Şixəli Dadaşov () — neftçi, SSRİ dövlət mükafatı laueratı

Həyatı və təhsili

Şixəli Ələsgər oğlu Dadaşov 10 yanvar 1913-cü ildə Bakı şəhərində anadan olmuşdur. Bakıda məşhur olan Dadaşovlar sülaləsindəndir. Hacı Hacıağa Dadaşovun qardaşı Şıxəli Dadaşovun nəvəsidir. 1935-ci ildə Azərbaycan Sənaye İnstitutunu bitirmişdir.

Fəaliyyəti

Əmək fəaliyyətinə

Əmək fəaliyyətinə 1934-cü ildə Bakıda "Əzizbəyovneft"in qazıma kontorunda başlamışdır. 1942-ci ildə Türkmənistan SSR-in neft sənayesində çalışmışdır. 1942-48-ci illərdə "Türkmənneft" tresti qazıma kontorunun baş mühəndisi, 1948-60-cı illərdə "Türkmənneft" birliyinin rəis müavini, 1960-76-cı illərdə rəisi olmuşdur. 1976-78-ci illərdə "Türkmənneft" istehsalat birliyinin baş direktoru vəzifəsində işləmişdir.

Təltif və fəxri adları

1951 — SSRİ dövlət mükafatı laueratı 1965 — Sosialist Əməyi Qəhrəmanı İki dəfə Lenin ordeni Oktyabr İnqilabi ordeni İki dəfə Qırmızı Əmək Bayrağı

İstinadlar

Kateqoriya:SSRİ Dövlət mükafatı laureatları Kateqoriya:İçərişəhərdə_doğulanlar Kateqoriya:Sov.İKP-nin XXIV qurultayının nümayəndələri Kateqoriya:Sov.İKP-nin XXII qurultayının nümayəndələri Kateqoriya:Dadaşovlar