Azat Xammat oğlu Abdullin (; ) — Başqırdıstan dramaturqu, yazıçı və publisist.
Həyatı 1949-cu ildən 1953-cü ilə qədər Ufa Başqırd Pedaqoji İnstitutunun Tarix fakultəsində təhsil almışdır. 1956-cı ildə Moskvanın Qorki adına Dünya Ədəbiyyatı İnstitutunun aspirantura dərəcəsini bitirmişdir.
Təhsil aldıqdan sonra Ufaya qayıdır və Başqırd Dövlət Universitetində dərs deyir, sonra Moskvaya yollanır və burada peşəkar yazıçı və dramaturq olur.
1963-cü ildə Sergey Çekmaryovun həyatına həsr olunmuş "Məni unutma, günəş!" () pyesini yazaraq ədəbi fəaliyyətə başlamışdır. Tamaşa SSRİ-nin bir çox teatrlarında səhnəyə qoyulmuşdur (xüsusən, təxminən 10 il Qazaxıstan Dövlət Akademik Teatrının səhnəsində yer almışdı), Ufa və Moskvada bir neçə dəfə başqırd və rus dillərində təkrar nəşr edilmişdir.
"On üçüncü sədr" () (1979) dramı Abdullinə ümumittifaq şöhrəti qazandırmışdır. Əsər kolxoz reallığını tənqidi şəkildə qiymətləndirən və öz istəyi ilə hərəkət edən kolxoz sədri Saqadeyev və rayon komitəsinin doqmatik katibi Baimov arasında baş verən münasibətlər haqqındadır. 1985-ci ildə Abdullin "On üçüncü sədr" əsərinin "Sonuncu patriarx" adlı davamını yazdı.
Rudolf Nureyevin həyatından bəhs edən Abdullinin "Qərib bağ" () pyesi əsasında 2004-cü ildə Roman Viktyuk Teatrında tamaşa nümayiş olundu.
Pyeslərdən savayı Abdullin həmçinin publisistik xülasələr və povestlər yazmışdır.
Mükafatları
"Şərəf nişanı" ordeni
Biblioqrafiya
"Məni unutma, günəş!" («Не забывай меня, солнце!») Dramatik poema. Moskva: "İskusstvo", 1973, 48 səh. "Məni unutma, günəş!" («Не забывай меня, солнце!») Povest. Moskva: "Detskaya literatura", 1973, 112 səh. "Məni unutma, günəş!"(«Онотма мине, kояш!») Pyes. "Başkniqoizdat" nəşriyyatında başqırd dilində çap olunmuşdur (1974, 56 səh. и 1976, 160 səh.) "Ağ süd" («Белое молоко»). Povest. Moskva, "Detskaya literatura" (1976, 58 səh.) "Qırmızı şeh" («Красная роса»). Povestlər. Moskva, "Sovremennik", 1979, — 256 səh., 30 000 nüsxə "On üçüncü sədr" («Тринадцатый председатель»). Drama. Moskva, "İskusstvo", 1981, 63 səh. "Başqırd ədəbiyyatının antalogiyası" («Антология башкирской литературы»). İkinci kitab. Ufa, "Başkniqoizdat"(1984, səh. 618—663, başqırd dilində) "Qırmızı şeh" («Красная роса»). Povestlər. Moskva: "Sovetskaya Rossiya", 1985. — 172 səh. "Sonuncu patriarx" («Последний патриарх»). Ufa, 1990. "On üçüncü sədr" («Тринадцатый председатель»). Dramalar. Moskva, "Sovetskiy pisatel", 1991, 172 səh.
İstinadlar
Xarici keçidlər Əhməd Zəki Vəlidi adına Milli Kitabxanasında rəqəmsallanmış əsərlər
başqırd dilində rus dilində
Digər mənbələr
Roman Viktyuk Teatrının Azat Abdullinin pyesinə həsr olunan afişa: Rudolf Nuriyevin "Qərib bağ" "On üçüncü sədr." Vaxtanqov Teatrının tamaşası (1987).
Kateqoriya:XX əsr Rusiya yazıçıları Kateqoriya:Rusiya publisistləri Kateqoriya:SSRİ publisistləri Kateqoriya:Rusiya dramaturqları Kateqoriya:SSRİ dramaturqları Kateqoriya:XX əsr dramaturqları Kateqoriya:Rusiya uzunömürlüləri