Florensiya vəftizxanasının tavan mozaikaları () — Florensiya vəftizxanasının günbəzinin daxilini və apsidalarını bəzəyən mozaikalardır. 1225-1330-cu illərdə məşhur rəssamlar Çimabue, Koppo di Markovaldo, Meliore di Yakopo və Maestro della Maddalenanın eskizləri əsasında hazırlanmış mozaikalar orta əsrlər İtaliya mozaika sənətinin öyrənilməsi üçün ən mühüm mənbələrdən biridir.

Tarixi

Vəftizxananın apsidalarında ilk mozaikalar Fransiskan rahib Yakopo tərəfindən yaradılmışdır. Vazari özünün “Məşhur rəssamlar, heykəltəraşlar və memarların həyatı” əsərində həmin rahibi səhvən Yakopo Torriti ilə qarışdırır. Dörd apsidaya bölünmüş kitabədə işlərin başlanması tarixi qeyd edilmişdir.Touring, cit. p. 152.

Mozaika hazırlanması çətin və bahalı bir iş idi. Vəftizxananın bəzədilməsi və saxlanılmasına “Arte di Calimala” adlı balıqçı gildiyası cavabdeh idi; gildiya tikilinin günbəzinin bəzədilməsi üçün 1271-ci ildə kanonla müqavilə bağlayır və işlərə başlanılır. Lakin, hazırda günbəzin fənərə yaxın hissəsini bəzəyən mozaikaların daha erkən dövrdə - 1228-ci ildə, skrasellanın (düzbucaqlı apsida) mozaikalarının tamamlanmasından dərhal sonra rahib Yakopo tərəfindən başlanılmasına daha çox inanılır. İşlər XIV əsrin əvvəlinə kimi davam etdirilmiş və Covanni Villaninin əsərində qeyd olunduğu kimi təxminən 1330-cu illərdə tamamlanmışdır.

Vazarinin verdiyi məlumata görə vəftizxananın ilk günbəz mozaikaları yarı-əfsanəvi şəxs olan Andrea Tafi tərəfindən, onun Venesiyada qarşılaşdığı Apollonio adlı yunanın köməkliyi ilə yaradılmış mələklər iyerarxiyası və Pontokrator Məsih mozaikalarıdır. Qalan işlərin müəllifliyini isə o, Qaddo Qaddinin adına yazır. Günbəzin ən erkən mozaikaları Venesiyanın San-Marko bazilikası və Santa-Mariya Assunta bazilikası, həmçinin Romada Papa III Honorinin dəvəti ilə 1218-ci ildə Venesiya sənətkarlarının iştirakı ilə bəzədilmiş San-Paolo-fuori-le-Mura bazilikasının mozaikaları ilə çox bənzər olsa da, Vazarinin məlumatlarını təsdiqləmək mümkün olmamışdır.Enio Sindona, Cimabue e il momento figurativo pregiottesco, Rizzoli Editore, Milano, 1975.

Hazırda əksər incəsənət tarixçiləri mozaikaların müəlliflərinin bir neçə Toskana rəssamı olduğunu, hazır eskizlərin reallaşdırma işinin isə Venesiya və ya şərqi Aralıq dənizi sahillərindən olan ərazilərdən gəlmiş sənətkarlar tərəfindən həyata keçirildiyini düşünürlər. Stilistik analogiyalar mozaikalardan bəzilərini XIII əsrin ən görkəmli sənətkarları və onların həmkarları ilə identikləşdirməyə imkan verir. Roberto Longi bu yolla vəftizxanada Cotto və “proto-Cottistlər”in izlərini axtarır, həmçinin müəlliflərdən birini “Vəftizxananın son sənətkarı” () adlandırır. XIV əsrdən etibarən vəftizxananın mozaikaları mütəmmadi olaraq bərpa və yenidənqurma işlərinə məruz qalmış, 1402, 1481, 1483-1499-cu illərdə (“Mozaik bəzəklərin rəsmi bərpaçısı” vəzifəsini daşımış Alesso Baldovinettinin nəzarəti altında) xüsusi yenidənqurma işləri həyata keçirilmişdir. 1781-1782-ci illərdə vəftizananın mozaikalarında əsaslı təmizlik işləri aparılmış, 1821-1823-cü illərdə Nuhun hekayəsi ilə bağlı mozaikalarda ciddi zədələnmə baş vermiş, 1898-1907-ci illərdə isə kütləvi reinteqrasiya işləri həyata keçirilmişdir.

İkonoqrafiya 300px|thumb|right|Apsida mozaikaları Apsida

Altarın üstündəki ikiqat tağ Məsih, Bakirə Məryəm, həvarilər və peyğəmbərlərin büstləri ilə bəzədilmiş, bölmələrə bölünmüş hissələr isə yarpaq naxışları ilə örtülmüşdür. Həmin naxışlar ola bilsin ki, sonradan XIII əsrin sonlarında əlavə olunmuşdur. Düzbucaqlı apsidada klipeyalar arasında yerləşən frizdə xeruvim və serafimlər təsvir edilib. Onların üstündə rahib Yakopo tərəfindən yaradılmış və Venesiyadakı San-Marko bazilikasının mozaikaları ilə oxşarlıq təşkil edən tağ mozaikaları yerləşir.

Hər iki qurtaracaqda qarışıq xəttli fiqurlar yerləşir, onların üstündə yazılar, yazıların üstündə isə dəqiq çəkilmiş xəttlərə malik, olduqca parlaq rənglərlə işlənmiş çiçəklərlə bəzədilmiş dörd kapitel vardır. Kapitellər üzərində təkər formasında dayanmış dörd telamon təsvir olunub. Telamonların canlı plastikliyi Benedetto Antelaminin studiyasında yaradılmış və Fidenza kafedralının fasadını bəzəyən heykəlləri xatırladır. Telamonlardan sol tərəfdə taxtda Vəftizçi İohann, sağ tərəfdə isə taxtda Madonna və Körpə təsvirləri vardır. Hər iki təsvir, xüsusilə personajların baş hissəsi əsaslı bərpa edilmişdir. Taxtlar isə Karolinq və Otton miniatürləri əsasında modelləndirilmişdir.

Təkərlərin strukturu klassik burumlar və şüalardan ibarətdir ki, onlar da kandelyabrları saxlayırlar. Kandelyabrların fantastik kompozisiyası XV-XVI əsrlərin qrotesk incəsənətini geridə qoyur. Aşağıda yerləşən vazlar marallar (XXXXI Psalma görə “Maral su axtardığı kimi, ruh da Tanrını axtarır”), quşlar və başında üzgəclər olan qəribə balıq-insanlarla əhatələnmişdir.

Bir az yuxarıda bitki motivləri və onların arasında insan başları təsvir olunub, bir az yuxarıda isə üstündə “Tanrı quzusu” (Agnus Dei) olan medalyonu saxlayan bələklər vardır. Medalyonun ətrafında qırmızı fon üzərində qızıl hərflərlə latın dilində "HIC DEUS EST MAGNUS MITIS QUEM DENOTAT AGNUS" () yazılmışdır. Medalyondan çıxan səkkiz tam ölçülü şüa arasında Bizans stilində peyğəmbər təsvirləri yerləşdirilmişdir. Təsvirlərin altında peyğəmbərlərin adları qeyd edilmiş lövhələr vardır. Saat oxu istiqaməti üzrə peyğəmbərlər Musa, İbrahim, İsaak, Yakov, Daniil, İezekiil, Yeremiya və Yesayadır.

Günbəz + Günbəz mozaikalarının düzülüş sxemi center|360px center|240px

1. Böyük məhkəmə2. Mələklər iyerarxiyası3. Yaradılış hekayələri4. İosifin həyatı5. Bakirə Məryəm və Məsihin həyatı6. Vəftizçi İohannın həyatı

Günbəzin qızılı mozaikalarla örtülmüş interyeri səkkiz seqmentə bölünmüşdür. Bəzi tədqiqatçılar ehtimal edirlər ki, günbəz mozaikaları Venesiya sənətkarları tərəfindən işlənmiş, eskizlər isə Koppo di Markovaldo (Cəhənnəm) və Meliore di Yakopo (Cənnət mozaikasının bir hissəsi) kimi yerli rəssamlar tərəfindən verilmişdir.

Yuxarı frizdə səkkiz seqment ətrafında Mələklər iyerarxiyası, digər üç seqmentdə isə Böyük məhkəmə səhnəsi təsvir edilib. Böyük məhkəmə səhnəsinin dominant fiquru ayaqlarının altında dirilmiş insanlar olan nəhəng Məsihdir. Məsihdən sağda yenicə Cənnətə qəbul olanlar, solda isə Cəhənnəm və onun iblisləri göstərilib.

Digər beş seqment dörd horizontal registirə bölünüb və həmin registrlərdə yuxarıdan aşağıya istiqamətlənməklə “Yaradılış kitabı” (3), İosifin həyatı (4) Bakirə Məryəm (5), Məsih (5) və Vəftizçi İohannın (6) həyatından hadisələr təsvir olunmuşdur. Tədqiqatçılar belə hesab edirlər ki, Vəftizçi İohannın həyatından olan ilk səhnələr Master della Maddalena və Çimabuenin eskizləri əsasında yaradılmışdır.

Mələklər iyerarxiyası 280px|thumb|right|Mələklər iyerarxiyası Günbəzin mərkəzinə ən yaxın hissədəki sıra canlı bitki təsvirləri ilə bəzədilmişdir. Ondan sonrakı sırada spiral və apsidadakı təkərləri xatırladan ritmik təsvirlər verləşir. Hər küncdə yerləşdirilmiş vazlardan iki budaq çıxır və onlar birləşərək əsas gövdəni formalaşdırırlar. Budaqların yuxarıda birləşdiyi hissənin ortasında kiçik insan başları, budaqların altında isə erkən xristian incəsənətinə əsaslanan marallar, tovuzquşular, qoyunlar, vağ və sair heyvanların su içdiyi mürəkkəb fontan təsvirləri vardır. Bu sıradan aşağıda balıqqulağılardan yaradılmış naxışla bəzədilmiş sıra yerləşmişdir.

Növbəti halqada Saxta Dionisi Areopagitin yazılı Mələklər iyerarxiyası təsvir edilmişdir. Mərkəzdə əlində açıq kitab tutmuş xeyir-dua verən Məsihin təsviri vardır. Məsih qırmızı serafimlər və göy xeruvimlərlə əhatə olunmuşdur. Ona yaxın olan serafim və xeruvimlər üç cüt qanada malikdirlər. Daha sonra soldan sağa istiqamətlənməklə kiçik sütunlarla ayrılmış hər növdən iki cüt yerləşdirilmişdir. İsa ilə eyni oxda yerləşib bir-birinin güzgü əksi olanlar xaric, digərləri hər biri iki cüt qanada malik olmaqla cütlükdəki tayı ilə identikdir:

Taxt mələkləri – Tanrı taxtının daşıyıcılarıdırlar və parlaq mandorlalarla təsvir olunublar, Bizans incəsənətində ilahi taxtın simvolu hesab edilirlər.Frugoni, cit., pp. 222–223. Dominion mələklər – dünyada vəziyyətə nəzarət edirlər; onlar ucu üçbaşlı kleverlə (Müqəddəs üçlüyün simvolu) tamamlanan uzun skipeter tutmuş vəziyyətdə təsvir olunublar. Fəzilət mələkləri – İlahi fəziləti yaymaqla məşğuldurlar; onlar yanlarında oturmuş kiçik insanların canlarından cin çıxararkən təsvir ediliblər. Hakimiyyət mələkləri – bəşəriyyətə güc bəxş etmək onlara həvalə edilmişdir; başlarında dəbilqə ilə təsvir olunmuşlar. Knyaz mələklər – millətlətə nəzarət onlara həvalə olunub; əllərində səlib bayraqları ilə təsvir olunublar. Arxangellər - əsas məsləhətçi mələklər; onlar ilahi xəbərlərin simvolu olan kartuşlarla bəzədilmiş eleqant geyimlərdə təsvir olunublar. Mələklər – insanlara ən yaxın olan mələklərdir və onların qayğılarına cavab verirlər.

Pyetro Toeskanın sözlərinə görə, birinci registrin təsvirləri Venesiya sənətkarlarından təsirlənmiş rahib Yakopo tərəfindən işlənmişdir. Mələklər iyerarxiyasındakı təsvirləri ənənəvi olaraq Andrea Tafi və Apollinionun işi hesab etsələr də, Raqianti bildirir ki, Məsih fiqurunun eskizi Koppo di Markovaldo, onun ordusu isə Maestro della Maddalena tərəfindən işlənmişdir.

Böyük məhkəmə 400px|thumb|left|Böyük mozaikalarının ümumi görünüşü Altarın üstündə yerləşən üç seqmentdə Böyük məhkəmə səhnəsi təsvir edilmişdir. Mərkəzi seqmenti nəhəng İsa fiquru tutur. O, Cənnət halqaları üzərində oturub və çarmıxa çəkilmədən əlində qalmış yaraları göstərir. O, bir əlini yuxarı qaldırıb, digər əli ilə isə Cənnətə yolu göstərir. Onun ayaqlarında da çarmıxa çəkilmədən qalmış yaralar görünür. İsanın geyiminin mürəkkəb qatları qızılı tesseralarla vurğulanmışdır. Xaçvarı oreol isə güzgü effektli kubik formalı emallı hissələrlə işlənmişdir. Mandrolanın hər iki tərəfində üç paralel registr yerləşir. Onlarda İsanın əziyyətlərinin simvollarını və Böyük məhkəmə atributlarını daşıyan mələklər, həmçinin Apokalipsis zamanı ölmüşləri diriltmək üçün kərənay çalan mələklər təsvir olunmuşdur.

İkinci registrda Bakirə Məryəm (İsadan sağda əllərini qaldırmış vəziyyətdə), Vəftizçi İohann (İsadan solda əlində kağız tutub) və taxt kimi bəzədilmiş iki uzun oturacaqda əyləşmiş on iki həvari təsvir olunub. Həvarilərin hər biri əlində açıq kitab tutub və kitabda müxtəlif xalqların əlifbalarından hərflər qeyd edilib. Bu yolla mozaika müəllifi Müqəddəs üçlük günündən sonra həvarilərin xristianlığı bütün dünyaya yaymağa başladıqlarına işarə edir. Həvarilərin arxasında mələklərin başları görünür. Raqqianti bu səhnəni Melioreyə aid edir və Müqəddəs Pyotr fiqurunu rəssamın Uffitsi qalereyasında saxlanan “Xilaskar Məsih dörd müqəddəs ilə” əsəri ilə müqayisə edir. 285px|thumb|right|Koppo di Markovaldo - Şeytan mozaiksı. Alovlu taxtında oturmuş Şeytan lənətlənmişləri yeyir, əzir və cəzalandırır. Aşağı registrda sağda cənnət, solda isə cəhənnəm təsvir edilmiş, həmin səhnələrdə müvafiq olaraq mələklər və cinlərin insan ruhlarını aparmaları qeyd olunub. Seçilmişlər Tanrıya təşəkkür edən insalar dəstəsinin yanından keçərək aparılır. Onlara yol göstərən iri mələk fiquru əlində tutduğu kağızdan "Venite Beneditti Patris Mei / Ossidete Preparatum" (cf. "venite benedicti Patris mei possidete paratum vobis regnum a constitutione mundi" Vulg.: Matt. 25:34 ) oxuyaraq onları Səmavi Yerusəlimə aparır. Bəzəkli geyimdə olan digər mələk isə balaca insanın əlindən tutaraq onun üçün qapını açır. Şəhərdə oturmuş üç böyük patriarx qeyri-adi ekzotik bitkilərlə əhatə olunub, qucaqlarında isə körpə uşaqlar tutublar. Seçilmişlərin arasında ilk sırada kral və Domnikan rahibi gedir, onların arxasında üç bakirə, yepiskop, rahib və keşiş gəlirlər.