Mixail Laxanodrakon () — Bizans sərkərdəsi və V Konstantin ( 741–775) hakimiyyəti dövründə ikonomaxiya tərəfdarı. O, ikonomaxist səylərinə görə yüksək vəzifəyə sahib olmuş, Frakisi femasının hakimi təyin edilmişdir. O, ixonofil əməllərə, xüsusilə də monastırlara qarşı sərt tədbirlər görmüşdür. Laxanodrakon həmçinin, 782-ci ildə vəzifəsindən azad edilənə qədər Abbasi xilafətindəki ərəblərə qarşı müxtəlif yürüşlər etmişdir. İmperiyadakı nüfuzunu geri qazanan Laxanodrakon 792-ci ildə, bulqarlara qarşı olan Markeli döyüşündə həlak olmuşdur.
Ədəbiyyat
Kateqoriya:Bizans sərkərdələri Kateqoriya:Döyüşdə həlak olanlar Kateqoriya:Bizansda ikonoborçuluq