Bağdad Kultay oğlu Amreyev (, d. 1 mart 1959, Şolakkorğan, Sozak rayonu, Cənubi Qazaxıstan vilayəti, Qazaxıstan SSR, SSRİ) — qazax bürokrat, diplomat, Qazaxıstan baş nazirinin sabiq müşaviri, Türk Dövlətləri Təşkilatının sabiq baş katibi və hal-hazırkı Türk İnvestisiya Fondunun prezidenti.

Təhsili 1982-ci ildə Tacikistan Dövlət Universitetinin Şərqşünaslıq fakültəsindən məzun olmuşdur. Qazaxca, rusca, ərəbcə, ingiliscə, türkcə və farsca bilir.

Fəaliyyəti Daha əvvəllər Qazaxıstan Respublikasının İran, Türkiyə, Misir və Səudiyyə Ərəbistanında səfiri olan Amreyev 3 sentyabr 2018-ci ildə Çolpan-Atada reallaşan Türk Şurası dövlət başçılarının VI zirvə görüşündə 3 dövrlük Türk Şurası (indi ki Türk Dövlətləri Təşkilatı) baş katibi seçilmişdir.

Eyni zamanda, Qazaxıstan baş nazirinin müşaviri və Qazaxıstan Respublikasının Orta Şərq və Afrika üzrə xüsusi səfiridir.

21 oktyabr 2022-ci ildə Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev tərəfindən Türk Dövlətləri Təşkilatının Baş katibi vəzifəsində səmərəli fəaliyyətinə və Azərbaycan Respublikası ilə Təşkilatın üzvü olan ölkələr arasında tərəfdaşlıq əlaqələrinin inkişafında xüsusi xidmətlərinə görə "Dostluq" ordeni ilə təltif edilib

İstinadlar

Kateqoriya:Qazaxıstan diplomatları Kateqoriya:Türk Dövlətləri Təşkilatı