıda yazılırdı ki, Əgər qazaxlar bir-birinə qoxum ola niqah eləsələr, onlar edama məhkum olunur.

Qazaxıstan Rusiya İmperiyası tərəfindən işğal olunanda, fiqh saxlanılıb, adətlər isə, o cümlədən yeddi nəsilnən bağlı qohumların niqahına qadağa getdikcə sərtliyini itirib. Müasir Qazaxıstan Respublikasıda da bu cür qanun mövcud deyil, yalnız bacı-qardaş arasında niqahlar qanuna ziddir.

Mədəniyyətdə

Şəkərim Kudayberdiyevin Қалқаман-Мамыр poemasında yeddi nəsildə əlaqəsi olan, qaydanı pozan sevgililər cütlüyü haqqındadır.

Babam deyir, kim yeddi babasını, yeddi arxa dönənini tanımasa günah qazanır. Mən babalarımı tanıya-tanıya böyüdüm.

Nümunələr

Qazaxıstanın 1-ci prezidentinin yeddi atası (Ulu juz-Şapıraştı): Nursultan (1940), Əbiş (1903—1971), Nazarbay ), Yedil, Kebaba, Mırzatay, Aydar.

Şair Abay Kunanbayevin yeddi atası (Orta juz-Arğın-Tobıqtı) Abay (1845—1904), Qunanbay (1804—1986), (qaz.) Öskenbay (1778—1850), (qaz.) Irğızbay (1744—1785), (qaz.) Aydos, Oljay, (каз.) Aytek.

Zabit Çokan Vəlixanovun yeddi atası (Aqsuyek-Törü) Çokan (1835—1865), Çingiz Vəlixanov (1811—1895), Vəli xan (1781—1819), Abılay xan (1711—1781), Korkem Vəli sultan (16?? — 1723), Abılay xan Qaniçər (XVII век), Ulu bəy sultan.

İstinadlar

Kateqoriya:Qazaxıstan tarixi Kateqoriya:Qazaxıstan mədəniyyəti Kateqoriya:Qohumluq və kök