Fərman Bağırov (tam adı:Bağırov Fərman Rza oğlu; ) — Fotoqraf, jurnalist
Həyatı 1936-cı ildə Bakıda anadan olub. Bakı Dövlət Universitetinin jurnalistika fakültəsini bitirib. Bakı Dövlət Universitetində müəllim işləyib. "Kommunist" qəzetində işləyib. Daha sonra isə Milli Məclisin (MM) rəsmi orqanı olan "Azərbaycan" qəzetinin fotoillüstrasiya şöbəsinin müdiri olub.
15 iyun 2020-ci ildə koronavirusdan Bakı şəhərində vəfat etmişdir.
Təltif və mükafatları Azərbaycan Ali Sovetin Fəxri fərmanı (1969) Əməkdar incəsənət xadimi Tərəqqi medalına layiq görülüb.
İstinadlar
Kateqoriya:COVID-19 pandemiyasından Azərbaycanda vəfat edənlər