() — aləminin tipinin sinfinin dəstəsinin fəsiləsinin cinsinə aid heyvan növü. Azərbaycanda təhlükədə olan quşlar siyahısına daxil edilmişdir. Azərbaycan faunasına E.b.cerrutii Filippi yarımnövü daxil olur.
Təsviri Bağ vələmirquşundan ağ bığı və boz çiyin tükləri ilə seçilir. Ancaq çəhrayı dimdiyi, ağımtıl göz halqası ilə bağ vələmirquşuna və dağ vələmirquşuna bənzəyirlər. Yetkin fərdin başı açıq kül rəngli boz, dağ vələmirquşundan daha açıq rənglidir və bu boz rəng sinəsinə qədər enib qurşaq əmələ gətirmir. Döşü qırmızımtıl-qəhvəyi olub, boğazı və "bığ" xətti ağımtıl, ayaqları və quyruqaltı açıq krem rəngindədir. Payızda yeni lələk dəyişdiyi zaman alt tərəfi açıq qırmızı olur. Üstdəki xəttlər tünd, quyruq hissəsi boz rənglidir. Qanad lələkləri (digərlərindəki kimi qaramtıl deyil) boz qəhvəyidir. Cavanı dağ vələmirquşundan boz quyruq hissəsi, daha açıq rəngli ayağı və quyruq altı örtükləri ilə seçilir.
Yayılması Dünya miqyasında böyük yayılma arealına malik olub, Şərqi Türkiya, İraq, İran, Əfqanıstan, Mərkəzi Asiyanın dağları, Şimal Hindistan və Qərbi Çində (Sintzyan-Uyğur Muxtar Rayonu) yuvalayır. Azərbaycanda əsasən Naxçıvan Muxtar Respublikasının isə Nehrəmdağ, Noxuddağ, Dərəşam, İlandağ, Camaldın və Darıdağ ərazilərində və çox az sayda Zuvand yaylasında rast gəlinir. Qobustan Qoruğunun Böyük-daş dağında və Türyançay qoruğunun Bozdağında rast gəlinməsi dəqiqləşdirilməlidir
Həyat tərzi Əsas yaşayış yeri quraq, qayalıq, daşlıqlı və bitki örtüyü zəif inkişaf etmiş yüksək dağlarda yaşayırlar. Qidasını həşərat və toxumlar təşkil edir. Erkək və dişi bir-birindən az fərqlənirlər. Yuvalayan növdür
Sayı Dünya üzrə sayı məlum deyil. Ancaq Avropada 6400 cüt qiymətləndirilir (Türkiyə, Azərbaycan, Ermənistan). Aparılan ekspedisiya-tədqiqatlar zamanı nadir hallarda rast gəlindiyindiyi üçün azsayl növ olduğu məlumdur. Azərbaycanda ümumi sayı (əsasən Naxçıvanda olmaqla) 100 cüt ətrafında qiymətləndirilir.
Azalma səbəbləri Davamsız otarma və ərazlərdə əkin-biçin işləri, dağ yollarının çəkilməsi səbəb ola bilər.
Qorunması üçün qəbul edilmiş tədbirlər Yaşayış ərazilərini qismən Zəngəzur Milli Parkı, Ordubad və Zuvand yasaqlığında qorunur. Bern konvensiyalarına daxil edilmişdir.
Qorunması üçün məsləhət görülmüş tədbirlər Yaşayış ərazilərində otarmanın, otların biçilməsinin, əkin işlərinin və yaşadığı ərazilərdən yol çəkilməsinin məhdudlaşdırılması növün davamlılığını qoruyar.
İstinadlar
Mənbə Azərbaycan Respublikasının Qırmızı Kitabı. Fauna. II nəşr. Bakı: 176 səh.
Həmçinin bax
Kateqoriya:Türkiyə quşları Kateqoriya:İran quşları Kateqoriya:Təhlükədə olmayan növlər Kateqoriya:Qırmızı kitaba görə az qayğı tələb edən növlər Kateqoriya:Avrasiya quşları Kateqoriya:Afrika quşları Kateqoriya:1844-cü ildə təsvir edilən quşlar