Turan Nəsimi oğlu Vəlizadə () — Azərbaycan futbolçusu, Azərbaycan futbol klubu olan "Neftçi" PFK-nın yarımmüdafiəçisi. O, 2002–2010-cu illərdə Azərbaycanın U-15, U-17, U-19 və U-21 milli komandalarının tərkibində oyun keçirmişdir.

Həyatı Turan Nəsimi oğlu Vəlizadə 1 yanvar 2001-ci il tarixində Azərbaycana daxil olan Naxçıvan Muxtar Respublikasının Culfa rayonunda yerləşən Göydərə kəndində anadan olmuşdur. O, 3 yaşında ikən ailəsi ilə birlikdə Bakı şəhərinə köçür.

Klub karyerası

Neftçi Turan Vəlizadə "Neftçi" PFK Futbol Akademiyasının yetirməsidir. O, akademiyaya 2009-cu ildə qoşulmuş, məşqçisi isə Rüfət Quliyev olmuşdur. O, klubu 2011-ci ildə tərk edərək "Əlincə" FK-nın heyətinə qoşulur.

Əlincə Vəlizadə 2011-ci ildə Bakı təmsilçisi olan "Əlincə" FK-nın heyətinə qoşulur və orada 2015-ci ilə qədər oynanır. 2014-cü və 2015-ci illərdə keçirilmiş "Gələcəyin ulduzları" turnirinin bombardiri olur.

Fənərbaxça Vəlizadə 2015-ci ilin may ayında bir il yarımlıq bir müddətə Türkiyənin İstanbul şəhərini təmsil edən "Fənərbaxça" PFK-nın heyətinə qoşulmuş, 2016-cı ilin oktaybr ayına qədər orada oyun keçirmişdir.

Qarabağ Vəlizadə 2016-cı ildə "Qarabağ" FK ilə müqavilə imzalayır. O, ilk mövsümündə Futbol üzrə U-19 Azərbaycan çempionatının qalibi olur.

Neftçiyə qayıtması Vəlizadə 2019-cu ildə üç illik müqavilə "Neftçi" PFK-ya qayıdır. O, Azərbaycan Premyer Liqasının XXVII turunda, "Qəbələ" FK ilə olan qarşılaşmada 90+1-ci dəqiqədə Baqali Dabonu əvəz edərək "Neftçi" üçün debüt etmişdir.

Keşlə Vəlizadə 21 iyul 2020-ci il tarixində "Keşlə" FK-ya icarəyə verilir.

İstinadlar

Kateqoriya:Azərbaycan futbolçuları Kateqoriya:Fənərbaxça PFK futbolçuları Kateqoriya:Qarabağ FK futbolçuları Kateqoriya:Neftçi PFK futbolçuları Kateqoriya:Şamaxı FK futbolçuları Kateqoriya:Azərbaycan Premyer Liqası futbolçuları Kateqoriya:Azərbaycanın kişi futbolçuları Kateqoriya:Səbail FK futbolçuları Kateqoriya:Turan Tovuz PFK futbolçuları Kateqoriya:Azərbaycan U-21 milli futbol komandasının oyunçuları Kateqoriya:Azərbaycan milli gənclər futbol komandasının oyunçuları Kateqoriya:Araz-Naxçıvan PFK futbolçuları Kateqoriya:Kişi futbol yarımmüdafiəçiləri