Leyla İlyas qızı Acametova (; ; ) — Ukrayna yüngül atletika idmançısı. Yay Paralimpiya Oyunlarının çempionu və medalçısı. Ukrayna çempionu. Ukrayna idman ustası namizədi.
Özbəkistanda anadan olmuşdur. 1999-cu ildə ailəsi ilə birlikdə Krıma köçdü.
11 yaşından bəri atletika ilə məşğul olur. Hazırda "İnvasport" adlı Xarkov regional əlillər bədən tərbiyəsi və idman mərkəzində məşq edir.
2016 Yay Paralimpiya Oyunlarının ikiqat çempionu (100 m üzrə dünya rekordu vurmuşdu və 400 m) və gümüş medalçı (200 m üzrə Avropa rekordu vurmuşdu).
Fərqlənmə nişanları və mükafatları III dərəcəli "Xidmətlərə görə" ordeni (4 oktyabr 2016) — 2016-cı ildə Rio-de-Janeyro şəhərində (Braziliya Federativ Respublikası) keçirilən XV Yay Paralimpiya Oyunlarında yüksək idman nəticələri nailiyyətləri, qələbəyə doğru göstərilmiş mərdlik, fədakarlıq və iradə və Ukraynanın beynəlxalq nüfuzunun möhkəmlənməsinə görə təqdim olunmuşdur.
İstinadlar
Xarici keçidlər
Ukrayna Əlillər Milli İdman Komitəsinin saytında məlumat Krım tatarı 2016 Paralimpiya Oyunlarında dünya rekordu qırdı
Kateqoriya:Ukraynanın Paralimpiya Oyunları çempionları Kateqoriya:2016 Yay Paralimpiya Oyunlarında iştirakçılar Kateqoriya:2016 Yay Paralimpiya Oyunlarında yüngül atletlər Kateqoriya:2020 Yay Paralimpiya Oyunlarında yüngül atletlər Kateqoriya:2016 Yay Paralimpiya Oyunlarında medal qazananlar