Bora — Türkiyə istehsalı olan qısa mənzilli ballistik raketdir. Döyüş raketi Roketsan şirkəti tərəfindən hazırlanaraq 2017-ci ildən xidmətə qəbul edilmişdir. INS və GPS başlıqlı olub, Belarus istehsalı olan MZKT-7909 8x8 yük maşını ilə daşınır. İxrac versiyası Kaan adı ilə tanınır. Daha uzun bir mənzilli bir versiyası olan Bora-2 isə hazırlanma mərhələsindədir. Lülə çapı 610 mm, döyüş başlığının çəkisi 470 kq, mühərriki TMZ-84631.10, əməliyyat mənzili 280 km, maksimum sürət 70 km/s, mərminin hədəfdən yayınma payı 30–50 m təşkil edir.

İstinadlar

Kateqoriya:Ballistik raketlər Kateqoriya:Çin–Türkiyə münasibətləri Kateqoriya:Türkiyənin ballistik raketləri Kateqoriya:Türkiyənin yer-yer tipli raketləri Kateqoriya:Qısa mənzilli ballistik raketlər