Layiş rayonu () — Rusiya Federasiyası, Tatarıstan Respublikasının ərazisinə daxil olan inzibati rayon. Rayon respublikanın qərbində, Volqa və Kama çaylarının birləşdiyi bölgədə yerləşir. Ən məşhur sakini rus şairi Qavril Derjavinə görə, rayon çox vaxt qeyri-rəsmi olaraq Derjavin diyarı adlanır. Rayonun inzibati mərkəzi Layiş şəhəridir. Coğrafiyası Kazan şəhəri, Pitrəç, Balık-Bistəse, Kuybışev su anbarının qarşı tərəfində isə Yuxarı Oslan, Kama Tamaqı, Alekseyevsk, Spas rayonları ilə həmsərhəddir.
Böyük çayları Volqa, Kama və Moşadır. Rayon torpaqlarının təxminən üçdə biri (32.9%) suyun altında qaldmışdır. Tarixi Rayon 14 fevral 1927-ci ildə təsis edilmişdir. 4 avqust 1938 - 25 mart 1959-cu il tarixlərində ərazinin bir hissəsində Stolbişçı rayonu mövcud olmuşdur. 1 fevral 1963-cü ildə Layiş Pitrəç rayonuna birləşdirilir. 12 yanvar 1965-ci ildə isə rayon yenidən bərpa edilmişdir. 9 iyun 2010-cu ildə Tatarıstan Respublikasının Qanununa əsasən Narmon və Karaişev kənd yaşayış məntəqələri Narmon kənd yaşayış məntəqəsinə birləşdirilir. Əhalisi Urbanizasiya Şəhər şəraitində (Layiş) rayon əhalisinin 19,45 % -i yaşayır. Yerli özünü idarəetmə Layiş rayonu ərazisinə 1 şəhər və 23 kənd inzibati vahidliyi daxildir. Rayon ərazisinə ümumilikdə 69 yaşayış məntəqəsi daxildir. Sosial sfera Rayonda 34 məktəb və 31 kitabxana var.
Borovoye Matyuşino kəndində Tatarıstan hökumətinin yay iqamətgahı, geniş "Santa" sanatoriyası və digər istirahət obyektləri, həmçinin Volqa sahillərində və yaxınlıqdakı meşə plantasiyaları ilə Kazan şəhərinin elit kottecləri var.
Layişrayonunun Russkoe Nikolskoye kəndində hər il Rusiya Rus Mədəniyyəti Festivalı olan "Karavon" keçirilir. Laçevoda isə Derjavinin şərəfinə rus geyim festivalı təşkil olunur. Layiş rayonunda Qızıl Payız İnteqrasiya Sosial Xidmətlər Mərkəzi fəaliyyət göstərir. Nəqliyyat Volqa və Kama çaylarında naviqasiya mümkündür.
KİV Rayonda "Kamski nov" - "Kama yaqı" adlı qəzet rus və tatar dillərində nəşr olunur.
İstinadlar
Kateqoriya:Tatarıstan rayonları Kateqoriya:1927-ci ildə yaranmış dövlətlər və ərazilər