Məhbubə xanım Kərim bəy qızı Mahmudbəyova () — tibb elmləri doktoru (1961), professor (1963), əməkdar həkim (1960), Kərim bəy Mehmandarovun qızı.

Həyatı Məhbubə xanım Kərim bəy qızı 11 iyun 1902-ci ildə Şuşa şəhərində anadan olmuşdur. Bakıda orta məktəbi bitirəndən sonra ATİ-yə (hazırkı ATU) qəbul olmuşdur. İnstitutu tamamlayandan sonra həkim işləmişdir. Ömrünü doğma təhsil ocağına bağlamışdır. 1933–70-ci illərdə Azərb. Dövlət Tibb İnstitutun mama-ginekologiya kafedrasın dosenti, sonra professoru, sonra isə müdirə işləmişdir. 1968–74-cü illərdə respublikanın mama-ginekoloqları elmi cəmiyyətinin sədri olmuşdu. Tədqiqatı, əsasən, qadın, ana və uşağın sağlamlığının qorunması probleminə həsr edilmişdi. "Ürək-damar sistemi xəstəlikləri zamanı hamiləlik və doğuş" monoqrafiyası (1973) böyük elmi-praktiki əhəmiyyətə malikdir. O, 13 yanvar 1976-cı ildə vəfat edib.

Məhbubə xanım Şamil Mahmudbəyovla ailə qurmuşdu.

Mükafatları Məhbubə xanım Mahmudbəyova 1960-cı ildə əməkdar həkim fəxri adını, "Səhiyyə əlaçısı" döş nişanını almışdı.

Mənbə Ənvər Çingizoğlu, "Mehmandarovlar", ATŞC-nin xəbərləri, Bakı, 2002.

Həmçinin bax Ədil bəy Mehmandarov (qardaşı) Rəşid bəy Mehmandarov (qardaşı)

Kateqoriya:Mehmandarovlar Kateqoriya:Azərbaycan həkimləri Kateqoriya:Azərbaycanlı həkimlər