Ölçey-ool Kunqaa oğlu Monquş (d. 22 dekabr 1934 – 31 mart 1996) – Tuvanın Uluğ Nehir bölgəsindəki Ak-Hem qəsəbəsində anadan olan tuvalı şair və yazıçı.

Həyatı 1934-cü ilin 22 dekabrıda Tuvanın Uluğ Nehir adlı bölgəsinin Ak-Hem kəndində anadan olmuşdur. İbtidai təhsil alarkən qəza nəticəsində şikəst qalmış və təhsilini evdə özbaşına davam etdirmişdir.

“Ulug-Hemnin çalqıqları” (Yeniseyin dalğaları) adlı dərnəyin həm yaradıcısı, həm də rəhbəri olmuşdur. SSRİ Yazıçılar Birliyinin üzvü olan Monquş Tuva türkcəsində adlandırdığı “Şılqaranqay küş-ajıl deeş” medalının da sahibidir.

İlk şerlərini 1950-ci illərin əvvəllərində “Sıldısçıqaş” qəzetində nəşr etdirmişdir. “Çaa-Höldün aydınında” (1966), “Şiirler” (1971), “Hööreerin çuqaaları” (1971), “Kokpalar” (1975), “Süzüglelim” (1979), “Nazın” (1981), “Demisel” (1987), “Tanışpazım çeenner” (1993), “Tıva kiji” (1995), “Setkilimnin höönneri” (1996) adlı şerlər və nəsr antologiyasının yazçısıdır. O, həmçinin tərcüməçiliklə də mşğul olmuş və Yeseninin, Prokopyevin, Telpuqovun əsərlərini Tuva dilinə tərcümə etmişdir.Literaturı Narodov Rossii: XX yy.: / N. S. Nadyarnıh. — M.: Nauka, 2005. — С. 291-292.səh — 365. — 1100 tiraj. — ISBN 5-02-010208-3

Həmçinin bax Kara-Kıs Munzuk

Mengi Oorjak

Nikolay Serdobov

Moldurqa Salçak

Badra İrgit

Çerliqool Kuular

İstinadlar

Kateqoriya:1934-cü ildə doğulanlar Kateqoriya:1996-cı ildə vəfat edənlər Kateqoriya:Tuvalı yazıçılar Kateqoriya:Tuvalı şairlər Kateqoriya:Rusiya yazıçıları Kateqoriya:Rusiya şairləri Kateqoriya:SSRİ şairləri Kateqoriya:SSRİ yazıçıları