Müqəddəs Polikarp kilsəsi () — Türkiyənin İzmir şəhərində yerləşən katolik kilsəsi. Onun müqəddəs havadarı Polikarpdır.

Tarixi Müqəddəs Polikarp Kilsəsi 1625-ci ildə Osmanlı sultanı I Süleymanın icazəsi və Fransa kralı XIII Luinin xahişi ilə inşa edilmişdir. 1688-ci il İzmir zəlzələsi və sonrakı aylarda başlayan yanğınlar nəticəsində kilsə binası zədələnmişdir. 1690-1691-ci illər arasında təmir edilmişdir. Kilsə monastırı 1763-cü ildə baş verən yanğında zərər gördü. Kilsə 1775-ci ildə Fransa Kralı XVI Luinin iştirakı ilə bərpa edildi və üç nefli bazilikaya çevrildi. 1820-ci ildə XIII Luisnin şərəfinə kilsədə mərmər xatirə lövhəsi asıldı. 1892-1989-cu illər arasında aparılan bərpa zamanı yeni kapellaların əlavə olunduğu kilsə, fransız memarı Raymond Şarl Pere tərəfindən hazırlanan Polikarpın həyatını əks etdirən freskalarla bəzədilmişdir. İzmirdə baş verən böyük yanğınında dağıldı və 1929-cu ildə yenidən quruldu.

Memarlığı Daş və kərpicdən tikilmiş kilsə hazırda düzbucaqlı üç nefli bazilikadan ibarətdir. Şərq-qərb istiqamətində yerləşir. Kilsənin cənub-qərbində səkkizguşəli zəng qülləsi var.

İstinadlar

Kateqoriya:İzmir kilsələri Kateqoriya:Türkiyə ərazisindəki Roma-Katolik kilsələri Kateqoriya:Konak ilçəsi