İnəklər gölü döyüşü — 682-ci ildə İkinci Göytürk xaqanlığı ilə Doqquz Oğuzlar arasında baş vermiş döyüşdür.
Döyüşdən əvvəl Qutluq xaqan 682-ci ildə göytürkləri Tanq hakimiyyətindən qurtarmaq üçün böyük mübarizə başlatdı. Göytürklər müstəqilliklərinə qovuşmaq üçün daha əvvəl də bir neçə dəfə üsyan etmişdi. Ancaq bu üsyanlar Tanq tərəfindən yatırılmışdı. Qutluq xaqan xalqını toplayaraq Çuqay-Kuz dağına çıxdı. Qutluq xaqanın təqibçiləri 5.000 nəfər idi. Qutluq xaqan ilk iş olaraq Doqquz Oğuzların sürülərini yağmalatdı. Zamanla güclənən Qutluq qardaşı Bögü Çoru şad, digər qardaşı Tuo-hsi-fuyu da (Eletmiş Yabqu) yabqu təyin etdi. Bir müddət sonra da, çinlilərin əlində həbsdə olan Tonyukuk qaçaraq Qutluq xaqana qoşuldu. Tonyukuk həbsdə olduğu müddətdə Tanqı yaxından tanımış və əzif yönlərini öyrənmişdi. Qutluq xaqan Tonyukuka Apa Tarkan ünvanı ilə birlikdə atların və hərbi işlərin məsuliyyətini verdi.
Döyüş Oğuzlardan bir qaçaq Qutluq xaqanın yanına gəldi və belə bir bilgi verdi:
Sonra qaçaq bu xaqanın çinlilər və kidanlar ilə ittifaq qurduğunu bildirdi. Doqquz Oğuzlar, çinlilər və kidanların qurmuş olduqları bu ittifaqa görə, Doqquz Oğuzlar şimaldan, kidanlar şərqdən və çinlilər də cənubdan hücum edəəck və göytürklər ortadan qaldırılacaqdı. Tonyukuk bu hadisələrlə bağlı Qutluq xaqana belə ittifaqın daha yeni qurulmuş Göytürk xaqanlığının sonu ola biləcəyini, bir şeyin zəif ikən onu məğlub etmənin asan olduğunu, gücləndiyində isə onunla döyüşmənin çətinləşəcəyini dedi. Bundan sonra Qutluq xaqan Tonyukuka ordunu istədiyi kimi idarə etmə səlahiyyəti verdi. Ordunun komandanlığını əlinə alan Tonyukuk Göytürk ordusu ilə Kök Onq çahyını keçərək Ötükən dağlarına doğru irəlilədi. Doqquz Oğuzlar da inəkləri və yük arabaları ilə Tula çayına doğru irəlilədilər. İnəklər gölü ilə Tula çayı tərəfdən Doqquz Oğuz ordusu Göytürk ordusu üzərinə hücum etdi. Oğuz ordusu 6.000 nəfərdən, Göytürk ordusu 2.000 nəfərdən ibarət ikən, Tonyukuk abidəsinə görə, “Tanrı yardım etdiyi üçün” Göytürk ordusu Oğuz ordusunu məğlub etdi. Ağır məğlubiyyətdən sonra geri çəkilən oğuzların bir qismi çayda boğuldu. Oğuzların xaqanı Baz xaqan qətlə yetirildi.
Nəticə Döyüşdən sonra göytürklər Ötükəni ələ keçirdilər, Doqquz Oğuzların qalıntıları ilə bir çox türk boyu göytürklərə bağlılıqlarını elan etdilər. Qutluq xaqana isə dövləti qüvvətləndirən, düzəldən mənasına gələn İltəriş titulu verildi. Beləliklə, İkinci Göytürk xaqanlığı rəsmən qurulmuş oldu.
İstinadlar
Kateqoriya:Mərkəzi Asiya tarixi Kateqoriya:Göytürk xaqanlığı Kateqoriya:Döyüşlər