Vayxırlı Məmmədcəfər () — aşıq.
Həyatı Şahbuz rayonunun Tirkeş kəndində anadan olub.
Vayxırlı Məmmədcəfər XIX əsrin ikinci yarısı-XX əsrin 30-cu illərində yaşayıb.
Yaradıcılığı
Yaradıcılığının bədii istiqaməti Ədəbi irsindən bir neçə qoşma,təcnis, satirik şeir və "Məmmədcəfər-Səhnə xanım" dastanının deyişmə hissəsi qalmışdır. Əldə olan nümunələrdən Vayxırlı Məmmədcəfər orijinal üslüba malik sənətkar olduğu görünür. İctimai mövzulara daha çox meyil etmiş,şeirlərində ancaq şəxs mənfəətini düşünən ruhanilərin, hakim təbəqələrin bəd əməllərini ifşa etmişdir. Onun tənqid hədəfləri real həyati şəxslərdir (Dəmirçi kəndinin koxası haqqında həcvsayağı şeiri və s.). Bu cəhət Vayxırlı Məmmədcəfəri XIX əsrin realist-satirik Azərbaycan şairlərinə yaxınlaşdırır.
Ədəbiyyat Qədimov Ə., Aşıq Məmmədcəfər,Şərq qapısı qəzeti,1977,7 dekabr; Azərbaycan folkloru antologiyası.c.1, Naxçıvan folkloru,Bakı.,1994
Xarici keçidlər
Naxçıvan musiqi mədəniyyəti tarixindən-musiqi təhsili kitabından
İstinadlar
Kateqoriya:1930-cu illərdə vəfat edənlər Kateqoriya:Azərbaycan aşıqları