Vitali Venediktoviç Şerbo (; doğ. 13 yanvar 1972-ci il, Minsk, Belorus SSR, SSRI) — Sovet və Belarus gimnastı, 1992-ci ildə altı dəfə Olimpiya çempionu (tarixdə tək oyunlarda 6 qızıl mükafat qazanan yeganə üzgüçü olmayan idmançı), bütün dövrlərin ən yaxşı gimnastlarından biri (bütün 8 kateqoriyada - fərdi və komanda çempionatlarında dünya çempionu olmuş yeganə kişi idmançı, eləcə də bütün 6 alətdə). SSRİ-nin əməkdar idman ustası (1991), Belarus Respublikasının əməkdar idman ustası (1994). Vitalinin ilk məşqçisi Leonid Vydritskidir. "Əmək ehtiyatları" idman cəmiyyətində çıxış edirdi.

Həyatı Şerbo 1992-ci ildə Barselona Olimpiadasında əfsanəyə çevrildi. O altı qızıl medal qazandı. Tarixdə yalnız iki nəfər bir olimpiadada 6-dan çox qızıl medal qazana bilmişdir - 1972-ci ildə Münhendə 7 qızıl medal qazanan amerikalı üzgüçü Mark Spitz və Pekin-2008-də 8 qızıl medal qazanan Maykl Felps.

Gimnastika yarışlarının keçirildiyi Palau San Jordidə Vitali komandanın tərəfdaşları ilə (İqor Korobchinsky, Grigory Misyutin, Valeri Belenkiy, Alexey Voropaev və Rüstəm Şaripov) Çin və Yaponiya milli komandalarını məğlub edərək komanda çempionluğunu qazandı. Sonra Qriqori Misyutin və Valeri Belenkiyi qabaqlamaqla mütləq çempionluğu qazandı. 2 avqust 1992-ci ildə o, ümumiyyətlə idman və xüsusilə gimnastika tarixində misilsiz bir nailiyyətə imza atdı - 1 gündə 4 Olimpiya qızıl medalını qazandı. 1992-ci ildə BOK Şerboya ilin ən yaxşı idmançısı kimi Jesse Owens mükafatını təqdim etdi.

Hal-hazırda Vitali Las Vegasda yaşayır və burada «Vitaly Scherbo School of Gymnastics» məktəbini işlədir.

İstinadlar

Kateqoriya:Belarus idmançıları Kateqoriya:SSRİ-nin əməkdar idman ustaları Kateqoriya:SSRİ gimnastları Kateqoriya:Belarus gimnastları Kateqoriya:1992 Yay Olimpiya Oyunları çempionları Kateqoriya:1996 Yay Olimpiya Oyunları bürünc medalçıları Kateqoriya:1992 Yay Olimpiya Oyunlarında gimnastlar Kateqoriya:1996 Yay Olimpiya Oyunlarında gimnastlar Kateqoriya:Gimnastika üzrə dünya çempionları Kateqoriya:Olimpiya medallı gimnastlar Kateqoriya:Belarusun olimpiya gimnastları