Nurlat rayonu () — Rusiya Federasiyası, Tatarıstan Respublikasının ərazisinə daxil olan inzibati rayon. Rayon respublikanın cənubunda yerləşir. kama çayının sağ sahilində yerləşir. Rayonun inzibati mərkəzi Nurlat kəndidir. Coğrafiyası Rayon respublikanın cənubunda yerləşir. Respublikanın Əlki, Alekseyevsk, Aksubay, Çirmeşən rayonları, Samara vilayəti (Koşkinski və Çelno-Verşinski rayonları) və Ulyanovsk vilayəti (Novomaluklinski rayonu) ilə həmsərhəddir.

Ən böyük çayları: Bolşaya Çirmeşən, Kondurca, Bolşaya Sulça.

Rayon ərazisindən keçir Moskva - Ulyanovsk - Ufa dəmir yolu keçir.

Tarixi 1920-ci ilə qədər rayonun ərazisi Kazan vilayətinin Çistopol qəzasına və Samara vilayəytinin Melekess qəzasına daxil idi. 1920-1928-ci illərdə Tatarıstan Muxtar Sovet Sosialist Respublikasının Çistopol kantonu və Samara vilayətinin Melekess qəzasına, 1928-1930-cu illərdə Çistopol kantonu daxil olur.

10 avqust 1930-cu ildə Oktyabrski rayonu olaraq təsis edilmişdir.

16 iyul 1958-ci ildə ləğv edilmiş Telman rayonunun ərazisinin çox hissəsi rayonun bir hissəsi olur.

1963-1965-ci illərdə rayonun sərhədləri böyük dəyişikliklərə məruz qalır: əvvəlcə islahat çərçivəsində ləğv edilmiş ərazilərin genişlənməsi, sonra islahat zamanı ləğv edilmiş ərazilərin bərpası.

19 avqust 1987-ci ildə Əlki rayonu ərazisinin bir hissəsi (Yeni Tumba kəndi) Nurlat rayonuna birləşdirilir.

10 dekabr 1997-ci ildə Oktyabrski rayonu Nurlat rayonu olaraq adlandırılır. Əhali

Urbanizasiya Şəhər şəraitində (Nurlat şəhəri) rayon əhalisinin 57,69% -i yaşayır. Milli tərkib Rayon əhalisi tatarlar (51,8%), çuvaşlar (25,3%), ruslardan (21,6%) ibarətdir. Yerli özünü idarəetmə Nijnekamsk rayonu ərazisinə 1 şəhər və 26 kənd inzibati vahidliyi daxildir. Rayon ərazisinə ümumilikdə 83 yaşayış məntəqəsi daxildir. Təhsil Nurlat rayonunun təhsil sisteminə 41 orta məktəb, 1 gimnaziya, 3 əsas məktəb, 7959 şagirdin təhsil aldığı 15 ibtidai məktəb, 156 şagirdin əhatə etdiyi 8 nömrəli xüsusi ümumi təhsil internat məktəbi, 1 əlavə təhsil müəssisəsi daxildir. 2007-ci ildə rayonda yeni tip bir təhsil müəssisəsi açılır: 158 uşağın təhsil aldığı Tatar İbtidai məktəb-bağçası "Alsu" adlanır. İstinadlar

Kateqoriya:Tatarıstan rayonları Kateqoriya:1930-cu ildə yaranmış dövlətlər və ərazilər