Göytürk pulu — Orta Asiyada aparılan qazıntılar zamanı çıxarılan və Göytürk xaqanlığında istifadə edilmiş pul. Üzərində soqdca yazılar yazılmışdır.

Haqqında Arxeoloqlar tərəfindən Qırğızıstan, Özbəkistan və Tacikistanda edilən qazıntılarda ortaya çıxarılan və 576-600-cü illərə aid, ümumilikdə sayı 104 ədəd olan metal pul Qırğızıstanda edilən beynəlxalq konqresdən dönən Dr. Yavuz Daloğlu tərəfindən ilk dəfə “Elm və Ütopiya” jurnalında ictimaiyyətə elan edilmişdir. Sikkələrdən birincə ortada xaqan qabartması, kənarlarda isə üç ay-ulduz vardır. Pullardakı ay-ulduz motivləri Dr. Yavuz Daloğluna görə, ay-ulduz simvolunun İslamdan əvvəlki dövrlərdə də türklər tərəfindən istifadə edildiyini sübut etmişdir.

Daloğlu bu sikkənin türk mədəniyyəti baxımından çox böyük əhəmiyyətə malik olduğunu bildirmiş və sözləri demişdi:

Həmçinin bax Göytürk xaqanlarının siyahısı

Göytürk xaqanlığı

İkinci Göytürk xaqanlığı

İstinadlar

Kateqoriya:Göytürk xaqanlığı Kateqoriya:Sikkələr