İnqolştadt ( Ingolstadt, Inglståd, Ingoiståd ) - Almaniyada, Bavariya əyalətində Dunay çayı üzərində şəhər. Əhalisi təqribən 132.000 nəfər (31 Mart 2015). Yuxarı Bavariyada Münhendən sonra ikinci ən böyük şəhərdir. Münhen, Nürnberq, Auqsburq, Vürtzburq və Regensburqdan sonra Bavariyanın altıncı böyük şəhəridir. 1989-cu ildə şəhərin əhalisi 100 min nəfərə çatdı.
Tarix İlk dəfə İnqolştadt (Ingoldesstadt) adı 6 fevral 806-cı ildə Böyük Karlın oğulları arasında torpaqların bölgüsü haqqında nizamnaməsində qeyd olunur. XIII əsrdə İnqolştadt şəhər statusunu aldı. 1392-1447-ci illərdə Bavariya-İnqolştadt Hersoqluğunun paytaxtı olub. left|thumb| 1570-ci illərdə İngolştadt 1472-ci ildə bu şəhərdə Bavariyada ilk universitet quruldu, sonradan bura əks-islahat mərkəzinə çevrildi. Lüterin dini mübahisələrdə əsas rəqibi Yohann Ek bu universitetin rektoru idi. 1776-cı ildə universitetin hüquq fakültəsinin dekanı Adam Vayshaupt İlluminati ordeni təsis etdi. Universitet 1800-cü ildə bağlandı.
23 aprel 1516 -da İnqolştadtda pivə təmizliyi qanunu (Reinheitsgebot) yayıldı. Bu qanuna görə, yalnız üç komponent həqiqi pivədə ola bilər: su, mayaotu və arpa . Bu, dünyanın ən qədim və hələ də qüvvədə olan qida keyfiyyəti qanunudur.Braugewerbe und Braukunst mitten in Bayern, Ingolstadt, 1997, s.40-52
1549-cu ildə yezuitlər şəhərə çağrıldı. İngolştadtdakı mərkəz Almaniyanın cənubundakı bütün yezuitləri idarə edirdi. XVI əsrdən bəri şəhər bölgənin ən böyük qalasına çevrildi.
Gələcək Sovet Marşalı M. Tuxaçevski və Fransanın gələcək Prezidenti Şarl de Qoll Birinci Dünya müharibəsi illərində buradakı hərbi əsir düşərgələrində əsir olublar.
1945-ci ilin yanvar-aprel aylarında İnqolştadt (tarixi mərkəz də daxil olmaqla) müttəfiqlərin mütəmadi bombardmanlarına məruz qaldı.
Görməli yerləri
14-cü əsrin sonuna aid şəhər qala divarının parçaları. Moritz kilsəsi (1234) 13-cü əsrə aid qala - Bavariyanın ən qədim hersoq qalası Yeni qala (XV əsr) İnqolştadt universitetinin binası (1436-1472) Qotik kafedral Libfrauenmünster (1425-1536) Mariya de Viktoriya kilsəsi - Azam qardaşları tərəfindən tikilən Rokoko şedevri (1732-36) Barok bəzəkli Fransiskan monastırı (1275)
Muzeylər
Bavariya silah muzeyi (1972) Yeni Qala binasında Birinci Dünya müharibəsi Muzeyi "Triva Qülləsi" qalasında Bavariya Polisi Muzeyi Alman Tibb Tarixi Muzeyi (1736-cı ildə tikilmiş binada) İnqolştadt şəhərinin muzeyi Audi zavodunun muzeyi (muzey mobil) Beton Sənəti Muzeyi Heykəltəraş Alf Lexnerin muzeyi Marieluise Fleiser və digərlərinin Muzey-Arxivləri. Kelt mədəniyyəti muzeyi
İqtisadiyyat İngolştadt avtomobil sənayesinin böyük bir mərkəzidir. Burada Audi avtomobil şirkətinin və Media Markt pərakəndə satış şəbəkəsinin qərargahı yerləşir.
2014-cü ildə Ingolstadt Alman şəhərlərinin investisiya cəlbediciliyi reytinqində birinci yeri tutdu.
Təhsil
Katolik Universiteti (1980-ci ildən) Tətbiqi Elmlər Universiteti (1994-cü ildən)
İdman thumb|500x500px| Köhnə şəhər mənzərəsi Şəhərin idman klubları:
"ERK Ingolstadt " hokkey klubu "Ingolstadt 04 " futbol klubu "Ingolstadt Schanzer" beysbol klubu
Əhali Rəsmi əhali sayı 1840—2011: İnqolştadt (Şəhər ərazisində əhali sayı)Баварское статистическое управление: население (таблица 12111-101r) Bayerisches Landesamt für Statistik – Tabelle 12111-101r: Volkszählung und Bevölkerungsfortschreibung: Gemeinden, Bevölkerung (Volkszählungen und aktuell), Stichtag (нем.)Перепись населения Германии 2011.05.09 Bevölkerung Ergebnisse des Zensus 2011, (нем.) Перепись населения Германии 2011.05.09/xlsx Statistische Ämter des Bundes und der Länder (Erschienen am 28. Mai 2014): Bevölkerung des Zensus 2011 (© Statistisches Bundesamt, Wiesbaden 2014) (нем.)Tarix1840-12-011871-12-011900-12-011925-06-161939-05-171950-09-131961-06-061970-05-271987-05-252011-05-09Əhali13.60118.51629.51135.96243.83054.61569.82985.68396.071124.927
Qeydlər
Kateqoriya:Vikipediya:Vikiverilənlərdə dəyəri müəyyən olunmuş məqalələr Kateqoriya:Bavariya şəhərləri Kateqoriya:Dunay çayı ətrafında yaşayış məntəqələri